Qüdrət Qurbanov Azərbaycanda yığdığı pulları xaricdə kazinolarda uduzub

Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanovun sərgüzəştləri, ey-işrət həyatı və qumardu uduzduğu pullar haqqında sosial şəbəkələrdə xəbərlər yayılıb.
Sözügedən məlumatlarda Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun İstanbulda “Tramp Tover” binasından sahəsi 300 kv/m olan bir mərtəbəni 4,5 milyon avroya tam aldığı iddia olunur.
Məlumatda o da iddia olunur ki, Qüdrət Qurbanov Azərbaycanda qazandığı pulları xarici ölkələrdə kazinolarda uduzur. “Belə ki, o, Bolqarıstanda 41 min 500 avro, Londonda 19 min funt, Monte Karloda De-Pare kazinosunda 1 milyon dollara yaxın, Çexiyada PUB kazinosunda 25 min avro uduzub.
Onun Monte Karloda ofşor şirkəti, sahəsi 2000 kv/m olan villası var. 2013-cü ildə Soçi gözəli seçilən və milliyətcə erməni olan qızı Azərbaycana gətirdiyi üçün qalmaqalla üzləşən Qüdrət Qurbanovun qızlarla əyləncələri tez-tez baş tutur. O, məmurlara məxsus yaxtalarda əyləncələr təşkil edir, hətta həmin yaxtaların birini ələ keçirib.
Qüdrət Qurbanovun İranda qudaları ilə birgə qurduğu 40 milyon dollarlıq neft zavodunun olduğu da bildirilir. Vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamlarından biri olan Qurbanovun oğlu MTN-də yüksək vəzifə tutsa da, Mahmoduv nazir postundan çıxarılan kimi o da işdən azad edilib.
Qüdrət Qurbanov və əlaltıları Agentliyi bazara çevirib. Burada dənizçilər üçün sertifikat və sürücülük vəsiqəsi əvvəllər 3-5 min manata satılırdısa indi bu qiymət 10 min manata qalxıb. Hətta burada ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır.
Belə ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır. Əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir.
Mənbənin dediyinə görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.
Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin verdiyi məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib.
Qüdrət Qurbanov əsasən azyaşlı qızlarla eyş-işrət məclisləri qurur. Hətta, onun məşhur məmurlardan biri ilə tez-tez Rəşid Behbudov küçəsindəki yeni tikilən binanın 15-ci mərtəbəsindəki evdə eyş-işrət məclisləri təşkil etdiyi bildirilir. Qurbanov həmin binanın 15-ci mərtəbəsini tam alıb və özünə gizlin görüş yerinə çevirib. Bu yaxınlarda Qüdrət Qurbanovun toruna düşən qızlardan biri qorxudan ölkəni tərk edib. Qurbanov bununla kifayətlənməyərək yenə də yeniyetmə qızlarla əylənməkdə davam edir”, – deyə yayılan məlumatlarda qeyd olunur.
Ümumiyyətlə, Qüdrət Qurbanovun adı son dövrlər bir çox qalmaqallarda hallanır. Dövlət Dəniz Administrasiyasının rəhbərinə qarşı çıxış edənlərdən biri mərhum hüquqşünas Əyyub Kərim olub.
Hüquqşünas sağlığında bildirirdi ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib.
Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb:
“Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb. “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.
Digər tərəfdən, “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla “Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”
Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və “Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: “Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam. Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır”.
Yazıda yer alan ittihamlarla bağlı Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanovun fikirlərini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb.
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 2025 00:30
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24