"1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb" - Nazir
İqtisadiyyat14 yanvar 2020 10:20

2019-cu ildə sosial sahədə çox dərin islahatlar həyata keçirildi və əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının artırılması istiqamətində çox əhəmiyyətli tədbirlər görüldü. Bu islahatların ən böyük qolu, əlbəttə ki, əmək münasibətləri idi.
Qaynarinfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, bununla bağlı atılan addımlar nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb: "Minimum əməkhaqqının iki dəfə artması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyada işləyən insanların əməkhaqlarının ciddi şəkildə, 20 faizlə 100 faiz arası artırılması və Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çıxması və digər inzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm idi, cəmi bir il ərzində əldə olunan nəticədir. Əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqı isə cəmi bir ildə 52 faiz artdı, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini göstərən bir göstərici idi. Digər tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı bizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarmaqla yanaşı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30 faizlik bir artım oldu. Bu islahatların nəticəsində də ölkədə orta pensiya 2019-cu ildə 15 faiz artdı, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artdı".
Sahil Babayevin sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən pensiya təyinatı aparılıb: "Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi. Bu sahədə də Sizin tapşırıqlarınıza müvafiq olaraq elektronlaşma tədbirləri görüldü və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaqdır.
Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4 faiz artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edildi. Elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradıldı".
Oxşar xəbərlər
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 2025 12:36
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 2025 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya