"Ağıllı" paltarlar insanları nələrdən qoruyacaq?
Maqazin2 fevral 2020 22:37

Son on ildə toxuculuq sənayesi yeni texnologiyalar sayəsində yüksək səviyyəyə çatıb. Artıq "ağıllı” parçalar, elektron tekstil və ya E-parça ortaya çıxıb, onlardan müxtəlif geyimlər hazırlanır.
ict.az məlumat verir ki, "ağıllı” parçalar rabitə, çevrilmə, enerji ötürülməsi, kirdən təmizlənmə və s. imkanlara malikdirlər. Bu parçalar rəng və naxış dəyişdirməyə, işıqlandırmanı artırmağa, eləcə də insan orqanizmini qorumağa, fiziki fəaliyyətini artırmağa qadirdirlər. Yüksək texnologiyalı parçaların əsas tətbiq sahələri hərb, tibb və idmandır.
"Ağıllı” paltarlar xroniki xəstəlikləri olan insanlara vaxtında yüksək təzyiq və ya şəkərin səviyyəsi barədə siqnal verir, dərman preparatlarının vaxtlı-vaxtında qəbul etmələrini xatırladır, eləcə də insulinin inyeksiyasını həyata keçirir. Bu, həmçinin idmançılar üçün bədənin temperaturunu tənzimləyir, küləyə müqavimətini azaldır, əzələlərin titrəməsini idarə edir.
"Ağıllı” parça yalnız məlumat toplamaqla kifayətlənmir, həm də xarici stimullara və ya ətraf mühitin dəyişikliklərinə cavab verə bilir. O, temperaturdan asılı olaraq rəngini dəyişdirə bilir, həmçinin idmançıları və hərbçiləri qorumağa xidmət edən güclü zirehə çevrilərək onları zərbədən müdafiə edir.
İsveçrə bu texnologiyanın inkişafı və tətbiqi sahəsində dünya liderlərindən biri hesab olunur. Maddə və materialların öyrənilməsi üzrə yerli Federal Laboratoriya "ağıllı” geyimlə bağlı araşdırmalara nəzarət edir.
Yaponiyada elektronika ilə doldurulmuş hər cür hava geyimləri də istehsal olunur ki, bu da ətraf mühitin parametrlərinə cavab verir, insanlara rahat yaşaya bilmələri üçün şərait yaradır.
Sinqapurdan olan tədqiqatçılar isə smartfon və "ağıllı” saatları sürətli enerji itkisindən xilas edən material təqdim ediblər. Xüsusi parçadan hazırlanan bu geyim simsiz cihazların enerjisinə qənaət edir. Mütəxəssislər parçanın adi paltar kimi yuyula, qurudula və ütülənə biləcəyini qeyd edirlər.
"Ağıllı” parçadan hazırlanmış digər paltar pilotun yorğunluğu barədə əvvəlcədən xəbərdarlıq edə bilir. Hərbi forma isə komandanlıq mərkəzinə döyüşdəki əsgərlərin vəziyyəti barədə məlumat ötürür. Dİgər geyim xəstə insana vəziyyətinin kritik olduğunu vaxtında bildirir, bununla da o, tez zamanda hərəkətə keçir və ya ehtiyac olarsa, təcili yardım çağırır.
Mütəxəssislər yaxın gələcəkdə insanların lazım olan funksiyalarla təchiz olunmuş "ağıllı” kostyumları rahatlıqla əldə edə biləcəklərini qeyd edirlər.
Oxşar xəbərlər
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Nizami Gəncəvinin məzarını açan şəxs
25 mart 2025 21:12
- 6 günə 1418 şübhəli saxlanılıb – Türkiyənin daxili işlər naziri
25 mart 2025 20:58
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...
22 mart 2025 22:39
Xəbər lenti
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
Video & Fotoqalereya
Video
Fotoqalereya