“Bakcell”dən 1,5 milyonluq ianə, ən son tibbi avadanlıqlar və ...

Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.
şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planı hazırlayıb.
Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manatlıq ianə
Azərbaycanda ən geniş Korporativ Sosial Məsuliyyət strategiyasına malik şirkətlərdən biri olan Bakcell Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat ianə edib. Bu məbləğ Şirkətin daxil olduğu NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.
Ən son tibbi avadanlıq və ekspress-testlər əldə olunub
Ölkədə COVİD-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə yönəlmiş tədbirləri dəstəkləmək məqsədilə Bakcell Azərbaycana ən son tibbi avadanlıq və vasitələrin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-test əldə olunub. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim olunacaq.
#görünməzqəhrəmanlar və karantində olan insanlar üçün xüsusi kampaniya
Bakcell karantində olan vətəndaşlarımızı və onlara qayğı göstərən “görünməz qəhrəmanlar”ı - tibb işçilərini də unutmayıb. Onlar üçün xüsusi sürpriz hazırlayan Bakcell əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir.
Bundan əlavə, Bakcell şirkəti karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq.
Onlayn xeyriyyə marafonu
Bakcell koronovirusla mübarizəyə yönəlmiş digər Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsini də planlaşdırır. Özünün AppLab proqramının dəstəyi ilə yaradılmış Run2Help mobil tətbiqetməsi vasitəsilə şirkət xeyriyyə məqsədləri üçün onlayn marafon keçirəcək. Evdə olduğumuz günlərdə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün Bakcell gün ərzində atılmış
addımları pul vəsaitinə çevirmək və ianə etmək imkanı yaradacaq. Toplanan məbləğ isə Bakcell tərəfindən ediləcək ianə ilə birlikdə şirkətin uzunmüddətli KSM partnyoru olan “SOS Uşaq Kəndləri”nə və digər təşkilatlara köçürüləcək.
Bundan əlavə, Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.
Abunəçi və əməkdaşların təhlükəsizliyi - "evdeqal" tədbirləri
Bütün vətəndaşların və öz əməkdaşların sağlamlığı Bakcell şirkəti üçün prioritet məsələdir. Bu gündən etibarən Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evde qal” çağırışını görəcəklər.
Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib. Buna baxmayaraq, “Bakcell”in bütün xidmət mərkəzləri lazımi olan dezinfeksiya vasitələri ilə təchiz edilib.
Bundan əlavə, 103 təcili tibbi yardım xidmətinə olduğu kimi, “TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.
Bu tədbirlər çərçivəsində Bakcell öz əməkdaşlarına evdən işləmək imkanı təklif edib və ofisə gəlib işləmək istəyən əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün ofislərdə lazımı dezinfeksiya işləri aparılıb.
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 2025 10:37
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
4 aprel 2025 18:47
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35