- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Buraxmış deputat qoca jurnalistdən 10 min manat istəyir
“Möhtərəm hakim, bu foto da həmin qızla təyyarədə çəkilib, baxın Axundov dilini çıxarıb…” Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə ölkə ictimaiyyətinin diqqət mərkəzində olan apelyasiya şikayətinə baxılır. Məhkəmədə buraxılmış parlamentin deputatı Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı hallanan qalmaqallı dələduzluq əməllərindən yazan qocaman jurnalist Firuz Haşımovun əsassız olaraq cərimələnməsi məsələsi mübahisə mövzusudur.
2013-cü ildə Axundovların adı 8 milyon manatlıq dələduzluq işində hallandıqdan sonra bir çox mətbu orqanlarda bu haqda yazılar dərc olunub. Həmin yazıların bir neçəsini iddialarına əlavə edən Elmira Axundova və oğlu Həbib Axundov ayrı-ayrı məhkəmə instansiyalarına üz tutublar. İddia ediblər ki, 8 milyon manatlıq dələduzluq işinə aidiyyətləri yoxdur, onlar heç kimdən pul almayıblar. Məhkəməyə təqdim etdikləri məqalələrdə yer alan faktların da şərəf və ləyaqətlərini alçaltdığını, işgüzar nüfuzlarına xələl gətirdiyini iddia ediblər. 82 yaşlı jurnalist Firuz Haşımovu məhkəməyə çəkməklə yazıların müəllifi olduğuna israr ediblər. Firuz Haşımov Binəqədi Rayon Məhkəməsində 3 il sərasər davam edən, faktiki isə heç bir araşdırma aparılmayan məhkəmə prosesləri boyu iddialara əlavə olunan məqalələrin müəllifi olmadığını bildirib. İş üzrə 3 hakim dəyişsə də, nəticə etibarı ilə Firuz Haşımovu dinləyən olmayıb. Məqalələrin onun və Həbib Axundovun, Elmira Axundovanın adı hallanan 8 milyonluq dələduzluq işi üzrə digər zərərçəkənlərin yazması haqda qeyri-müəyyən qətnamə çıxarılıb. Firuz Haşımov da daxil olmaqla dələduzluq işi üzrə zərərçəkənlərin hər biri məqalələrə görə ayrı-ayrılıqda 10 min manat cərimə olunublar. Sahib Quliyev deyib ki, Elmira Axundova ile ilgili görsel sonucu Qocaman jurnalist müəllifi olduğu məqalələrdə, hansılar ki, məhkəməyə təqdim olunmayıb, Axundovları tənqid etdiyini, təhqirə yol vermədiyini deyir. Firuz Haşımov Binəqədi Məhkəməsinin məlum qanun adına yamaq, böyük biabırçılıq adlandırıla biləcək qətnaməsindən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində Firuz Haşımovu müdafiə edən vəkil Sahib Quliyev deyib ki, müvəkkili eyni iddia üzrə digər məhkəmə prosesində cərimə olunub. Həmin iş hazırda Avropa Məhkəməsindədir. “Həmin iddia yolverilməz olsa da, məhkəmə qəbul etmişdi. Forma və məzmununa görə düzgün olmayan iddia idi. İddia ərizəsində yazırdılar ki, guya cavabdehlər Axundovlar haqda həqiqətə uyğun olmayan məlumatları KİV-də yayıblar. Söhbət ondan gedir ki, zərərçəkənlərin əksəriyyəti ittiham aktında, məhkəmə hökmündə də, konkret Fərman Məmmədovla bağlı hissədə göstərilir ki, Həbib Axundova 575 min manat biznes üçün pul verib. Bununla bağlı ölkə rəhbərliyinə müraciətlər ünvanlanıb və zərərçəkənlər xahiş ediblər ki, məsələ nəzarətə götürülsün. Burada təhqir, böhtan haradadır?” Sahib Quliyev deyib ki, Elmira Axundova ile ilgili görsel sonucu Sahib Quliyev deyib ki, Elmira Axundova bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinə müraciətlər ünvanlayıb: “Axundovaya verilən cavablarda qeyd olunur ki, bəli, Həbib Axundov Fərman Məmmədovdan pul alıb. Həbib Axundov həmin pulu kimə verib özü bilir. Fərman Məmmədov həmin adamları tanımır. Yəni Binəqədi məhkəməsi bu və digər çoxsaylı faktlar ola-ola iddianı icraata götürüb. Əslində isə iddianın icraata qəbulu yolverilməz idi. Ən əsası isə burada kiminsə təhqir olunmasından söhbət getmir. İddia əsassız olduğundan rədd olunmalıdır”. Axundovların vəkili Afət Qazıyeva vəkilin fikirlərinə münasibət bildirməyib. Firuz Haşımov ile ilgili görsel sonucu Firuz Haşımov F.Haşımovun digər vəkili Elçin Sadıqov deyib ki, Binəqədi Rayon Məhkəməsi hesab edib ki, həmin məlumatlar subyektiv mülahizə xarakteri daşımaqla Axundovların şərəf və ləyaqətini ləkələyib: “Cavabdehlər həmin məlumatların doğruluğunu sübut edə bilməyiblər. Məhkəmə məqalələrdəki faktlara qiymətverici mülahizə kimi yanaşıb və sübut olunmasını tələb edib. Yazır ki, bunu sübut edə bilmədilər. Avropa Məhkəməsinin birmənalı mövqeyi ondan ibarətdir ki, faktın doğruluğunu sübut etmək vəzifəsi qarşı tərəfin üzərinə qoyulmalı qanuni vəzifələrdən olsa da, qiymətverici mülahizələrin sübut olunmasını tələb etmək Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinə ziddir. Məhkəmə həmin məqalələrdəki fikirlərə mülahizə kimi yanaşdığından mülahizənin doğruluğunu sübut etməni tələb etməsi əsassız olub. Qiymətləndirici mülahizənin deyilməsi üçün faktual baza var idi. Birinci instansiya məhkəməsində də sənədləri təqdim etmişik. Hazırda da faktları məhkəməyə təqdim edirik. Həbib Ramiz oğlu Axundov ”Amalya” Məhdud Məsuliyyətli Cəmiyyətdə 40 faiz paya sahibdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində pulun mənimsənildiyi dövrdə əmlaklar əldə edib. Məhkəməyə Həbib Ramiz oğlu Axundova məxsus avtomobillərin siyahısını da təqdim edirik. Bu sənəd Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilib və onun 111 nömrəsi ilə olan avtomobillərinin siyahısıdır. Adamın sürdüyü avtomobillərin nömrəsi hamısı 111-lədir. Bu da ona məxsus villaların fotolarıdır. Bu siyahıda isə Axundovlara məxsus daşınmaz əmlakların siyahısıdır. Hörmətli sədr, baxın, deyirlər ki, Firuz Haşımov harınlıq milli xəyanətə bərabərdir qiymətləndirici mülahizə yazıb. Bu da Axundov Həbibin fotolarıdır, mətbuatda yayılıb. Xalq necə yaşayır, onun da yanında olan gəzdiyi qızın əlində 50 min dollar var. Möhtərəm hakim, bu foto da həmin qızla təyyarədə çəkilib, baxın, Axundov Həbib dilini çıxarıb, bu da bir başqa fotodur, yenə də Həbib Axundov dilini çölə çıxarıb. Bu da həmin qızla bir başqa fotosudur Həbib Axundovun, yenə də əllərində pul paçkalarıdır. Xahiş edirəm bunları işə əlavə edin. Bu da Hafiz İbrahimovun fotosudur, cinayət işinin materiallarında o, bir gündən bir Elmira Axundovaya 5 min manat pul aparıb. Hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun əmisi oğludur. Məhkəmə götürüb qətmanə çıxarıb ki, iş üzrə cavabdehlərin hər biri 10 min manat cərimələnməlidir. Məhkəmə aydınlaşdırmayıb ki, həqiqətən iddiaçılara zərər vurulubmu? Pul kompensasiyanın ödənilməsinə yönəlir, yoxsa cavabdehləri cəzalandırmaq məqsədi daşıyır? Burada açıq-aşkar məhkəmə 10 min manatın haradan götürüldüyünü müəyyən etmir. Aydınlaşdırmayıb ki, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi məqsədi daşıyıb ya yox. Qarşı tərəfin iddiası cavabdehləri cəzalandırmaq və öz yolundan döndərmək məqsədinə xidmət edib. İş materiallarında ərizə var, cavabdehlərdən biri yazılan ifadələrdən imtina edir və hər iki şəxs – Elmira Axundova və oğlu Həbib Axundov həmin gün ərizə verirlər ki, biz həmin cavabdehə qarşı iddia tələbindən imtina edirik. Yaxşı, əgər iddiaçılara zərər vurulmuşdusa, necə ola bilər ki, cavabdeh geri götürən kimi məsələ bitir? Bu iddia faktiki olaraq bu işdə cavabdeh olan, digər işdəsə zərərçəkən olan şəxslərin iddialarından əl çəkməsinə hesablanıb. Hazırda isə məqsəd odur ki, müdafiə etdiyim şəxsi öz fikirlərindən dönməyə məcbur etsinlər. Yəni bir ərizə yazsın ki, belə bir şey olmayıb”. Elçin Sadıqov ile ilgili görsel sonucu Elçin Sadıqov məhkəməyə Elmira və Həbib Axundovların dövlət qurumlarından verilən çoxsaylı avtomobillərinin, mal-mülklərinin siyahılarını da təqdim edib. Bundan başqa, KİV-lərin sorğulara verdiyi cavablar da məhkəməyə təqdim olunub. Axundovların vəkili Afət Qazıyeva Binəqədi məhkəməsinin qətnaməsini müdafiə edib. Konstitusiyanın 14-cü maddəsinə istinad edən vəkil deyib ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Deyib ki, hər kəsin ailə sirrini saxlamaq hüquq var: “Firuz Haşımov ilk gündən bu işdən yazır. Ekspertiza rəylərində müəyyən olunub ki, Elmira Axundova və Həbib Axundov barəsində işlədilmiş ifadələr mənfi fikir yaratdığı üçün böhtan olduğu halda şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab olunur. Bu, ekspertin verdiyi rəydir və hesab edirəm ki, bu rəyin qarşısında nəsə demək doğru deyil”. Elçin Sadıqovun “İş materiallarında deputat Elmira Axundovanın və oğlunun əmlakları ilə bağlı sənədlər təqdim olunur. Bu barədə nə deyə bilərsiz” sualına Afət Qazıyeva “Kimin nə haqqı var kiminsə əmlakları haqda məlumatları yaysın” şəklində cavab verib. Elçin Sadıqov həmin sənədlərdə yer alan məlumatların həqiqət olub-olmamasına Afət Qazıyevadan aydınlıq gətirməsini istəyib. Axundovların vəkili suala konkret cavab verməyib. Elçin Sadıqov məhkəməyə müraciət edərək suala cavab verilməsini istəyib. Afət Qazıyeva deyib ki, suala cavab vermək onun borcu deyil. Elçin Sadıqovun “Siz şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırmısız. Niyə məhz şərəf və ləyaqətin ləkələndiyini hesab edirsiz? İşgüzar nüfuza zərbə vurulmasını niyə hesab etmirsiz?” sualına Afət Qazıyeva “Bununla bağlı mütəxəssis rəyi var” cavabını verib. Elçin Sadıqov isə bildirib ki, verilmiş ekspert rəyindən görünür ki, ekspert şərəf və ləyaqət məsələsi ilə işgüzar nüfuz məsələsini ayırd edə bilmir. Bundan sonra prosesdə martın 31-nə qədər fasilə elan olunub. (Yeni Müsavat)
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17