Xoca Stalinə görə SSRİ ilə düşmən olub
Əgər Uinston Çörçillin planı baş tutsaydı, dünən dağıdıcı zəlzələnin baş verdiyi dövlətin adı Albaniya olmazdı, beynəlxalq informasiya agentlikləri bu xəbəri belə verərdilər: “İtaliyanın və Yunanıstanın ərazisində zəlzələ olub”.
Çünki məhz Uinston Çörçill II dünya müharibəsinin sonlarında müasir Albaniyanın ərazisinin İtaliya, Yunanıstan və Yuqoslaviya arasında bölünməsinə dair plana sahib olub. Avropanın ən döyüşkən, diribaş və qoçaq xalqı olan albanların güclü partizan dəstələri (baş komandan Ənvər Xoca) olmasa, bu plan gerçəkləşdiriləcəkdi.
Əgər dünya üzərində Ənvər Xoca adlı alban lider olmasaydı və Yuqoslaviya lideri İosip Broz Titonun planı baş tutsaydı, o zaman yenə də 1990-cı illərə qədər dünya xəritəsində Albaniya adlı müstəqil dövlət olmayacaqdı, o vaxtdan sonra isə bu ərazidə formalaşmış eyni adlı “respublika” “müttəfiq qardaşları” Sloveniya, Makedoniya, Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovina kimi Serbiya respublikasından ayrılmaq üçün mübarizə aparacaqdı.
Çünki II dünya müharibəsindən sonra İosip Broz Tito alban liderləri, o cümlədən Ənvər Xocanı Albaniya adlı müstəqil dövlət qurmaqdan imtina etmək, Yuqoslaviya federasiyasının üzvü olan respublikalardan biri olmaq üçün çox dilə tutub. Ancaq Ənvər Xoca bu təkliflə heç cür razı olmayıb, anlayıb ki, Tito Stalini və Kremli aldatmaq istəyir. O, 1950-ci ildə Kremldə SSRİ-yə və Stalinə sonra qədər sədaqətli olacağına dair içdiyi anda sadiq qalıb.
Onun SSRİ-yə, daha dəqiqi, Kremlə sədaqəti 1960-cı illərdə əsaslı şəkildə sarsılsa da, Stalinə sədaqəti Xocanın öldüyü ilə, 1990-cı ilə qədər davam edib.
Ənvər Xoca Kremllə, SSRİ rəhbərləri ilə məhz Stalinin üstündə dalaşıb. O, kompartiyanın XX qurultayında Stalinin ifşa edilməsinə dair qapalı məruzə ilə barışmayıb, hətta etiraz əlaməti olaraq qurultayın işini tərk edib. Ümumiyyətlə, o, Stalinin ölümündən sonra Moskvadan ehtiyat edib, hətta xəstəliyini bəhanə edərək, Stalinin dəfninə gəlməyib, sui-qəsddən qorxub.
Alban lider sovet rəhbəri Nikita Xruşovun təftişçiliyini sərt dillə tənqid edib. Xruşovun onu və Albamiyanın baş naziri Mehmet Şehunu kəskin tənqidə məruz qoymasına isə o, SSRİ ilə diplomatik əlaqələri kəsməklə cavab verib. (Həmin əlaqələr 1990-cı ildə, Xocanın ölümündən 5 il sonra bərpa olunub).
Bəlkə də Albaniya SSRİ ilə quru sərhədlərə malik olsaydı, Kreml Macarıstan və Çexoslovakiyanin başına gətirdiyi hərbi müdaxilə hadisəsini Albaniyaya da yaşadardı, amma orası da var ki, bu, ona baha başa gələrdi. Çünki yuxarıda albanları nahaq yerə Avropanın ən döyüşkən və diribaş xalqı adlandırmadıq. Albanlar Avropada yeganə xalqdır ki, II dünya müharibəsində italyan faşistlərininn işğalından öz güclərinə, heç bir xarici ordunun köməyi olmadan qurtulublar.
Fransanın və Belçikanın, eləcə də öz ölkəsinin kommunist partiyalarının üzvü olan Ənvər Xoca Stalinin dövründə Rusiya kommunistləri ilə də sıx əlaqələrə malik olub. O, 1938-ci ildə bir il müddətində Moskvada yaşayıb, Stalinlə, Molotovla görüşüb. 1942-ci ildə o, SSRİ rəhbərləri ilə yenidən görüşüb və onları əmin edib ki, Albaniyadaki faşistlər darmadağın olunacaq. Müharibədən sonra Stalin onu Suvorov ordeni ilə təltif edib.
Ənvər Xoca Stalinə qarşı böyük rəğbət daşıyıcısı olub, onu özünə nümunə sayıb və etdiyi hər bir hərəkəti bəyənib, dəstəkləyib. Stalin trotskiçi, zinovyevçi və buxarinçi rəqiblərini məhv edəndə Ənvər Xoca da eyni ritorika ilə çıxış edib və adları çəkilənləri kəskin şəkildə tənqid edib. O da öz ölkəsində öz rəqiblərinə qarşı repressiya tədbirləri həyata keçirib, ən yaxın silahdaşlarını belə güllələtdirib. Tito və Xruşovla intriqada olduğu dönəmlərdə Albaniyada “titoçu” və “xruşovçu” kimi damğalanan hər bir şəxs ya güllələnib, ya da 20-30 illik həbs cəzasına məruz qalıb.
Bu sırada müdafiə naziri Bəkir Balukku, iqtisadiyyat naziri Əbdül Kələzi, teleradio komitəsinin sədri Todi Lubonya da olub. Onların günahı ondan ibarət olub ki, Xocanı Yuqoslaviya və sosialist düşərgəsi ölkələri, o cümlədən Çinləilə münasibətləri pisləşdirməməyə inandırmaq istəyiblər, amma xeyri olmayıb, Xoca onları cəzalandırıb – generallar Bəkir Balukku, Petrit Dume, Xito Çako güllələnib, daha sonra Koço Teodosi edam olunub, Fadil Paçrami və Todi Lubonyaya isə uzunmüddətli həbs cəzası kəsilib. 1981-ci ildə Xoca öz sadiq silahdaşı və baş naziri Mehmet Şehunu da xain elan edib. Şehu müəmmalı şəkildə həlak olub. O, Ənvər Xocadan sonra Albaniyanın yeni lideri olacaqdı.
1956-cı ildən sonra SSRİ ərazisində Stalinin adına verilmiş şəhərlərin, prospektlərin, müəssisələrin adı dəyişdirilsə də, Albaniya buna yol verməyib. Hər il Stalinin doğum və ölüm günləri geniş şəkildə qeyd olunub. Hətta 1986-ci ildə vaxtilə SSRİ rəhbərlərindən biri olan Vyaçeslav Molotov öləndə bu hadisə nəinki SSRİ-də, Moskvada, hətta mərhumun yaşadığı küçədə matəmə səbəb olmasa da, Albaniyada ümummilli matəm elan edilib.
Ötən əsrin 70-ci illərində Albaniya tam izolyasiya şəraitində yaşayıb. Ölkə özünü ərzaqla 98 faiz (vaxtilə 5 faiz olub) həcmində təmin etsə də, inkişafdan, Avropaya inteqrasiyadan geri qalıb. Ənvər Xocanın dövründə Albaniyada cins geymək, rok musiqisinə qulaq asmaq, maşın almaq, bağ evi tikdirmək, düşmən ölkələrdə istehsal edilmiş kosmetik vasitələrdən istifadə etmək yasaqlanıb. Əhali pul-əmtəə münasibətlərini bir-birilə ərzaq dəyişmək yolu ilə tənzimləyib.
Ənvər Xoca özü müsəlman, bəktaşi təriqətinə tapınan ailədə anadan olsa da, qatı ateist olaraq ölkəsində bütün dinləri yasaqlayıb, məscidləri, kilsələri, monastr və məbədləri demontaj etdirib, ya da emalatxana, anbar, at tövləsi və kinoteatr kimi istifadə edilməsinə dair əmr verib. O, uşaqlara dini adlar verilməsinə qarşı çıxıb, dini ayinləri gizli keçirənləri təqibə məruz qoyub, Şkoderedə körpəni ev şəraitində xaç suyuna çəkən katolik rahibi edam etdirib.
Albaniya lideri dövlət və partiya xadimlərinin varlanması, hətta xalqdan daha çox maaş alması hallarına qarşı qətiyyətli mübarizə aparıb, 80-ci illərin əvvəllərində onların məvacibini azaldıb, əvəzində fəhlə və kəndlilərin, təqaüdçülərin alacaqlarını artırıb.
1983-85-ci illərdə Ənvər Xocanın səhhətiində ciddi problemlər əmələ gəlib, infarkt, insult keçirib, diabeti kəskinlşib. O, səlahiyyətlərinin böyük hissəsini Ramiz Aliyaya verib.
1908-ci ildə Osmanlı imperiyasının Qirokastra şəhərində doğulmuş Ənvər Xəlil Xoca 1985-ci ilin aprel ayında vəfat edib. Ölkədə 9 günlük matəm hökm sürüb.
Onun ölümündən sonra yavaş-yavaş Ənvər Xoca kultu zəifləyib. Ənvərçilər bundan narazı qalaraq yeni liderlə qarşıdurmaya gediblər. Toqquşma olub. Amma dəyişən zaman tədricən könə əyyamı unutdurub.
Ancaq indinin özündə də Albaniyada yaşlı nəsil “Ənvərin vaxtında qayda-qanun vardı”, – deyə nostaljiyə qapılır.
Bununla yanaşı, ölkəsinə 40 ildən artıq müddətdə rəhbər olmuş, onun uğrunda partizanlıq etmiş, ölkəyə müstəqillik qazandırmış, Albaniyaya ərazi iddiası irəli sürən dövlətləri yerində oturtmuş, onun suverenliyini məhdudlaşdırmaq istəyən ölkələrlə düşmənçilik aparmış bir liderə bu gün vətənində “öz xalqının cəlladı” epiteti də yapışdırılır.
Tarixi şəxsiyyətlərə belə yarlıklar vurulan zaman onun dövrünə də baxmaq lazımdır. Ənvər Xoca kimlərin dövründə siyasətlə məşğul idi və tərəf-müqabilləri kimi idi? Adolf Hitler, İosif Stalin, Benito Mussolini, İosip Broz Tito, Nikita Xruşov, Xua Qofen, Fidel Kastro və başqaları.
Sadəcə, o, zamanında kommunist ideologiyasından əl çəkib ölkəsinin Avropaya inteqtasiyası ilə məşğul olsaydı, bu gün Albaniya Avropanın ən kasıb üç ölkəsindən biri olmazdı.
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08