- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Azərbaycan qadınının Mehriban siması
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşıb, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkanından, irqindən, dilindən, dinindən asılı olmayaraq qadınlarımız aparıcı sosial qüvvə olubdur. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşıb inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır.
Qadınlar sübut etmişlər ki, «zərif məxluq» olsalar da, onlar kişilər üçün üstün sayılan problemlərin və çətinliklərin öhdəsindən daha inamla, cəsarətlə gəlmişlər. Bu gün «qadın və siyasət» probleminin dərk edilməsi məsələsində dünyanın siyasi proseslərində böyük dəyişikliklər baş verir. Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün qadınlarımız təkcə xeyirxah layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görürlər.
Ümummilli liderimiz Heydər Əliyev qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Respublikamıza birinci dəfə rəhbərliyi dövründə Heydər Əliyev qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etmişdir. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edilirdi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, onların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəməmişdi. 1975-ci ilin “Beynəlxalq qadın ili” elan olunması ilə əlaqədar Azərbaycanda da xüsusi komissiya yaradılmışdı. Həmin komissiyada respublikada qadın əməyinə dair görülmüş işlər müzakirə olunurdu. Bu, dünyada qadının nüfuzunun artması demək idi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları almışdı. Bütün bunlar Azərbaycan qadınına göstərdiyi sonsuz diqqət və qayğının təzahürü idi..
Azərbaycan qadını keçmiş sovetlər birliyində ictimai-mədəni həyatda xüsusi fəallığı ilə seçilmişdir. SSRİ ictimai təminat naziri, ilk azərbaycanlı qadın təyyarəçi, II Dünya müharibəsində hərbi təyyarəçi olmuş Züleyxa Seyidməmmədova, ictimai-siyasi xadim, Azərbaycan SSRİ-nin xalq maarif komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, xalq ədliyyə komissarı və Ali Məhkəmə sədri vəzifələrində çalışmış Ayna Sultanova, Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Salamzadə, ilk professional Azərbaycan qadın müğənnisi, SSRİ xalq artisti, opera ifaçısı və müəllimi, Azərbaycan SSRİ Ali Sovetinin deputatı Şövkət Məmmədova, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva, görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva kimi Azərbaycan tarixində silinməz iz qoyan qadınlarımız olub.
Dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, nəcib və nəcabətli, əməlisaleh və insanpərvər Zərifə xanım Əliyeva Azərbaycan xalqının ən böyük şəxsiyyətlərindəndir. Cəfakeş ana, qayğıkeş insan, görkəmli alim, sadiq dost, vəfalı ömür-gün yoldaşı və böyük vətənpərvər olan Zərifə xanım elm fədaisi, nur çeşməsi, şəfqət qaynağı idi.
Azərbaycan qadınının nurlu, parlaq simalarından olan Aida xanım İmanquliyeva da xeyirxahlığın ünvanı kimi tariximizdə zəngin və şərəfli həyat yolu olan şəxsiyyətlərdəndir. Şərqşünas alim kimi bütün bilik və bacarığını elmimizin inkişafı yolunda yorulmadan sərf edən Aida xanım nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınmış və sevilmiş, hər zaman millətimizə başucalığı gətirmişdir.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının rəhbəri seçilməsindən sonra qadın hüquqlarının qorunması, onların üzləşdiyi problemlərin həlli istiqamətində prinsipial addımlar atıldı, qadınların ictimai-siyasi həyata roluna yenidən diqqət göstərildi. Qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması bu sahədə yeni mərhələnin başlanması hesab edilə bilər. 1998-ci ildə keçirilmiş Azərbaycan Qadınlarının I Qurultayı ilə qadınlarımız cəmiyyətin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər.
Ölkəmizdə uğurlu qadın siyasəti Prezident İlham Əliyev tərəfindən davamlı şəkildə inkişaf etdirilir, qadın hüquqlarının etibarlı qorunmasına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlmiş və zərif cinsin nümayəndələri dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir.
Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə olunmasında keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada, Mehriban xanım Əliyevanı bütün qadınlar üçün örnək hesab etmək ən düzgün seçim olardı.
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq yeni bir mərhələ açdı. Onun milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Mehriban xanımın şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb.
Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban Əliyevanın ictimai lider kimi fəaliyyəti Azərbaycan qadınının parlaq obrazını formalaşdırmışdır. O, sözün əsl mənasında, Azərbaycan qadınının ləyaqət simvoludur və istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.
Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban xanım Əliyeva öz mənəvi və intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Ona əbəs yerə Azərbaycanın Birinci xanımı demirlər. Azərbaycanda "Birinci xanım" institutunun 2003-cü ilin oktyabrından sonra formalaşması, bunun UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktı da xüsusi vurğulanmalıdır.
Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.
Mehriban Əliyeva xalqımızın haqq səsidir. Onun beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ilə bağlı əzmkar missiyası güclü bir siyasi təşviqat vasitəsinə çevrilibdir. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Mehriban xanım dünyada hər kəsin təhlükəsiz və birgə sülh şəraitində yaşaması üçün sülpərvər siyasətə dərindən töhfə verir. Beynəlxalq səviyyədə keçirilən tədbirlərdə qadın hərəkatının liderlərindən biri kimi mötəbər və möhtəşəm fəaliyyəti ilə seçilir. Mehriban Əliyeva gender problemlərinin həlli istiqamətində cəsur addımlar ataraq qadınlara qarşı bütün zorakılıqların və Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına nail olmuşdur. Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da bunun bariz nümunəsidir.
Mehriban xanımın timsalında Azərbaycan qadını cəsur və fədakarlıq ünvanına çevrilmişdir. O, ictimai proseslərdə fəal iştirakı ilə qadın hərəkatına yeni keyfiyyət dəyişiklikləri gətirmiş, qadının siyasi proseslərdəki yerinin və rolunun düzgün və nizamlı tərzini müəyyən etmişdir. Mehriban Əliyevanın Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür.
Azərbaycanın Birinci xanımın fəaliyyəti o qədər geniş və çoxplanlıdır ki, uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir. Aztəminatlı və şəhid ailələri onun qayğısını daim öz üzərlərində hiss edirlər. Mehriban xanımın belə ailələri hər zaman yada salması mərhəmətin, xeyirxahlığın onun həyat amalına çevrildiyinin təsdiqidir. Onun şəxsində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapmışdır.
Mehriban xanım ictimai-siyasi mühitdə qadının əsl ictimai simasını cəmiyyətə təqdim etmişdir. Onun bütün məziyyətləri ictimai xadim və siyasətçi kimi cəmiyyətə təqdim edilməsini bütövlükdə tamamlamışdır.
2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban Əliyevanın şəxsində ümumilikdə Azərbaycan qadınına böyük etimad göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Azərbaycanın aparıcı partiyasına axınını daha da stimullaşdırdı.
Mehriban Əliyevanın qadın lider kimi ictimai-siyasi portretini tamamlayan cizgilər kifayət qədər zəngin və dolğundur. O, hələ Milli Məclisin deputatı seçildiyi gündən Azərbaycan dövlətçiliyinin – milli müstəqilliyimizin qorunmasına, ölkəmizin ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən qərar və qanunların qəbul olunması üçün mühüm təşəbbüslərlə çıxış etmiş, müstəqil Azərbaycanın müasir mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır. Bu, Azərbaycanın müstəqillik tarixində ölkəmizin inkişafı və milli qüdrətinin artmasında çox mühüm əhəmiyyətə malik olan tarixi faktdır.
Mehriban Əliyeva qadın hərəkatının fəal nümayəndəsi kimi müasir siyasi tariximizə daxil olmuş liderdir. Mehriban xanım böyük ictimai-siyasi xadim kimi, milli-siyasi elitamızın zəngin simalarındandır. O, tariximizin çox önəmli bir hissəsini - qadın iştirakçılığı və liderliyi ilə bağlı ənənələri öz fəaliyyəti ilə reproduksiya edərək, həmçinin yeni çalarlar əlavə edərək mühüm ictimai statusunu möhkəmləndirmişdir.
Onun ölkəmizdə dövlət səviyyəsində yüksək vəzifəyə - Azərbaycanın Birinci vitse-prezidenti postuna təyin edilməsində mühüm rol oynamışdır. Bu, əslində, gözlənilən idi. Çünki Mehriban xanım yuxarıda qeyd etdiyimiz və etmədiyimiz böyük, xeyirxah əməlləri, Azərbaycan naminə fədakarlığı, yorulmaz titanik fəaliyyəti, gərgin zəhməti ilə seçilirdi. Bu vəzifə, bu ali kürsü, yüksək post onun haqqı idi. Azəevbaycanın Birinci vitse-prezidenti fəaliyyətinin elə ilk günlərində sübut etdi ki, ölkə rəhbəri öz seçimində heç də yanılmayıb.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda ümummilli məqsədlərə xidmət edən ardıcıl və səmərəli fəaliyyətini daha da qətiyyətlə davam etdirərək, xalqın sonsuz inam və etimadını doğrultmağa müvəffəq olub.
Vaqif Abdullayev,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü.
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 2024 12:00
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17