Dünyada universitetlər necə inkişaf edir? - Böyükağa Mikayıllı - MÜSAHİBƏ
Müsahibimiz Təhsil nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibi, EDUCENTER Azərbaycan təşkilatının direktoru, təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllıdır.
Bizimxeber.az bildirir ki, Böyükağa Mikayıllı xüsusi layihə çərçivəsində müxtəlif vaxtlarda Almaniyanın Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorf Henrix Heyne Universiteti, Düzburq Tibb İnstitutu, Polşanın Yagellon Universiteti, Krakov Pedaqoji Universiteti, Krakov Texniki Universiteti, Lyublin Mariya Küri-Skladovskaya Universiteti, Pşemışl Qərbi Polşa Universiteti, Praqa Karlovı Universiteti, Plzen Qərbi Çexiya Universiteti, Ukrayna Çap Akademiyası, İT STEP Akademiya, Ukrayna Katolik Universiteti, İvan Franko adına Lviv Milli Universiteti, Lviv Politexnik Universiteti, Quzey Kıbrıs Girnə Amerikan Universiteti, Doğu Akdeniz Universiteti, Beynəlxalq Final Universiteti, Kıbrıs Amerikan Universitetinin fəaliyyətini, Almaniyanın, Polşanın, Çexiyanın, Quzey Kıbrısın, Sinqapurun, Yaponiyanın, Çinin təhsil sistemlərini, Ukrayna Milli Elmlər Akademiyasının alternativ təhsil modeli olan “Universal-onlayn” beynəlxalq təhsil platformasını, dünyanın müxtəlif ölkələrinin müəllif məktəblərini tədqiq edərək geniş məqalələrlə çıxış edib. B.Mikayıllı 8 kitab müəllifidir. Kitabları Ukrayna, rus, ingilis, türk dillərinə tərcümə olunub.
- Koronavirus pandemiyası səhiyyənin və tibb təhsilinin nə qədər prioritet olduğunu ortaya çıxardı. Sizə elə gəlmirmi ki, bir sıra ali məktəblər, o cümlədən tibb təhsili tamamilə ödənişsiz sistemə keçməlidir?
- Öncə onu qeyd edim ki, tədqiqat apardığım bir sıra universitetlərdə, məsələn, Polşanın 700 illik tarixə malik olan Yagellon Universitetində tibb təhsilinin çox qədim və zəngin tarixi, eləcə də ənənələri var. Bu universitet sırf tibb təhsili verən ali təhsil ocağı olmasa da, tibb təhsili bu universitetin fəaliyyətində aparıcı istiqamət təşkil edir. Diqqət yetirək: Yagellon Univerisiteti Polşada həyata keçirilən səhiyyə islahatlarının birbaşa sınaq meydanıdır.
Nə üçün? Ona görə ki, universitetin bu fakültəsi aparılan elmi tədqiqatların miqyasına, həyata keçirilən qlobal əhəmiyyətli layihələrə, kimya sənayesi, eləcə də dərman istehsalı müəssisələri ilə əməkdaşlıq səviyyəsinə görə özünə etibar qazanmağı bacarıb. Bu universitetdə “Tibbin müxtəlif sahələrində yeni tədqiqat istiqamətləri”, “Tibbdə fərdi yanaşmanın inkişafı”, “Müasir dərman formaları: biofarmaseptik aspektlər” kimi yüzlərlə elmi-tədqiqat layihələri dünyanın nüfuzlu universitetlərinin, elmi-tədqiqat mərkəzlərinin alimləri ilə birgə aparılır.
Bu layihələrə, şübhə yoxdur ki, milyonlarla vəsait xərclənir, amma əbəs yerə xərclənmir. Onlar universitetin büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına da yol açırlar. Daxil olan vəsait isə, yeni-yeni layihələrin icrasına, həmçinin, təqaüd, qrant proqramlarının həyata keçirilməsinə imkan yaradır. Yəni, universitet özünün artıq elə bir inkişaf səviyyəsinə qədəm qoyub ki, tədqiqat mərkəzi, sənaye universiteti kimi vəsait qazanır, meydana qoyulan ideyalara investisiya yatırır və bunu növbəti inkişaf mərhələlərinə xərcləyir.
Fəaliyyətini araşdırdığım Praqadakı Karlovı Universiteti də tibb təhsili sahəsində zəngin tarixi, eləcə də təcrübəsi ilə fərqlənir. Tələbələr Karlovı Universitetində tibb üzrə 6 fakültə arasında seçim etmək imkanına malikdirlər. Çexiyanın bütün tibb müəssisələri – xəstəxanalar, institutlar, mərkəzlər bu fakültənin təcrübə bazasıdır. Karlovı Universitetinin tibb fakültəsində əcnəbi tələbə olaraq ödənişsiz təhsil, yalnız çex dilində almaq mümkündür.
Bu gün biz, dünyada önənişsiz təhsil verən universitetlərə rast gəlirik. Bu, əlbəttə ki, çox yaxşı haldır. Amma bunun müəyyən şərtləri var. Məsələn, Almaniyada ödənişsiz təhsili alman, Çexiyada çex, Polşada polyak dilində ala bilərsən. Almaniyanın dövlət statuslu ali məktəblərinin əksəriyyətində təhsil bu ölkənin vətəndaşları üçün pulsuzdur. Özəl ali məktəblərdə təhsil pullu olsa da, bu böyük məbləğ deyil, 500-1000 avro arası dəyişir.
Bununla yanaşı, sosial vəziyyətə görə də xeyli güzəştlər nəzərdə tutulur. Məsələn, əlillik dərəcəsi olanlar, maddi durumu aşağı olan ailələrin övladları tam ödənişsiz təhsil alırlar. Güzəştlər özəl sektorda da var. Beləki, 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrdən, ailə üzvlərindən biri ağır xəstə olanlar təhsil haqqından tam azaddırlar. Polşada hamiləliyə görə məzuniyyətdə olan qadınlar üçün xüsusi təqaüd nəzərdə tutulur.
Ümimiyyətlə tədqiqatlar göstərir ki, təhsilə dövlət tərəfindən ayrılan vəsait artdıqca, tələbələrin təhsil haqları azalır. Birmənalı olaraq demək mümkündür ki, təhsili inkişaf etmiş ölkələr dövlətin daha çox vəsait ayırdığı və bu vəsaiti lazımı istiqamətlərə xərcləyən ölkələrdir.
Əgər təhsil hər kəs üçün əlçatan olarsa, bunun ölkənin inkişafına verəcəyi təkan şübhəsizdir. Ödənişli təhsil, pulu olmayıb elmdən, təhsildən kənar qalan neçə-neçə gəncin itirilməsi deməkdir. Axı, insan amili hər yerdə, hər şeydən önəmlidir. Ödənişsiz təhsili həyata keçirmək üçün universitetin çox geniş maddi resursları, söykənə biləcəyi dayadıqlı maddi bazası da olmalıdır. Əgər bu olarsa, əlbəttə ki, ödənişsiz təhsil mümkündür. Dünyanın bəzi ölkələri var ki, onlar öz vətəndaşlarının xaricdə də ödənişsiz, yəni dövlətin öz hesabına təhsil almasına şərait yaradırlar. Azərbaycanda da xeyli sayda tələbə xaricdə təhsil proqramı çərçivəsində dövlət hesabına təhsil alıb.
- Son 30 ildə Şərqi Avropa ölkələri təhsildə ciddi uğurlara nail olublar. Onlar da bizim kimi sosialist ölkəsi idi. Buna necə oldular?
- Bunun bir sıra səbələri var: Birincisi odur ki, Şərqi Avropanın bu gün yüksək inkişaf səviyyəsinə çatmış, dünyanın ən yaxşı universitetlərinin reytinq sıralamasında ön yerlərdə dayanan universitetləri qədim tarixə malik olan universitetlərdir. Həmin universitetlər hələ 30 il bundan əvvələ qədər də nufuzlu universitetlər kimi tanınırdılar. İkincisi isə, Avropanın bu universitetləri, eləcə də təhsil sistemləri dünyanın ən yaxşı təhsil sistemlərinə daha çevik adaptasiya olunmağı, eləcə də özlərinin müasir tendensiyalarını yaratmağı bacardılar. Bu ölkələr öz iqtisadi inkişafları ilə bərabər, təhsil sistemlərini də inkişaf etdirdilər.
Daha doğrusu, iqtisadi inkişaflarının təməlinə təhsil sistemini qoydular. Xüsusilə də orta təhsil sistemini. Dünyanın bir sıra innovativ və sahibkarlıq universitetlərində apardığım araşdırmalardan sonra məndə belə bir qənaətə gəlmişəm ki, bu universitetlər öz hazırkı inkişaf səviyyələrinə görə orta məktəbə borcludurlar. Onlar təhsili sözdə deyil, əməldə formalizmdən uzaq tutdular. Berlin Texniki Universitetini, Humboldt adına Berlin Universitetini, Krakov Yagellon Universitetini götürək. Bu universitetlər ikinci dünya müharibəsindən sonra demək olar ki, yer üzündən silinmişdilər.
Binaları dağıdılmış, maddi-texniki bazası məhv edlimiş, müəllim-professor heyəti müharibədə həlak olmuşdu. Bu universitetləri o ölkələrin mütərəqqi fikirli insanları xilas etdi. Orta məktəblərə də bunu aid etmək mümkündür. Birinci sualda olduğu kimi, bu sualı da təhsildə insan amilinin, vətəndaş mövqeli düşüncənin əsas olması ilə tamamlayıram. Universitetləri, ümumiyyətlə təhsil sistemlərini bu amil inkişaf etdirdi.
- Azərbaycanda pedaqoji təhsil verən ali məktəblər çoxdur. Təhsil strateji sahədir. Sizə elə gəlmirmi ki, pedaqoji təhsilə ciddi yanaşılmalı, bu ixtisaslar üzrə ali təhsil ödənişsiz olmalıdır?
- Son illər Azərbaycanda pedaqoji kadr hazırlığı sahəsində əsaslı işlər görüldüyünü müşahidə edirik. Pedaqoji kadr hazırlığına münasibət, həqiqətən də müəyyən qədər dəyişməkdədir. Bu da şübhəsiz ki, orta məktəbdə yaxşı oxuyub yüksək bal toplayan tələbələrin də diqqətini cəlb edir.
500 baldan artıq toplayıb müəllimlik peşəsini seçənlərə xüsusi təqaüdün verilməsi, ucqarlarda işləməyə gedən müəllimlərin əmək haqlarına əhəmiyyətli dərəcədə artımın əlavə olunması, müəllimlərin əmək haqqının artırılması buna misal ola bilər. Amma bu gün bu istiqamətdə görülən tədbirlər, güzəştlər fikrimcə, daha geniş olmalıdır.
Çünki söhbət strateji sahədən gedir. Müəllimlik ixtisaslarının ödənişsiz olmasına gəlincə isə, mən, ümumiyyətlə, təhsilin ödənişsiz olmasının tərəfdarıyam. Çünki ali məktəbdə istənilən sahə üzrə hazırlanan mütəxəssis sabah dövlət üçün çalışacaq, öz əməyi, ağlı, ideyaları ilə dövlətin inkişafına töhfə verəcək. Odur ki, bu gün var-gücümüzlə çalışıb gənclərin rahat təhsil almaq şəraitini yaratmalıyıq. Elə etməliyik ki, insanlar pulları olmadığına görə təhsildən kənarda qalmasınlar. Bu, sözsüz ki, düşüncəyə, mütaliəyə, bir sözlə yaxşı oxumağa mane olur.
- Bu gün dünyanın bir sıra universitetlərinin xüsusi təqaüd proqramları var. Bu təqaüd proqramlarının universitetlər, tələbələr, tədqiqatçılar üçün nə kimi əhəmiyyəti var? Bu universitetlər nə üçün öz pullarını təqaüd proqramlarına xərcləyirlər?
- Təqaüd proqramları universitetlər, tələbələr, tədqiqatçılar üçün bir neçə cəhətdən, deyərdim ki, həyati baxımdan əhəmiyyətlidir. Universitetlər üçün vacibliyi budur ki, dünyanın müxtəlif ölkələrindən olan tələbələr məhz təqaüd proqramı verdiyi üçün universiteti seçməkdə maraqlı olur. Beləliklə, əcnəbi tələbələr universitetə axışır. Belə olduğu halda, əcnəbi tələbələrin sayına görə universitetin reytinq cədvəllərindəki göstəricisi yüksəlir. Digər tərəfdən təqaüd proqramları seçimlə verildiyi üçün universitetə dünyanın müxtəlif ölkələrindən daha istedadlı gənclərin beyin axını baş verir.
Bu da şübhə yoxdur ki, universitetdə tədris və elmi-tədqiqat mühitinin müasir səciyyə daşımasına, yeni-yeni elmi nailiyyətlərin əldə olunmasına yol açır. Universitet istedadlı gənclər, onların tədqiqatları hesabına da öz reytinqini yüksəldir. Təqaüd proqramlarının tələbələr və tədqiqatçılar üçün mühüm əhəmiyyəti var. Məsələ burasındadır ki, onlar təqaüd proqramlarına qoşulmaqla, əslində elmi-tədqiqat mühitinə düşür, mükəmməl təhsil almaq, elmi dərəcəyə yiyələnmək imkanına malik olurlar. Tədqiqat apardığım Avropa universitetlərinin demək olar ki, hər birində müxtəlif təqaüd proqramları, bu təqaüd proqramlarında iştirak edən tələbə və doktorantlarla tanış olmuşam. Qeyd edim ki, dünyanın nüfuzlu universitetlərində təqaüd proqramları çərçivəsində təhsil alan azərbaycanlı gənclər də çoxdur.
Onların arasında elələri var ki, bakalavr təhsillərini təqaüd proqramları ilə başa vurub, təqaüd proqramı ilə magistraturada oxuyub, elmi tədqiqatlarla məşğuldurlar. Mən çox arzulayıram ki, təqaüd proqramları Azərbaycan universitetlərində də geniş yayılsın. Yagellon Universitetinin Kraliça Yadviqa fondu Kraliça Yadviqanın vəsiyyətinə əsasən onun vəsaiti hesabına formalaşıb.
Qeyd edim ki, Kraliça Yadviqa şəxsi əmlakını Yagellon Universitetinin, Krakov Akademiyasının, ümumiyyətlə Polşada elmin inkişafına sərf etmiş, xeyirxah əməlləri ilə tanınmışdır. Fondu yaradanlar ümid edirdilər ki, bu təşəbbüs, ölkələr arasında əlaqələrin möhkəmlənməsinə və Şərqi Avropadan olan alimlərin təcrübə mübadiləsinin genişlənməsinə səbəb olacaq. Kraliça öz əmlakını yaxınlarına, doğmalarına da vəsiyyət edə bilərdi. Yaxud yaxınları onun ölümündən sonra var-dövlətinə sahib çıxa bilərdilər.Amma yüksək mədəni səviyyəyə, vətəndaşlıq qeyrətinə malik olan sülalə bu əmlakı elmin, təhsilin inkişafına yönəltdi.
Bu gün dünyanın bir sıra reytinqli təqaüd proqramları var. Fulbright, Erasmus Mundus, Chevening, Qeyts, Pershing Square Graduate Scholarships və digərləri. Bunların arasında elələri var ki, onları dövlət maliyyələşdirir. Məsələn, Fulbright təqaüd proqramı ABŞ Dövlət departamentinin layihəsidir. Qeyts təqaüdünü isə Kembric Universiteti maliyyələşdirir. Təqaüd proqramının məbləği həyata keçirilən tədqiqat işinin həcmindən, eləcə də tələbənin akedimik göstəricilərindən asılı olaraq dəyişir, bəzən 20 min dollara qədər yüksəlir.
- Ali məktəblərin yeganə qazanc mənbəyi niyə tələbələr olmalıdır?
- Müasir dünya düzənində inkişaf etmiş universitetlər artıq tələbələrin ödənişləri ilə yaşamırlar. Təsəvvür edin büdcəsi milyard dollarlarla ölçülən universitetlər var. Əlbəttə, Azərbaycan universitetlərini bu universitetlərlə müqayisə etmirəm. Amma onu deyə bilərəm ki, universitet elə bir strateji inkişaf xətti götürməlidir ki, nəinki tələbədən təhsil haqqı alsın, əksinə onun elminə, intellektinə vəsait xərcləsin, tələbənin, tədqiqatçının ideyası, layihəsi ilə istehsalata çıxsın, onun intellektindən vəsait əldə edib universitetin inkişafına yönəltsin, eləcə də istehsal müəssisələrini öz məzunları ilə maraqlandırsın. Həmin müəssisələr, məsələn Texniki universitetdə təhsil alan tələbəni özünün gələcək potensial əməkdaşı kimi görsün, universitetin inkişafına vəsait xərcləsin. Avropada araşdırdığım universitetlərdən bir neçəsini misal gətirmək istərdim. Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorfdakı Henrix Heyne adına Universitet, Krakov Yagellon Universiteti, Krakov Texniki Universiteti, Praqadakı Karlovı Universiteti, Plzen Qərbi Çexiya Universiteti və digərləri tələbə ödənişləri ilə yaşamayan universitetlərdir.
Bunlar “innovativ” və “Sahibkarlıq universitetləri” kimi elm istehsalından, sənaye ilə əməkdaşlıqdan əldə etdikləri qazanca daha çox önəm verirlər. Yeri gəlmişkən qeyd edim ki, “sahibkarlıq universitetləri” Rusiyada da inkişaf etməkdədir. İngiltərə və Amerika təhsil modelləri ilə fəaliyyət göstərən Quzey Kıbrıs Universitetləri də öz fəaliyyətlərində bu istiqaməti əsas götürüblər. Bilirsinizmi, universitetin müəssisələrlə, şirkətlərlə əlaqələri, iş birliyi genişləndikcə həm universitetin, həm də tələbənin qarşısında geniş perspektivlər açılır. Quzey Kıbrısın Beynəlxalq Final Universitetinin rektrou, professor Abdullah Öztoprakla söhbətimizdə rektor universitetin təcrübəsindən maraqlı bir fikir səsləndirdi.
Söylədi ki, universitet tələbələrə “İş qarantiyası” sertifikatı təqdim edir. Təsəvvür edin, yeni yaranmış bir universitet sənaye müəssisələri ilə artıq elə bir əlaqələr sistemi yaradıb ki, tələblərinə gələcək iş yeri üçün təminat təqdim edir. Şübhə yoxdur ki, tələbələr belə universiteti seçməkdə maraqlı olacaqlar.
- Azərbaycanda distant təhsilə keçid nəhayət reallaşacaqmı? Buna mane olan amillər hansılardır?
- Koronavirus pandemiyasının dünyanı bürüdüyü bir dövrdə, dünyanın daim diqqət mərkəzində olan və kifayət qədər inkişaf edən distant təhsil haqqında nəhayət ki, Azərbaycanda da geniş şəkildə düşünməyə başladılar. Dünyanın bir sıra ölkələrində ayrıca universitetlər var ki, onlar uzun illərdir ki, sırf distant təhsillə məşğuldurlar. Distant təhsillə bağlı ilk universitetin əsası isə Böyük Britaniyanın baş naziri Harold Vilson təfəindən 1970-ci illərdə qoyulub. Baş nazir yaradılan Açıq Universiteti birbaşa öz nəzarətinə götürərək bu təhsil modelinin inkişafına dəstək verib.
Bu universitet bu günə qədər distant ali təhsil verən universitetlər arasında liderliyini qoruyub saxlayır. Baş nazir ilk vaxtlar bu tip universitetləri “efir universitetlər” adlandırırdı. Çünki onlar tədrisi telekanallar vasitəsilə aparırdılar. 1980-ci illərdə Azərbaycanın teleməkanında da Böyük Britaniya təcrübəsi tətbiq olunurdu. S.Y.Vitte adına Moskva Universiteti də tam distant təhsillə məşğul olan universitetlərdəndir. Bizdə də bu təcrübədən istifadə etmək mümkündür. Dünyanın ən reytinqli universitetlərinin belə distant təhsil proqramları mövcuddur. ABŞ-da distant təhsil 1980-ci ildən tətbiq olunmağa başlayıb.
Əslində təhsil mütəxəssisləri bu sahənin vacibliyini uzun illər idi ki, qeyd edirdilər. Amma təəssüflər olsun ki, distant təhsilin inkişafına uzun müddət əhəmiyyət verilmədiyindən bugünkü dar məcalda onun geniş spektrdə tətbiqi mümkün deyil. Bunun üçün illər lazımdır. Qeyd etdiyim kimi, xarici ölkələrin də bu sahədə təcrübəsindən istifadə olunmalıdır. Elə bir mexanizm və sistem yaradılmalıdır ki, ən kritik hallar üçündayanıqlı olsun, keyfiyyətli kadr hazırlığına nail oluna bilsin.
Ən yüksək keyfiyyətli dərs vəsaitləri, xarici dil mütəxəssislərinin hazırlığı, informasiya kommunikasiya texnologiyaları, sürətli internet, bir də ən əsası bu sistemin yaradılmasında süni maneələri aradan qaldırmaq, distant təhsilin vacibliyinə və əhəmiyyətinə inanıb işə başlamaq mümkündür. Sözdə bu, asan görünsə də, mexanizmin qurulmasına illər lazımdır.
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07