Kim Çen öldü – Şimali Koreya bundan sonra bir xanım tərəfindən idarə olunacaq
Dünya24 aprel 2020 11:10

Müasir dünyanın ən əzazil diktatoru kimi tanınan Şimali Koreya lideri Kim Çen İn dünyasını dəyişib.
Ovqat.com-un məlumatına görə, diktatorun səhhətilə bağlı verilən xəbərlər bu ehtimalı gücləndirir.

Belə ki, bir müddət əvvəl Cənubi Koreya mediası Kim Çen İnin ağır ürək əməliyyatı keçirdiyi və ölüm döşəyinə düşdüyü barədə yazmışdı. Şimali Koreya və Çin rəsmiləri bu məlumatı təkzib etmişdilər. Fəqət diktator da ortalıqda görünmürdü. O hətta aprelin 15-də Şimali Koreyada müqəddəs doğum günü kimi qeyd edilən öz babası Kim Joung Unun ad günü mərasimlərinə də qatıla bilməmişdi. Halbuki bu mərasim Şimali Koreyanın 1 nömrəli rəsmi bayramıdır.

Aprelin 11-dən qeybə çəkilən diktatorun səhhətilə bağlı, nəhayət, ölkənin rəsmi media qurumları xalqa açıqlama veriblər. Açıqlamada diktatorun həqiqətən də ağır əməliyyat keçirdiyi, hazırda “dərin meditasiyada olduğu və xarici qıcıqlara reaksiya vermədiyi” bildirilir.
Xarici qıcıqlara cavab verməmək isə tibb elmində ölüm anlamına gəlir.
Şimali Koreyanın sülalə ənənələrinə görə, ölkə rəhbərinin vəziyyəti pisləşərsə, hakimiyyət onun kiçik bacısı Kim Ye Çjona keçəcək.

Qeyd edək ki, Kim Ye Çjona hakim ailənin Şimali Koreya siyasi həyatında aktiv yer tutan nadir nümayəndələrindən biridir. Bir çox rəsmi görüşləri öz bacısıyla bərabər keçirən diktator bəzi önəmli səfərlərə də onu göndərirdi. Çjona bir çox məqamlarda Şimali Koreyanın xarici siyasətini müəyyənləşdirən əsas fiqur kimi tanınır.

Təsadüfi deyil ki, diktator ABŞ-la ilk diplomatik münasibətləri qurmağı da öz bacısına həvalə etmişdi. Çjona bu məqsədlə 2018-ci ildə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirak etmək adıyla Seula yollanmış, burada ABŞ Dövlət Departamentinin rəhbəri ilə görüşmüş və beləcə iki ölkə arasında danışıqların əsası qoyulmuşdu. ABŞ prezidenti Donald Trump və Çin prezidenti Şi Cinping ilə birlikdə aparılan danışıqlarda da qardaşını tək buraxmayan Çjona Şimali Koreya diktatorunun ən yaxın dostu və məsləhətçisi kimi tanınır.

Öz əmisini, ən yaxın qohumlarını acımasızcasına qətl edən diktatorun bacısına göstərdiyi etimad, sözsüz ki, səbəbsiz deyildi və Çjonanın qardaşına hədsiz itaətindən irəli gəlirdi. Kim Çen İn hətta bacısının həyatına kiminlə ailə qurub-qurmayacağına qədər qarışırdı. Onun boyu 1.75 ölçüdə olan yeznə axtardığı da ailə sirri olmaqdan çıxıb dünya mediasının ilginc xəbərinə çevrilmişdi. Bəzən Kim Çen media orqanları önündə bacısının onun nökəri olduğunu göstərməkdə belə çəkinmir və uzun müddət dünya mediasında özündən söz etdirə bilirdi.

Mediada rəsmi ziyarətlərdə və milli bayramlarda ölkə liderinin yanında görünən, bəzən hətta təkbaşına xarici diplomatlarla mühüm danışıqlar aparan Kim Yo Çjonanın yeni lider olmasının qarşısını ala biləcək yeganə “qüsuru” zərif cinsin nümayəndəsi olmasıdır. Şimali Koreya xalqı patriarxal xarakterə sahib olduğundan xanım Kimin ümumxalq məhəbbəti qazanıb-qazana bilməyəcəyi şübhəlidir.

Di gəl ki, Kim Çen İnin qeyri-rəsmi arvaddan 3 oğlu olduğu iddia edilsə də, indiyədək adları belə gizli tutulan bu uşaqların ən böyüyünün 10 yaşı var. 10 yaşlı bir uşağı president “seçmək” (Onların Məzahir Pənahovunun daha böyük təcrübəyə malik olmasına baxmayaraq) xeyli ağ olduğundan Şimali Koreya xalqı patriarxal dünyagörüşünə sahib olmasına rəğmən zərif hegemoniyanın boyunduruğu altına girməyə məhkumdur.

Oxşar xəbərlər
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
7 aprel 2025 15:35
- Sabah 31 dərəcə isti olacaq
7 aprel 2025 15:17
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
7 aprel 2025 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
7 aprel 2025 11:43
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya