Prezidentin 1 ili: Zelenski vəd olunan 10 milyardı gözləyir, dünya isə...

"Əgər ötən ilin sentyabr ayında Zelenskini əhalinin 74 faizi dəstəkləyirdisə, bu ay üçün onun reytinqi 44 faizə enib".
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu aprelin 21-də Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsinin bir illik fəaliyyətini şərh edərkən deyib. Politoloq bildirib ki, Zelenskinin problemlərinin üstünə koronavirus da əlavə olunub:
"Zelenski seçkinin ikinci turunda o zamankı dövlət başçısı Petro Poroşenko üzərində 73 faizlə qəti qələbə çalmışdı. Beləliklə, siyasətçiləri ancaq rollarında əks etdirən artist Vladimir Zelenski prezident seçildi. Ancaq hazırda Zelenski çətin günlərini yaşayır. Əgər ötən ilin sentyabr ayında Zelenskini əhalinin 74 faizi dəstəkləyirdisə, bu ay üçün onun reytinqi 44 faizə enib. Zelenskinin problemlərinin üstünə koronavirus da əlavə olunub.
Bu 1 ildə Zelenski nələri bacardı, nələri edə bilmədi?
Zelenskinin əsas seçkiqabağı şüarı bu idi: "Müharibəni dayandıracaq, girovları və torpaqlarımızı geri qaytaracağam”. Çox iddialı şüar idi. Zelenskii həqiqətən müharibəni dayandırdı, girovların böyuk əksəriyyətini geri qaytardı. Torpaqların işğalı isə davam edir və Rusiya ilə danışıqlarda irəliləyiş yoxdur. Moskva Kiyevin Donbasa xüsusi status verilməsini və bunun Ukrayna Konstitusiyasında təsbit olunmasını tələb edir. Zelenski nə qədər güzəştə hazır olsa da, Moskvanın bu tələbini yerinə yetirə bilməz. Bu halda Ukraynanın digər bölgələrində də "geniş muxtariyyət” tələbləri artacaq və bu mərkəzdənqaçma meyllərini gücləndirəcək".
Elxan Şahinoğlunun fikrincə, Zelenskinin böyük güzəştə hazır olmamasının başqa səbəbi də var:
Birincisi, Ukraynadakı milltəçi qüvvələr separatçılarla birbaşa danışıqların və Moskvanın tələblərinin yerinə yetirilməsinin əleyhinədirlər. Məsələn, Zelenski bir ara separatçılarla təmaslara yol açacaq Məsləhət Şurasının yaradılmasına razılıq verdi. Bununla bağlı olaraq Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla Kreml administrasiyasının sədr müavini Dmitri Kozak arasında razılaşma əldə edildi. Ancaq daha sonra Kiyevdəki millətçi qüvvələr meydana axışdılar və Zelenski separatçılarla təmas ideyasından imtina etdi.
İkincisi, separatçılarla təmasların əleyhinə Zelenskinin rəhbəri olduğu "Xalqın xidmətçisi” partiyasında da çıxanlar var. Zelenski hakimiyyətə gəldikdən sonra növbədənkənar parlament seçkisi təyin etdi və onun tələsik formalaşdırdığı "Xalqın xidmətçisi” partiyası mütləq səs çoxluğu qazandı. İlk aylarda partiya prezidentin bütün istəklərini yerinə yetirir, qanunların qəbulunu sürətləndirirdi. Ancaq son aylarda hakim partiyada ikitirəlik yaranıb. Əgər bir qrup əvvəlkitək Zelenskinin siyasətini dəstəkləyirsə, digər qrup etraz səsini artırmağa başlayıb və müxtəlif qanunların qəbulunda prezidentin istəyi xaricində səs verir. Buna görə Zelenski həm Kiyevdəki millətçi qüvvələr, həm də partiyasındakı hazırki durumla hesablaşmaq məcburiyyətindədir".
Politolq qeyd edib ki, Zelenski prezident seçilən kimi korrupsiyaya qarşı müharibə elan etdi:
"Keçmiş prezidentlərdən fərqli olaraq Zelenski oliqarx deyil, zavod və fabrikləri yoxdur, heç zaman hansısa oliqarxa dəstək verməyib. Buna görə də Zelenski heç kimin qarşısında gözükölgəli deyil. Həqiqətən Zelenski prezident seçilən kimi dövlət aparatında çalışanların bizneslə əlaqələrini qadağan edən qanun qəbul etdirdi, Antikorrupsiya Məhkəməsinin işini fəallaşdırdı. Ancaq bu günlərdə baş verən qalmaqal Zelenski üçün çətinlik yaratdı. Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermakın qardaşı Denis Yermakın gizli görüntüləri yayıldı. Həmin görüntüdə Yermak rüşvət müqabilində qardaşı vasitəsilə dövlət vəzifəsinə təyatlar həyata keçirəcəyi bildirilirdi. Bu görüntülərin yayılması Ukraynada böyük qalmaqal yaratdı. Ən maraqlısı odur ki, görüntünü yayan prezidentin partiyasından olan bir deputat idi. Yəni prezidentin partiyasından olan deputat Prezident Administrasiyasının ikinci adamını ifşa edirdi. Bu faktın özü hakim partiyada ikitirəliyin nümunəsidir".
Elxan Şahinoğlu hesab edir ki, Vladimir Zelenski bir il ərzində iqtisadi tənəzzülün qarşısını alaraq inkişafa nail ola bilmədi:
"Prezident Ukrayna iqtisadiyyatının hər il 5-7 faiz artacağını vəd edirdi. Bu vədi reallaşdırmaq mümkün olmadı. Aydın olan budur ki, indiki ağır şəraitdə Ukrayna kənardan maliyyə yardımı almadan tənəzzüldən çıxa bilməyəcək. Vladimir Zelenski Beynəlxalq Valyuta Fondunun Ukraynaya ayırmağa söz verdiyi 10 milyard dollara ümid edir. Ancaq bu vəd koronarivus dünyaya yayılandan əvvəl vəd edilmişdi. Hazırda isə hamının yardıma ehtiyacı var.
Digər tərəfdən Beynəlxalq Valtuya Fonunun qərarlarına üzv dövlətlər qərar verirlər. Həmin dövlətlərin Ukraynaya 10 milyard dollar ayırmasına razılaşacağını söyləmək çətindir. Vladimir Zelenski bu vəziyyətdə dost dövlətlərə müraciət edib. Həmin dövlətlər arasında Azərbaycan da var. Azərbaycan ən çətin günlərdə yardıma ehtiyac olan dost dövlətlərə dəstək verib. Ancaq indiki vəziyyətdə hər bir dövlət kimi Azərbaycan da öz resurslarından ehtiyatla istifadə edilməsinin tərəfdarıdır"./Qaynar.info/
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
6 aprel 2025 15:00
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
5 aprel 2025 20:30
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
5 aprel 2025 13:06
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
2 aprel 2025 13:26
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25