Gömrük rüsumu azaldılmalıdır: Gürcüstanda 23, bizdə 35 min dollara
Hadisə27 noyabr 2019 09:54

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub. Bunlarında 32 mini minik avtomobilləridir. Bu rəqəm illik təlabata yaxın olsa da, idxal edilən minik avtomobillərinin əksəriyyəti ikinci maşınlardır.
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: "Bunu artım adlandırmaq düzgün deyil. Bu avtomobillər də ömrünü başa vurmuş, yararsız avtomobillərdir. Azərbaycan vətəndaşları qonşu Gürcüstandan həmin yarasız avtomobilləri alıb gətirib sürürlər”.
Ölkəyə gətirilən avtomobillərin sayı bu statistika ilə yekunlaşmır. Ölkəyə qeydiyyatsız, xüsusən Gürcüstan nömrəsi ilə gətirilən maşınların sayı son 1 il ərzində kəskin artıb.
Elməddin Muradlı – Nəqliyyat eksperti: "Maşın alıcılarının ona gücü çatır. Ucuz qiymətə alır, ödəyir və sürür. Gürcüstanda 23 min dollara satılan maşın Azərbayacana 35 min dollara gəlir, 13 min dollar - 20 min manat baha gəlir. Bu fərq nəyə görədir?”.
Razi Abbasbəyli – İqtisadçı: "Əgər daxili bazarı qoruyuruqsa, o zaman vətəndaşların da maraqlarını qorumalıyıq. Sosial gəlirləri, bazarda iştirak imkanlarını xırda ticarətdə xüsusən də sərnişin daşımada iştirak imkanlarını da nəzərə alaraq gömrük rüsumları mütləq mənada idxalla bağlı aşağı salınmalıdır”.
Bu fərq sürücüləri alternativ yollar axtarmağa vadar edib. Xarici ölkə vətəndaşının adına ölkə ərazisinə gətirilən avtomobillər hər 3 aydan bir sərhədi keçib geri qaytarılırdı. Amma belə hallar kütləvi hal aldığından Gömrük orqanları nəzarət tədbirlərini gücləndirib. Bundan sonra 3 ay ölkə ərazisində sürülən Gürcüstan nömrəli avtomobil növbəti 9 ay ərzində ölkə xaricində qalmalıdır.
Razi Abbasbəyli – İqtisadçı: "1 il müddətində əgər Gürcüstan vətəndaşı Azərbaycan ərazisində şəxsi maşını ilə daxil olursa, bu müddət qədər də, istifdəsində saxlaya bilər. Lakin gömrük məcələsəsinin 258-ci maddəsi tələbinə görə bu 90 gündür. Burda biraz uyğunsuluq var”.
Dövlət Gömrük Komitəsi yazılı açıqlamasında bu dəyişikliyi gömrük qanunvericiliyin pozulmasının, büdcəyə ödənilməli olan vergi və rüsumlardan yayınmanın və ölkədə ekoloji vəziyyətin pozulmasının qarşısını almaq üçün edildiyini bildirib. Amma rusumlar yuksək olduqdan vətəndaşlar yenə də qanundan kənar yollar axtarmaga başlayıb.
Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: "Gömrük rüsumlarının azaldılması, eyni zamanda avtokreditləşmənin şərtlərinin sadələşməsi, az faiz alınması ona gətirib çıxarar ki, vətəndaşlar yeni avtomobillər alar, avtomobil parkı yenilənər”.
Mövcud vəziyyət və rusumlarla bağlı Gömrük Komitəsindən cavab almaq cəhdimiz isə nəticə vermədi. Komitənin sözçüsü Natiq Axundov zənglərimizə cavab verib, ictimaiyyəti məlumatlandırmağa ehtiyac görmür.
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Qrenlandiya bizə lazımdır
27 mart 2025 23:12
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 2025 21:12
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 2025 21:12
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 2025 15:05
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya