Nərminin ata-anası təcili Bakiya çağırıldı

Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin valideynləri, bacıları Bakıya gəlib.
Sfera.az xəbər verir ki, news24.az-ın redaksiyasında olan ailə paytaxta gəlmə səbəbləri və digər məqamlara aydınlıq gətiriblər. Ürəyi dolu olan ata, ana danışmağa, ağlamağa, dərdini deməyə adam axtarırmış kimi söhbətə başladılar.
Mənim uşağım necə yanıbsa, o adam da elə yanmalıdır
Nərminin atası Şərif Quliyev bu gün ekspertiza üçün qan analizi verməyə gəldiklərini bildirdi: "Bakıdan Baş Prokurorluqdan zəng eləyib dedilər ki, təcili qan analizi verməliyik. Ekspertiza üçün lazımdır. Biz də tez-tələsik yola çıxdıq. Yoldaşımdan da, məndən də qan aldılar. Bu analizin nə işə yarayacağını bilmirəm, yəni bu haqda bizə ətraflı məlumat verilmədi. Yalnız onu bilirəm ki, bu müayinə bəzi şübhələrə aydınlıq gətirilməsi üçün vacibdir”.
"Ay Murad, yalan danışma…”
Ata İlkinin əmisi oğlu, polis əməkdaşı olan Murad Süleymanovun açıqlamaları ilə bağlı narazılığını bildirdi:
"Deyib ki, mən uşağımı dişindən tanışam. O adam yalan deyir, mən balamı görən kimi üzündən tanıdım. Düzdür, Nərminin ağzında iki dişi yox idi. Amma ona baxmağa ehtiyac qalmırdı. Çünki Nərminin üzü salamat idi, yanmamışdı. O qatil mənim balamın bədənini yandırmışdı, üzünü yox. Ona görə burdan ona demək istəyirəm ki, Ay Murad, yalan danışma, buna heç kimi inandıra bilməzsən”.
"Qabil Məmmədov onun adını çəkdi, amma Altayın günahkar olduğuna inamıram, Altayla bağlı bir şübhə olsaydı, dövlətimiz onu da saxlayardı. Altayın evi bizdən bir az aralıdı, qonşuyuq. Onun evini neçə dəfə yoxlayıblar, özüm şahidi olmuşam. Deyir, İlkin deyib, cinayəti eləməmişəm, zorla boynuma qoyublar. Halbuki ondan əvvəl mənim qardaşımı, qardaşım oğlunu saxlamışdılar. Əgər eləydisə, onların da boynuna zorla qoyardılar da. Ya da bu Altayın boynuna yıxardlar. Bir sübut tapmadılar ki, onlara toxunmadılar, sərbəst buraxdılar.
Şərif Quliyev mediada əks olunan bəzi yanlış xəbərlərə də aydınlıq gətirib: "Saytların birində yazıblar ki, guya Nərmin yandırıldığı gün səhər tezdən basdırılıb. Bu, düzgün məlumat deyil. Uşaq yanvarın 6-ı axşam yandırılıb. Ayın 7- si günorta rayondan Bakıya ekspertizaya aparılıb. Axşam saat 7-də evə gətirmişik. Ayın 8-i günorta uşaq dəfn olunub. Bir gün ekspertizada müayinə edilib. Ekspertizada bizimlə birgə Baş prokurorun müavini Rüstəm Usubov, Kamal Qılıcov, daxili işlər nazirliyinin idarə rəisi Arzu Daşdəmirov, Milli Məclisin deputatı Qənirə Paşayeva olub. Bu hadisə bu qədər adamın gözü qarşısında baş verib,, niyə yalan danışırlar? Necə var, elə danışsınlar”.
Onu da qeyd edək ki, Ş.Quliyev söhbət zamanı Nərmini arxasınca göndərdikləri gödəkçənin hələ də tapılmadığını dedi: "Nəinki kurtka, qızımın qulağındakı sırğanın tayı da yoxa çıxdı. Bu haqda bizə heç bir məlumat verilmədi. Bəlkə də tapılıb, istintaqdadır, bu haqda sonra məlumat veriləcək…”.
"Yuxuda mənə deyir ki, məni niyə tək qoymusuz”
Deyilənlərə göz yaşı ilə qulaq asan Nərminin anası Aynurə İsmayılova da söhbətə müdaxilə edir. İnsanların onun kənddən çıxmaq istəməsi haqda fikirlərinə münasibətindən məyusluğunu bildirdi:
Şərif Quliyev həyat yoldaşının sözünə qüvvət verir: "Uşağın cəsədi tapılan vaxt dəli olmaq dərəcəsində idik, kənddən, aralanmaq istəyirdik, biz indi başa düşürük ki, uşağımızı qoyub hara gedə bilərik? Bizim evimiz də, həyətimiz də var. Heç kimdən heç nə istəmirik. Bircə balamızın qatili tapılsın. Bütün Azərbaycan bilsin ki, o kimdir”.
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02