Fazil Məmmədovun 1 milyon 250 min manatlıq dələduzluğu üzə çıxdı — ŞOK FAKTLAR

Şəmkir klubunun alqı-satqısı zamanı Dilqəm İsmayılov aldadılıb; indi isə onu və ailəsini iddiasından vaz keçməsi üçün hədələyirlər“
2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Dedilər ki, Fazil Məmmədov mənə məxsus ”Şəmkir" futbol klubunu ona təhvil verməyimi istəyir" - Şəmkirin Zəyəm-Çırdaxan kəndində yaşayan Dilqəm İsmayılov müxtəlif dövlət qurumlarına yazdığı şikayət ərizəsində təsisçisi olduğu futbol klubunun əlindən alınmasından bəhs edir.
Dilqəm İsmayılov “Yeni Müsavat”a deyib ki, məsələ ilə bağlı Fazil Məmmədovla görüşmək istəsə də, ona imkan verməyiblər: “Vəzifədən çıxarılandan sonra Şəmkirdəki hoteldə yaşayırdı. Ora da getmişdim, yenə də görüşməyə imkan vermədilər. Hazırda harada yaşadığını bilmirəm. Bakıda onun ”Synergi Group"un inzibati binasına da dəvət edilmişəm, amma yenə də mənim haqqımı vermədilər, klubu da qaytarmadılar".
Dilqəm İsmayılov məktubunda yazır ki, 29 noyabr 2001-ci il tarixdə yaranmış “Şəmkir” peşəkar futbol klubunun təsisçisidir: ““Şəmkir Peşəkar Futbol Klubu” ölkənin idman sahəsində kifayət qədər uğurlara imza atıb və öz adını yalnız müsbət mənada doğruldub. Lakin 2014-cü ildən başlayaraq müxtəlif vəzifəli şəxslər tərəfindən “Şəmkir” peşəkar futbol klubuna təzyiqlər başladı ki, bu təzyiqlərin başlıca səbəbi klubun mənim əlimdən alınması idi. İlk öncə bir müddət sözügedən vəzifəli şəxslərlə mübarizə aparmağa nail olsam da, sonradan bunun mənə mənfi nəticələrlə başa gələcəyinə əmin oldum.
2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Mən onlardan görüşmələrinin səbəbini soruşduqda dedilər ki, Fazil Məmmədov mənə məxsus “Şəmkir” peşəkar futbol klubunu ona təhvil verməyimi istəyir. Klubun verilməsi üçün mənə hər hansı bir məbləğin verilməsini soruşduqda isə narahat olmamağımı, bunun Fazil Məmmədova aid olmasını və tezliklə kifayət qədər pulun veriləcəyini dedilər".
Məktub müəllifi yazır ki, saysız-hesabsız təzyiqlər nəticəsində 22 oktyabr 2014-cü ildə Şəmkir rayon Notariat Kontorunda klubda ona məxsus olan payı Fazil Məmmədovun adamının adına keçirib: “Adını və özünü sonradan tanıdığım, Fazil Məmmədovun işlərini görən Rövşən Kərim oğlu Mustafayevə 1 milyon 250 min manata satdım. Alqı-satqı zamanı mən məbləğin Fazil Məmmədov tərəfindən qəbul edilib-edilməyəcəyini soruşduqda, mənə narahat olmamağımı, istənilən məbləğin Fazil Məmmədov tərəfindən veriləcəyini bildirdilər. Alqı-satqıdan bir həftə sonra Rövşən Mustafayevlə əlaqə saxlayaraq pulumun hələ də verilmədiyini ona bildirdim. O isə öz növbəsində heç nədən xəbərinin olmamasını, klubun yalnız onun adına olmasını və pulu Fazil Məmmədovdan tələb etməyimi bildirdi. Qeyd edim ki, həmin zaman Fazil Məmmədov vergilər naziri idi və mənim ondan pul tələb etməyim tamamilə imkansız idi. Amma mən onun vicdanına arxayın olaraq pulumu gözləyirdim. Lakin zaman keçdikcə əmin oldum ki, Fazil Məmmədov mənə hər hansı bir məbləğdə pul verməyəcək. Bununla bağlı müxtəlif qurumlara şikayət etmək niyyətində oldum. Bundan sonra Fazil Məmmədovun adamları məni tapdılar və bunun üçün mənim başımın ağrıyacağını və sakit durmağımı bildirdilər. Beləcə, mən özümdən çox, ailəmi düşünərək sakit qalmağa məcbur oldum”.
Məktub müəllifi yazır ki, Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırılandan sonra onu “Synergi Group” ASC-yə dəvət ediblər: “Fazil Məmmədov nazir vəzifəsindən kənarlaşdırılandan sonra tanımadığım şəxslər tərəfindən ”Synergi Group" ASC-nin inzibati binasına dəvət edildim. Orada pulun qısa zamanda ödənilməsi ilə bağlı söz verdilər. Lakin bir müddətdən sonra məni aldatdıqlarının şahidi oldum. Beləliklə, mənə qarşı edilmiş dələduzluq faktı ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim, lakin bunun da hər hansı bir müsbət nəticəsi olmadı. Belə ki, 31 avqust 2019-cu il tarixdə Ağstafa rayonu, Xətai kənd sakini Rövşən Kərim oğlu Mustafayevin məni aldatması, onun və başqa şəxslərin məni hədələməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Müraciətimin başlıca səbəbi ondan ibarət olub ki, 22 oktyabr 2014-cü il tarixdə mənə məxsus “Şəmkir” peşəkar futbol klubunda olan 100 faiz payı 1 milyon 250 min manata Rövşən Mustafayevə satmışam. Bununla bağlı Şəmkir Rayon Notariat Kontorunda 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə reyestrdə 3M-02-475 nömrə ilə qeyd olunub. Həmin zaman Rövşən Mustafayev müqavilə ilə nəzərdə tutulmuş 1 milyon 250 min manatı mənə verməyib. Sonradan verəcəyini bildirib. Lakin uzun müddət keçməsinə və dəfələrlə xəbərdar etməyimə baxmayaraq, Rövşən Mustafayev sözügedən məbləği mənə verməkdən müxtəlif bəhanələrlə yayınıb. Sonuncu dəfə ondan pulu istədikdə mənə tanımadığım nömrədən zəng gəlib və Rövşən Mustafayevdən əl çəkməyimi, sözügedən məbləği bir də istəməməyimlə bağlı kəskin irad bildirilib.
Şikayət ərizəm üzrə araşdırma aparan Şəmkir Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəşad Xəlilov “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2019-cu il tarixli qərar qəbul edib. Qeyd edim ki, hələ təhqiqatçı araşdırma apararkən bir neçə dəfə Rövşən Mustafayevlə görüşüb mənə verilməli olan məbləği ondan tələb etmişəm. Hər dəfə Rövşən Mustafayev mənə bildirib ki, bu işdən onun xəbəri yoxdur, əksinə, bütün işlərin arxasında keçmiş nazir Fazil Məmmədov dayanır. Sözügedən pulu da o, verməlidir. Belə olan halda, mən ondan həqiqətin müəyyən olunmasını sübut etməsini xahiş etdim və qarşılıq olaraq Rövşən Mustafayev notarial qaydasında ərizə verdi ki, 1 milyon 250 min manat məbləği o, mənə heç zaman verməyib.
Qeyd edim ki, bu hadisədən bir neçə gün sonra tanımadığım adamlar tərəfindən mənə zəng olunub və müxtəlif hədələr edilib. Bütün bu hadisələr barəsində, mənim və ailəmin həyatının təhlükədə olması ilə bağlı müvafiq qurumlara müraciətimin hələ ki nəticəsi yoxdur".
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 2025 11:44
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35