Elmira Axundovadan şıdırğı rəqs göstərisi: “manıs” diplomatiyası
Sosial şəbəkələrdə maraqlı bir VIDEO yayılıb.
Ovqat.com xəbər verir ki, videoda Azərbaycanın 3 dəfə ard-arda millət vəkili seçilən Elmira Axundova xanımın rəqsi əks olunub.
Həmin videoda diqqət çəkən məqam təkcə 66 yaşlı Elmira xanımın bir çox gənc xanımlara “daş çıxaran” ecazkar rəqsi deyil. Əksinə, sözün həqiqi mənasında Elmira xanımın bu qədər gümrah görünməsi hər kəs kimi bizi də sevindirir. Necə olsa, 15 il parlamentdə Azərbaycan xalqının parlametdə təmsilçisimiz olub, mühüm qanunlar hazırlayaraq taleyimizi müəyyənləşdirib. Baxmayraq ki, bu müddət ərzində onun və həmkarlarının hazırladığı qanunların ölkə əhalisinə nə fayda verdiyini aydınlaşdırmaq xeyli çətindir. Bəzi “ağzıgöyçəklər” hətta milyonlarla uşağın pulunun kəsilməsində bütün deputaları, o cümlədən Elmira xanımı da tənqid atəşinə tuturlar. Amma nə dəxli var, əsas odur ki, Elmira Axundova xalqın uşaqlarına olmasa da özünə və oğluna yaxşıca gün ağlayıb. Tək bu övladcanlılığına görə ona və övladına milyonlarla uşağın boğazından kəsilənləri halal etmək olar.
Videoda diqqətçəkən əsas məqam isə şıdırğı rəqsin ifa olunduğu mahnının sözləridir. Təsadüfə baxın ki, ölkə mətbuatı da məhz həmin dəqiqələrdə Güney Azərbaycanın məşhur “Səni deyirlər” mahnısının sədaları altında rəqs edən Elmira xanımdan danışırdı. Onun yaxınlarda Ukraynaya səfir göndəriləcəyi bildirilir və bu xəbər, “Qaçqınkom” Əli Həsənovun sözü olmasın bəzi paxıl jurnalistləri narahat edirdi. Həm də o qədər narahat edirdi ki, həmin “antimilli ünsürlər” utanmadan Elmira Axundovanın pulunu saymağa başlamışdılar.
Timetv.live adlı sayt iddia edirdi ki, Sabiq deputat səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verib: “Oğlu Həbib Axundov isə bu xəbəri dostlarına “Hazırlaşın, bir aya mamam səfir olan kimi gedirik Ukraynaya, qızlarla kef etməyə” deyib sevinib”.
Doğrusunu desək, bu video ortaya çıxandan sonra Elmira Axundovanın Ukraynaya yeni səfir namizədi kimi seçilməsinin əsl sirrini anladıq. Görünür, Ukraynaya səfirlər məhz incəsənət xadimləri arasından seçilməslidir. Bəllidi ki, indiki Ukrayna səfirimiz yaxşı piano çalandır. Gələcək səfirimiz isə deyəsən yaxşı rəqs edən olacaq. Necə deyərlər, keçmişlə gələcək bir-birini tamamlayacaq və Azərbaycansayağı kulturo-diplomatiya deyilən tandem ortaya çıxacaq. Yeri gəlmişkən, bu tandemə bizim köhnə məhəllədə "manıs" diplomatiyası da deyirdilər.
Maraqlıdır ki, kifayət qədər ciddi iddiaların yer aldığı həmin məlumat Elmira xanım və oğlu Həbib tərəfindən indiyədək təkzib edilməyib. Görünür, Axundovların başı İsmayıllıda keçirilən toya qarışıb. Biz də onları haqlarında irəli sürülən iddialarla tanış etmək üçün yazını bir daha paylaşırıq. İddialarla bağlı bir irad və ya təkzibləri olarsa, Ovqat.com-un səhifələri bütün hər kəs kimi Axundovların da üzünə açıqdır.
Deyəsən, Azər Xudiyevə rəhmət oxuyacağıq: Elmira Axundova Ukraynaya yeni səfir göndərilir
Sabiq deputatın səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verdiyi bildirilir
Oğlu Həbib Axundov isə dostlarına “Hazırlaşın bir aya mamam səfir olan kimi gedirik Ukraynaya qızlarla kef etməyə” deyib sevinir
Milli Məclisə keçirilən 9 fevral növbədənkənar seçkilərdə mandat ala bilməyən bəzi deputatlar artıq özlərini müxtəlif vəzifələrə təyin etdirmək üçün qapıları döyürlər. Onlar Azərbaycan prezidentinə yaxın olan şəxslər vasitəsilə İlham Əliyevə təsir göstərərək vəzifələrə təyin olunmağa çalışırlar. Hazırda 66 yaşı olan və özünü cəmiyyətə yazıçı, publisist, jurnalistdən daha çox adı qalmaqallarda keçən makler tanıdan keçmiş deputat Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunmaq arzusundadır. Rusiyada doğulmuş və rus təəssübkeşliyi ilə seçilən Elmira Axundovanın niyə məhz Ukraynanı seçməsi bizə maraqlıdır…
AXUNDOVA NƏ QƏDƏR XƏRCƏ DÜŞÜB?
Bildirək ki, hələ fevral ayının 17-sində sosial şəbəkədə Elmira Axundovanın Ukraynaya səfir göndəriləcəyi barədə xəbərlər yayılmışdı. O zaman biz bunu o qədər ciddiyə almadıq. Amma bu günlərdə maraqlı hadisə baş verib. Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına bildirib ki, Ukraynaya köçməyə hazırlaşır. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb.
FUAD MURADOV
Diaspora Komitəsinin sədri Fuad Muradovaraçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi “prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək.
NATƏMİZ BİOQRAFİYA İLƏ SƏFİRLİK İDDİASI
Bu prosesdə maraqlı odur ki, keçmiş deputatın bioqrafiyası ümumiyyətlə, təmiz deyil. Onun adı daim çirkli işlərdə hallanıb. Məsələn, Fərman Məmmədov adlı iş adamından külli miqdarda pul alaraq geri qaytarmadığı hər kəsə bəllidir. Elmira Axundovanın Fərman Məmmədovla danışığının səs yazısı yayılmışdı. Həmin səs yazısında Elmira Axundova etiraf edir ki, Müdafiə Nazirliyində keçirilən tenderlərdə müəyyən şəxslərə hamilik etməklər ayda 60 min manat “şapka” alır.
Məmmədova söz verir ki, həmin “şapka”nı aldıqca hissə-hissə onun pulunu ödəyəcək. Axundova sonra Fərman Məmmədovu şərləyib həbs etdirmək, alıb vermədiyi pulların arxasına keçmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət də etmişdi.
Elmira Axundovanın adı Azərbaycan xüsusi xidmət orqanları üçün üz qarası olanEldar Mahmudovla əməkdaşlıqda, onun vasitəsilə hətta Milli Təhlükəsizlik Nazirliyindən adam işdən azad etdirmək də hallanıb.
Amma bunlar da son deyil. Hamı bilir ki, Elmira Axundova məmurlarla iş adamları arasında maklerlik etməklə qazandığı pulları oğlunun vasitəsilə biznesə qoyub. Bakıda “Gənclik” metrosunun yaxınlığında böyük çay evi var. Bundan əlavə onların adı dərman mafiyası ilə hallanır.
Dövri mətbuatda da sübut olunub ki, Axundovlara məxsus obyektlərdə apteklər şəbəkəsi fəaliyyət göstərib və göstərir.
Həmin apteklərdə qedyri-qanuni dərman satışı faktlarla sübut olunub. Hətta Həbib Axundov özü həmin obyektin ona məxsus olduğunu etiraf etmişdi.
Təkcə bunlar olsa, nə var ki? Elmira Axundovanın və oğlunun adı daim eyş-işrət məclislərində hallanıb. Bu eyş-işrət məclislərindən birinin qurbanı model Günel Mirzəyevadır.
Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və boğularaq ölüb. Bu müəmmalı ölüm Günel Mirzəyevanın həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu günlərdə baş verib. Model xanımı məhkəmədə təmsil edən də Elmira Axundovanın vəkili Rövşən Yusifov olub. Üstəlik, suda boğularkən Günel Mirzəyevanın hamilə olması haqda da bilgilər var.Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə üz tutan bir qadının hamiləliyi də maraqlı suallar ortaya çıxarır. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq batması bu günə qədər müəmmalı olaraq qalıb… Yəni, bu adamlar faktiki olaraq həm də bir insanın ölümündə iştirakçı olub, sonra da onu ört-basdır ediblər.
Eyni zamanda təsəvvür edin ki, Ukrayna kimi mühüm bir strateji ölkəyə səfir postuna təkcə adı dələduzluqda hallanan şəxsi yox, həm də koorrrupsioner bir adamı göndərirlər. Biz dövri mətbuatda dərc dərc edilmiş və təkzib olunmamış məlumatları sizə təqdim edirik. Diqqət edin, görün Elmira Axundovanın və oğlu Həbib Axundovun nə qədər sərvəti var.
Elmira Hüseyn qızı Axundovanın varidatın siyahısına da nəzər salaq:
“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.
“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
8 . Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.
Bu geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.
Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.
Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,
“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.
5 .”Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,
6 .”Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.
K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.
Bütün bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar. Hələlik biz güman edirik ki, Axundovların Fuad Muradov vasitəsilə 1 milyon dollara səfir olmaq sövdələşmələri baş tutmayacaq. Çünki ölkə rəhbərliyi bilir ki, Ukraynada demokratik cəmiyyət var. Onlar araşdıracaqlar və Azərbaycan səfirinin kimliyi ortaya çıxacaq. Bu da təbii ki, Azərbaycana ciddi zərbədir. Hələlik isə vaxt var. Yaşayaq görək, Azərbaycan rəhbərliyi üçün pulmu daha önəmlidir, ölkənin diplomatik imicimi?
MÜƏLLİF – HÜSEYN QARABAĞLI
Mənbə: https://timetv.live/2020/02/26/elmira-axundovanin-1-milyona-aldigi-səfir-mandati/
- Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
17 noyabr 2024 11:01
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Məktəbdə DİZ ÇÖK-məyən şagirdi ŞİKƏST ETDİLƏR - FOTO
21 oktyabr 2024 17:44
- Atam polis rəisi idi, aktrisa olmağımı qəbul etmirdi… –Xalq artisti Zemfira Nərimanova (MÜSAHİBƏ)
4 sentyabr 2024 13:05
- Hamı məni BOMBA APARICI kimi tanıyırdı, 170 manat maaş alırdım
7 avqust 2024 14:16
- Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
3 avqust 2024 09:23
- 11 il əvvəl Elnur İbrahimovu ölkədən KİM və NİYƏ qaçırmışdı?
2 avqust 2024 19:36
- Yuri Qaqarinin alnındakı çapıq – kosmonavtın Xruşovla əlbəyaxa olması versiyası da istisna edilməyib...
28 iyul 2024 11:44
- 150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
15 iyul 2024 23:32
- Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda torpaq hədiyyə etdi?- Bir milyon manatlıq obyekt tikilir-Fotofakt
14 iyul 2024 16:29
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07