Sonqulu Bağırov dedi ki, pulları qaytaracağam
Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Report”un xəbərinə görə, cinayət işinə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır.
Mənimsəmədə təqsirləndirlən şəxslər Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.
Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.
Prosesdə təqsirləndirilən Əkbər Həsənov digər təqsirləndirilən İlqar Hacıyevin vəkili Ramil Məmmədzadənin suallarını cavablandırıb.
O, suallara cavab olaraq rəhbəri olduğu Departamentin birbaşa nazirə tabe olduğunu bildirib və əlavə edib ki, mənimsənildiyi iddia olunan 451 min manatı cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, alpinistlərin axtarışı üçün ayrılan vəsait üçün sərf edilib.
Departamentdə müxtəlif şəxslərin adına kart açılaraq aylıq maaş ayrılması ilə bağlı suala cavab olaraq yalnız 25-30 kartdan xəbərdar olduğunu deyən Ə.Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb.
İ.Hacıyev isə bunu təkzib edərək deyib ki, departamentin min nəfərdən artıq işçi siyahısı hər ay Ə.Həsənova təqdim edilib və o, hər şeydən xəbərdar olub.
Vəkil R.Məmmədzadə Ə.Həsənovdan sabiq nazir H.Bağırovun 2018-ci ildə ondan 265 min manat istəyib-istəmədiyini soruşub. Ə.Həsənov bu fikirlərə münasibət bildirməyib. O, digər suala cavab olaraq bildirib ki, rəhbər olduğu Departament aylıq xərclərlə bağlı nazirə məlumat vermirdi:
"Bütün işlər görülüb, amma etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim".
451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə.Həsənov qalan hissəni ödəməməsi ilə bağlı sualı belə cavablandırıb ki, həmin məbləği İ.Hacıyev ödəməli idi.
İ.Hacıyev isə 151 min manatı ödəməməsinin səbəbini günahsız olması ilə əlaqələndirib.
Məhkəmədə sərbəst ifadəsində İ.Hacıyev deyib ki, çalışdıqları departamentdə ilk dəfə audit yoxlaması aparılan zaman 25 min manatlıq çatışmazlıq üzə çıxıb: "Bu, büdcəsi 2-3 milyon olan bir qurum üçün çox kiçik məbləğ idi. Ə.Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu".
İ.Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması barədə danışaraq bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Ə.Həsənova verilib.
İ.Hacıyev söyləyib ki, sabiq nazir H.Bağırovun 2018-ci ildə onlardan aldığı 265 min manatdan sonra işlər bu vəziyyətə çatıb:
“Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Ə.Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyimiz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da, Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi.
Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını artırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.
Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir seçilsə, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı.
Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu.
Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük.
Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı”.
O qeyd edib ki, bu məsələləri mediaya açıqlayacağını dedikdən sonra H.Bağırov dəymiş zərələ bağlı Ə.Həsənovun adından 300 min manat ödəyib, qalanını isə söz versə də, ödəməyib.
İ.Hacıyev ifadəsində departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb. O bildirib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var.
Proses davam etdiriləcək.
Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.
İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.
Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞD
21 noyabr 2024 10:53
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb
17 noyabr 2024 21:36
- Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi – SƏBƏB VƏ TƏFSİLATI
15 noyabr 2024 21:39
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 2024 15:08
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07