Seçicilər 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa gənc namizədə böyük dəstək göstərirlər
Unikal.org xəbər verir ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa gənc namizəd, jurnalist Pərvin Mahmudov Qurban Abbasov adına Mədəniyyət Sarayında Yeni Günəşli və Qaraçuxur qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Seçiciləri salamlayan tanınmış jurnalist Ülvin Məhəmməd 09 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar Parlament Seçkilərinin əhəmiyyətindən danışaraq, seçkilərin təyin olunma zərurətini qeyd edib. Daha sonra çıxış üçün söz gənc namizədə verilib. Seçicilərini salamlayan Pərvin Mahmudov seçki platforması, Yeni Günəşli və Qaraçuxur qəsəbələrində mövcud olan problemlər, həmçinin millət vəkili seçiləndən sonra görəcəyi işlər barədə məlumat verib.
Daha sonra Pərvin Mahmudovun cəmiyyətə faydalı təqdim olunmasında böyük rolu olmuş ziyalı, riyaziyyat müəllimi Teyfur Həsənov çıxış edib. O gənc namizədlə bağlı yüksək fikirlər səsləndirərək ona dəstək olduğunu dilə gətirib. Görüşdə həmçinin Bakı Dövlət Universitetinin fəxri məzunu, SOCAR Karbamid Zavodunun sosial məsələlər şöbəsinin müdiri Qurban Əhmədov çıxış edib. Sonda söz görüşdə iştirak edən seçicilərə verilib. Onların hamısı Pərvin Mahmudovu dəstəklədiklərini, onu millət vəkili kimi görmək istədiklərini bildiriblər.
Qeyd edək ki, Pərvin Mahmudov 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən millət vəkilliyinə ən real namizəddir.
Görüşdən fotoları təqdim edirik.