Rəhim Qazıyevin Şuşa ilə bağlı müsahibəsi, Zori Balayanın “xatirələri”

Bizim işğal edilmiş rayonlarımızın qeyd etdiyimiz işğal günlərinin sayı qədər ermənilər də qələbə günləri qeyd edirlər. Şuşanın işğalını “Qələbədən daha böyük bir hadisə” adlandıran ermənilər bu uğurlarını tarixlərinin “misilsiz dönüşü” hesab edirlər.
Mayın 8-də növbəti işğal ildönümünü qeyd etməyə hazırlaşdığımız Şuşa ilə bağlı Ermənistan saytları bizdən fərqli olaraq qələbə əhval-ruhiyyəli yazılar yayımlayırlar.
Moderator.az ermənilərə məxsus “yerkramas” saytında bu cür məqalələrdən birində qeyd edilənlərin ibrətamiz tarixi əhəmiyyətini nəzərə alaraq oxucuların diqqətinə çatdırır:
“19 dekabr 1995-ci ildə “Golos Armenii” qəzeti, ölüm hökmünə məhkum edilmiş və həbsdən qaçmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin “Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibəni təkrar çap edib: “... Baş qərargah rəisinin müavini polkovnik Səfər Əbiyevi hücum qruplarının komandiri kimi Şuşa və Laçın rayonlarına göndərmək qərarına gəldim. O isə Qubadlı ilə Laçın arasındakı şəxsi heyəti və zirehli texnikaları qoyub qaçdı... Laçın rayonunda yerləşdirilən 4 briqadanın komandiri Elbrus Orucov, “Üç yeddi” (777) batalyonunun komandiri Rövşən Ələkbərov da Şuşa və Laçın rayonlarından qaçdılar... Müxtəlif bəhanələrlə könüllülər və digər dəstələr də Şuşanı tərk etməyə başladılar. Bütün bunlardan sonra fərarilik və çaxnaşma gücləndi... Və bu fonda Şuşa yıxıldı”.
Məqalə müəllifi sonra erməni komandirlərinin Şuşa əməliyyatının hazırlıqlarından bəhs edir və iki tərəfin hərəkətlərini müqayisə edir. Müəllif mənfur Zori Balayanın kitabından sitat gətirir:
“Budur Zori Balayan 8-9 may1992-ci ildə Şuşa şəhərində baş verən proseslərlə bağlı özünün “Cəbhə gündəliyindən səhifələr” kitabında bu hadisələri necə təsvir edir: “Robert Köçəryan və Samvel Babayan komandanlıq postuna bir neçə dəfə gəldilər. Mən Roberti ilk dəfə hərbi geyimdə gördüm. Təlimat verirdilər, birlikdə bütün istiqamətləri avtomobillə gəzirdilər. Komandirlərin dediyi kimi, onların tövsiyələri və təklifləri əvəzsiz idi”.
Daha sonra Şuşa ilə bağlı əməliyyatdan bəhs edilir: “1992-ci il mayın 7-dən 8-nə keçən gecə, daha doğrusu, dəqiq saat 2:30 dəqiqədə. Samvel Babayan əməliyyat planını yerinə yetirərək Lisaqor lokatrının 2214, 8 koordinatına çatdı. Bu barədə komandir Arkadi Ter-Tadevosyana məlumat verdi: “44-cü əlaqədədir: hündürlük və şose yolunu nəzarətə götürdük, hücuma başlaya bilərik”. Artıq mayın 9-da, səhər saat 6-da erməni birləşmələri şəhərə girdilər”.
Hər halda əlavə sözə ehtiyac yoxdu... Azərbaycanın hərbi rəhbərliyi ilə erməni hərbiçilərinin davranışlarının müqayisəsi hər şeyi deyir...
Burada diqqəti çəkən bir fakta bir daha nəzər yetirməkdə fayda var. Azərbaycan qüvvələri artıq mayın 8-də Şuşanı boşaltsalar da erəmənilər Şuşaya bir gün sonra - mayın 9-da daxil olurlar...
Ona görə də ermənilər 9 mayı “Üçqat bayram” kimi qeyd edirlər: II Dünya müharibəsindəki qələbəni, Dağlıq Qarabağ “özünümüdafiə dəstələrinin yaranması günü”nü və Şuşanın “azad edilməsi günü”nü...
Taleh
P.S. Biz isə hər il işğal günlərini qeyd etməklə işimizi bitmiş hesab edirik...
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35