- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Milli kimliyin eyni kökü: Mən Türkəm, Türkmənəm
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Azərbaycanla Türkmənistan münasibətlərinin tarixi ilə bağlı müəllif yazısı yazıb.
“Qafqazinfo” xəbər verir ki, V. Abdullayev bu münasibətlərinin tarixi qədim tarixə malik olduğunu bildirib:
"Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət və dil oxşarlığı baxımından Azərbaycan xalqına ən yaxın olan xalq məhz türkmənlər hesab olunur.
Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika kimi geniş iqtisadi və mədəni əlaqələrə malik olmuş, qarşılıqlı birgə proqramlar həyata keçirmişlər. Xəzər dənizinin Türkmənistana aid hissəsində neft və qaz yataqlarının geoloji kəşfiyyatı, yataqların tapılmasında azərbaycanlı mütəxəssislərin böyük əməyi vardır. Türkmənistanın bir sıra kənd təsərrüfatı və sənaye məhsulları ilə təmin edilməsində Azərbaycanın xüsusi rolu olmuşdur. Həmin illərdə iki respublika arasında iqtisadi, elmi-mədəni əlaqələr ən yüksək səviyyəyə çatmışdır.
Müstəqilliyin ilk illərində hər iki respublikanın keçmiş rəhbərliyinin səriştəsizliyi isti əlaqələrin ruhuna ciddi zərər vurdu. Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyunundan qoyulsa da, bu, yalnız kağız üzərində qaldı. Xüsusilə də, keçmiş prezident Saparmurat Niyazovun məntiqsiz və əsassız regional siyasət kursu təəssüf ki, iki dost və qardaş ölkə arasında münasibətlərin hərarətini soyutmuş, siyasi-iqtisadi və digər sahələrdə birgə əməkdaşlıq zəifləmişdi. Niyazovun dar siyasi baxışları hətta geniş əməkdaşlıq məkanı olan Xəzər dənizində regional birgə əməkdaşlığa da zərbə vururdu.
2007-ci ildə Türkmənistanda yeni prezidentinin seçilməsindən sonra rəsmi Aşqabadın xarici siyasət kursunda əsaslı dəyişikliklər baş verdi, qısa müddətdə Azərbaycanla münasibətlərdəki durğunluq və soyuqluq rüzgarı aradan qalxdı. Ölkəsinin daxili və xarici siyasətinə yenidən baxan Prezident Qurbanqulu Berdiməhəmmədovun praqmatik, rasional siyasəti iki ölkə arasında münasibətlər ənənəvi qardaşlığın ruhuna uyğun şəkildə qurulmağa başaldı. İlk növbədə, siyasi əlaqələrdə canlanma hiss olundu və bu, daha da genişlənərək əlaqələri yeni inkişaf mərhələsinə çıxardı.
2008-ci ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan rəsmi səfəri strateji münasibətlərə təkan verən mühüm siyasi hadisə kimi yadda qaldı. Həmin səfər təsdiqlədi ki, iki türk dövləti arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur. İki ölkə arasında münasibətlərin istiləşməsi dövlət başçılarının təkbətək və geniştərkibli görüşündə özünü aydın büruzə verdi. Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısının bu tarixi səfərini yüksək qiymətləndirərək “Mən bu səfəri ikitərəfli münasibətlərimizin inkişafında keyfiyyətcə yeni mərhələ açan tarixi səfər hesab edirəm. İqtisadi əlaqələrimiz möhkəmlənir, siyasi təmaslarımız daimi xarakter daşıyır, həyatımızın bir sıra istiqamətləri üzrə çox sıx qarşılıqlı əlaqə mövcuddur. Bütün bunlar, əlbəttə ki, bizi çox sevindirir” bəyanatı qardaş dövlətlərin münasibətlərinə geniş üfüqlərin açılmasının ifadəsi idi.
2008-ci ilin noyabrında Azərbaycan Prezidentinin Türkmənistana səfəri isə artıq qardaşlığın və doğmalığın rəvan xətt üzrə irəlilədiyini, isti təmasların daha da hərarətləndiyini nümayiş etdirdi. Bu səfərin olduqca zəngin olması hər iki dövlətin başçısının nikbin və xoş duyğuları sezdirən çöhrəsindən, ən səmimi ifadələrindən də görünürdü. Cənab İlham Əliyev öz doğma ocağında qardaşının mehribanlığı və iltifatı ilə əhatə olunmuşdu. İki qardaş ölkənin liderinin bu möhtəşəm şahanə görüşü dünyaya türk dövlətlərinin vüqarının, müdrikliyinin obrazını nümayiş etdirdi.
Qarşılıqlı səfərlər və davamlı xarakter alan görüşlər Azərbaycan və Türkmənistan arasında açılmış yeni parlaq səhifəni ilbəil daha da rəngarəng etdi, zənginləşdirdi. Münasibətlərin fəallaşması və möhkəmlənməsi əlaqələrin bütün sahələrdə genişlənməsinə təkan verdi, siyasi gündəliyi və yol xəritəsini daha da işıqlandırdı, yeni dinamika və əsaslı keyfiyyət dəyişikliklərini hərtərəfli əlaqələrdə özünü göstərdi. Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistanın enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşma nümayiş etdirərək regionun siyasi xəritəsinə yeni çalarlar əlavə etdi.
Son 10 ildə Azərbaycan və Türkmənistan arasında əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq tranziti üzrə yeni hədəfələrə fokuslanıbdır. İki qardaş ölkənin dövlət başçılarının mütamadi xarakter alan qarşılıqlı səfərləri münasibətlərin dərin hörmət və açıq dialoq mühitində möhkəmlənməsinə güclü zəmin yaradıb. Hər iki ölkə ikitərəfli və çoxtərəfli əlaqələrin dinamizmini artıraraq beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi təsisatlarda yaxın və birgə mənafelərə xidmət edən təşəbbüslərlə çıxış edir.
Prezident Qurbanqulu Berdiməhəmmədov bəyanatında vurğuladığı kimi Azərbaycan Prezidentinin yürütdüyü mehriban qonşulıq və qardaşlıq siyasəti iki ölkə arasında dərin səmimiyyətin yaranmasına səbəb olubdur. Hər iki tərəf çox yaxşı və konstruktiv mühitdə və qarşılıqlı hörmət və etimad fonunda ilbəil münasibətlərin dinamikasını zirvəyə çatdırıbdır.
Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təəssüf ki, Niyazovun qeyri-normal siyasi yanaşma xətti də Xəzərdə əməkdaşlığa mane olurdu. Berdiməhəmmədovun
bu yararsız siyasi kursun üstündən xətt çəkməsi Xəzərdə geniş formatın möhkəmlənməsinə zəmin yaratdı. Cənab Qurbanqulu Berdiməhəmmədovun özünün bəyan etdiyi kimi Azərbaycan və Türkmənistanın birgə cəsarətli və qətiyyətli addımları Xəzəri sülh və təhlükəsizlik məkanına çeviribdir: “Bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir”.
“Xəzərin hüquqi statusu haqqında” yekun konvensiyanın imzalanmasından sonra isə Azərbaycanın başlatdığı transkontinental enerji tranziti dəhlizində Türkmənistanın da yer almasına əlverişli imkanlar yaranıb. Artıq Avropanın nəhəng qaz magistralı olan “Cənub Qaz Dəhlizi”ndə Türkmənistanın iştirakı gerçəkləşməyə başlayıbdır.
Azərbaycan-Türkmənistan münasibətlərinin güclü geostrateji mahiyyətini son 2 ildə imzalanmış sənədlərdən də görmək mümkündür. Azərbaycan Prezidentinin 2018-ci ildə Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 20-dən çox, son 2 ildə strateji təmasların güclü hüquq bazası olmaqla hər bir sahədə dinamikanın hərarətini yüksəldib.
Martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan səfəri isə bir-birinə yaxın iki qardaş ölkənin müasir siyasi coğrafiyada möhtəşəm yerini, bir-birinə arxa-dayaq olmasını bir daha təsdiq etdi. Prezidentlər - İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan və Türkmənistan arasında keçirilən görüşlərdə bir yerdə addımlayan bir ananın iki övladının birgə həmrəyliyi ifadə olundu. Dövlət başçılarının iştirakı ilə imzalanmış sənədlər isə mühüm siyasi əhəmiyyət kəsb etməklə bütün müasir çağırışların ruhuna uyğun olaraq əməkdaşlığın yeni hədəflərini, qarşıdakı illərin yol xəritəsini müəyyən edir. Siyasi, hərbi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələrdə Azərbaycan-Türkmənistan həmrəyliyinin güclənməsi və qarşılıqlı etimad mühitində səbrlə, israrla yeni layihələrin, proqramların davam etdirilməsi növbəti uğurlara imza atmaq üçün əlverişli zəmin yaradır".
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17