Neftçalada ara qarşıb: Gənc başçı çaşqın halda, 160 minlik ittham...

İsmayıllıya və Neftçalaya yeni təyin olunan gənc icra başçılarının işləri heç düz gətirmir. Əvvəlcə İsmayıllının İH rəhbəri Nahid Bağırov karantin rejimini pozduğuna görə prezident tərəfindən töhmət aldı, ardınca Neftçaladakı həmkarı Mirhəsən Seyidovun vəziyyəti ürəkaçan deyil.
M.Seyidovin siftəsi hələ prezident onunla N.Bağırovu qəbul edərkən korlanmışdı. Belə ki, dövlət başçısı ona irad tutaraq “O səndən böyükdür, keç o biri tərəfdə otur” deməklə M.Seyidovu utandırmışdı, böyük – kiçik yeri bilməyə çağırmışdı. Bundan sonra gənc İH başçısının fəaliyyət göstərməsinin, Neftçalada baş çıxarmasının çətin olacağı bilinirdi.
Buyurun, artıq rayondakı köhnə bürokratlar, rüşvətxor məmurlarla baş çıxara bilmir, ötkəm danışa, hökmlü davranmağı bacarmır. M.Seyidov bir il ərzində özünü təsdiqləyə, etimadı doğrulda bilməsə prezidentin onunla uzun müddət işləyəcəyi ağlabatan görünmür.
Aydın məsələdir ki, kifayət qədər gəncdir, təcrübəsizdir, idarəçilikdə öyrənə-öyrənə inkişaf edə bilər, kurator tərəfindən nəzarət var. Lakin yenə də M.Seyidovun şəxsi rəhbərlik keyfiyyətlərindən də çox şey asılı olacaq.
Gələn məlumatlar isə onun Neftçaladakı mövqeyinin yetərincə zəif olduğunu deməyə əsas verir. Bu haqda jurnalist Qənimət Zahid yazıb. Onun iddialarına görə, Neftçalada keçmiş baş həkimin həyətindəki ot tayasının altından iki ədəd təcili yardım maşını çıxarılıb. Jurnalist qeyd edir ki, keçmiş baş həkimin evində isə onlarla plazma televizor aşkarlanıb.
Ehtimal edilir ki, həmin televizorlar xəstəxanadakı palatalar üçün nəzərdə tutulub. Baş həkim isə onları satıb başdan eləmək istəyib. Q.Zahid qeyd edir ki, yeni baş həkim də sələfinin izi ilə addımlayır.
Məlumatlara görə, koronavirusla bağlı müalicə prosesində bilavasitə iştirak edən həkimlərə maaş yazılmayıb, əvəzində bu prosesdə olmayan tibb personalına əlavə əmək haqqı və mükafat hesablayıb paylayıblar. Baş həkim onlara deyibmiş ki, hər kəs aldığı puldan 200 manat ona verməlidir. Amma hamı pulu alıb aradan çıxıb. Jurnalistin iddialarına görə, maaş ala bilməyən həkimlər DTX-nın yerli şöbəsinə müraciət ediblər. Oradan isə deyiblər ki, baş idarəyə müraciət emək lazımdır.
Bütün bu hadisələrdən Neftçalanın gənc icra başçısı çaşqın vəziyyətdədir. M.Seyidov təzə və məhdud çevrədə deyibmiş ki, “işləyə bilmirəm, deyəsən, istefa verib getməli olacağam”. Reportyor.info
İndi bu söz məhdud çevrədən çıxaraq bütün rayona yayılıb və Neftçalada hamı gözləyir ki, gənc məmur nə zaman aradan çıxacaq. Hətta Neftçalada pandemiya mövsümündə 160 min manatın mənimsənildiyi iddiaları dolaşmaqdadır. Bu xəbərləri “facebook”da yazan Q.Zahid mənimsəmə ilə bağlı əlavə məlumat verməyib. Həftənin qeyri-iş günü olduğuna görə Neftçala İH-dən iddialarla bağlı rəsmi münasibət örənmək mümkün olmayıb. İcra başçısının və İH-nin açıqlamasını, iddialara aydınlıq gətirməsini işıqlandırmağa hazırıq.
Bizimxeber.az
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
3 aprel 2025 16:02
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35