"Ramiz Mehdiyev ölkəni bu günə qoyub..."
"Azərbaycanda vəzifə hər şeydir - şan-şöhrətdir, hörmətdir, var-dövlətdir, ad-sandır. Belə olanda heç kəs getmək istəmir"
Azərbaycan parlamentinin sabiq sədri, prezident səlahiyyətlərini icra etmiş professor Yaqub Məmmədovun Azpolitika.info-ya müsahibəsi
- Yaqub müəllim, artıq neçə vaxtdır ki, Azərbaycan hökumətində ciddi kadr dəyişikliklərinə başlanılıb, gəncləşmə prosesi gedir. Təcrübəli şəxs kimi müşahidə olunan bu prosesi necə xarakterizə edirsiniz?
- Mən bunu müsbət qiymətləndirərəm, təqdir edirəm. Çox yaxşı haldır ki, idarəçilikdə gəncləşmə siyasəti aparılır. Artıq köhnə kadrlar öz missiyalarını yerinə yetiriblər, çoxu yaşlanıb. İdarəçilikdə belə dəyişikliklərə gedilməlidir. Mən bunu müsbət hal hesab edirəm.
- Bu addımlar Azərbaycana müsbət mənada nə verə bilər?
- Hesab edirəm ki, pozitiv mənada çox şey verə bilər. Ölkəyə çox böyük və bütün sahələrdə müsbət dəyişikliklər gətirə bilər. Gənclərin hakimiyyətə və vəzifəyə gətirilməsi ümumilikdə çox müsbət prosesdir.
- Bəzi mütəxəssislər deyir ki, idarəçilikdə həddən artıq gəncləşmə təcrübə baxımından müəyyən problemlər də gətirə bilər...
- Bunu deyənlər nəzərə almalıdır ki, kadr dəyişikliyi kütləvi getmir, tədricən gedir. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələn kimi bir ay içərisində bütün kadrları dəyişdi və ölkəni də pis vəziyyətə qoydu. Hazırda proses bu şəkildə getmir. Əksinə, çox ağıllı formada, tədricən dəyişməklə gedir. Məncə, bu yaxşı haldır və təkamül prosesidir. Hesab edirəm ki, kadr dəyişiklikləri elə bu şəkildə həyata keçirilməlidir. Amma gəncləşmənin müsbət təsiri o zaman olar ki, irəli çəkilənlər layiqli kadrlar olsun, həqiqətən də o kadrlar yaxşı işləsinlər, problemləri dərk edib ondan baş çıxara bilsinlər. Hər gənci də gətirib ora qoymaqla demək olmaz ki, hər şey əla olacaq. Gənc var, gənc var. Bu mənada kadrların seçilməsində çox diqqətli və həssas olmaq lazımdır. Hər adamdan nazir, icra başçısı olmaz. Burada insanın gənc, orta nəsil və ya yaşlı olmasının fərqi yoxdur. Əsas odur ki, intellektual, layiqli, savadlı və hadisələrdən baş çıxara bilən kadrlar olsun. Mən arzu edirəm ki, kadr seçimi zamanı düzgün prinsiplər götürülsün. Hər şey kadrlardan asılıdır. Yaxşı kadrlar yaxşı, pis kadrlar pis əməlləri ilə tanınır. Son təyinatlarda mənim tanıdığım bir neçə yaxşı kadrlar var. Baxaq, görək digərləri necə işləyəcək. Bütün hallarda düz və yaxşı işləyənə qiymətini vermək lazımdır. Məsələn, vergilər nazirinin yaxşı işlədiyi haqda xəbərlər az deyil. Mən də bunu qiymətləndirirəm. O yaxşı kadrdır, işini də bilir. Vergilər naziri kimi yaxşı işlədiyi üçün vəzifəsini böyütdülər və ona daha geniş səlahiyyət verdilər. Kadrlar yaxşı işləyəndə onlara yaxşı da qiymət vermək lazımdır.
- Uzun illər Prezident Administrasiyasının rəhbəri postunu tutan Ramiz Mehdiyev vəzifəsindən getdi və hazırda AMEA-nın prezidenti kimi davam edir. Bu dəyişikliyə münasibətiniz necə oldu?
- Mən bu haqda nə deyə bilərəm? Hələlik akademiyaya təzə gəlib. İşləsin, baxaq görək hansı addımlar atacaq.
- Yerli media Ramiz Mehdiyevin akademiya sistemində islahatlara başladığını yazır...
- Ramiz Mehdiyev elə əvvəlki vəzifəsində olarkən islahatları aparıb, ölkəni bu günə qoymuşdu... Ramiz Mehdiyev akademiyada nə islahatı aparacaq? Digər tərəfdən, hər gələn akademiyada islahatlar aparsa, akademiyadan əsər qalmaz ki... Ramiz Mehdiyev ölkənin idarə edilməsində əsas şəxslərdən biri olub. Və akademiyaya da onun özü nəzarət edir, iclasların hamısında iştirak edirdi. Elə islahat aparırdırsa, indiyə qədər aparardı da.
- Deməli, Mehdiyevin PA rəhbəri postundan getməsini Siz müsbət qarşılayıbsınız...
- Təbii ki. O da yaşlı adamdır. Uzun illər idarəçilikdə işləyib, indi də yerinə nisbətən gənc kadr gəlməlidir və gəlib də. Mən bir daha qeyd edirəm ki, aparılan dəyişikliklərdən gözləntilərim böyükdür. Hesab edirəm ki, bu dəyişikliklərin ölkədə gedən bütün proseslərə müsbət təsiri olacaq. Həm də indi vəzifədən gedənlərin çoxu postlarına təyinat alanda gənc idilər də. Onlar elə yaşlı deyildilər. 25-30 il vəzifədə oldular. Bu müddətdə neylədilər?
- Gedənlərlə, məsələn elə Ramiz Mehdiyevlə, Hacıbala Abutalıbovla, Əli Həsənovla şəxsi tanışlığınız olubmu?
- Hamısı ilə bu və ya digər formada tanışlığım və münasibətim olub. Ancaq vəzifədə olanda mənə yaxşı münasibət göstərmədilər. Mənə qarşı və mənim kimi o dövrdə tanıdıqları, işlədikləri və bildikləri adamların əksəriyyətinə qarşı.
- Konkret olaraq sizə bir pislik ediblərmi?
- Bu məsələni bir kənara qoyaq. Özünüz bilmirsiniz ki, mənə nə ediblər? Düzünü deyim ki, mənim Hacıbala Abutalıbovla vəzifədə olanda ünsiyyətim olmayıb, ona heç müraciət etməmişəm və ondan keçəcək işim də olmayıb ki, pislik və ya yaxşılıq görəm. Əli Həsənov da onun kimi. Əsas Ramiz Mehdiyev idi, oturmuşdu Prezident Administrasiyasında. Özü də onunla köhnədən yaxşı münasibətlərimiz var idi, amma ondan bir yaxşılıq görmədim.
- Nisbətən yaşlı adamlar sanki vəzifədən ayrılmağı psixoloji olaraq qəbul edə bilmirlər. Bunun səbəbi nədir?
- Əslində bu, çox çətindir. Vəzifədən ayrılmaq hamı üçün çətindir və o cümlədən də onlar üçün. Bilirsinizmi, Azərbaycanda vəzifə hər şey deməkdir. Ona görə də, heç kim vəzifədən ayrılmaq istəmir. Prezident özü çıxışı zamanı bildirdi ki, özləri müraciət etsinlər, istefaya getsinlər, gənclərə yol açsınlar. Amma görürsünüz ki, işdən getməklə bağlı özü müraciət edənlər çox az oldu. Çoxu müraciət etmək istəmir. Yəni vəzifəsini itirmək istəmir. Heç kəs istəmir ki, könüllü getsin. Ona görə də, vəzifə xalqa xidmətlə bağlı olmalıdır. Vəzifə yaxşı şərait yaratmaq, ətrafına öz adamlarını toplayıb kef etmək üçün olmamalıdır. Belə olmasa, əslində könüllü getməyə həvəskar da çox olar. Amma indi vəzifə hər şeydir - şan-şöhrətdir, hörmətdir, var-dövlətdir, ad-sandır. Belə olanda heç kəs getmək istəmir. Mən Prezidentin addımlarını təqdir edirəm, bunlar düzgün addımlardır.
- Siz uzun illər rəhbər postlar tutmusunuz, hətta bir müddət Prezident səlahiyyətlərini icra etmisiniz, amma Sizi çox zaman küçədə insanlar arasında görmək olur. Bəs, Sizcə son aylar yüksək postlardan gedən sabiq məmurlar necə, insanlar arasında sərbəst dolana biləcəklərmi?...
- Hər bir vəzifədə olan şəxs bunu əvvəlcədən düşünməli, elə işləməli və yaşamalıdır ki, sonra camaatın içinə çıxmağa üzü olsun. Şəxsən mən çalışmışam elə yaşayım və işləyim ki, sonradan camaatın içinə çıxmağa üzüm olsun. İndi insanların arasına çıxıram da, ünsiyyətdə də oluram və hamıdan da hörmət görürəm. İndi hərə bir cür olur, hər kəsin bir xasiyyəti var. Mən də belə yaşamışam. Ağlı olan bu cür yaşamalıdır. Mən belə hesab edirəm və belə də yaşamışam.
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Hindtoyuğunun qiyməti niyə 80 manat oldu ?
14 dekabr 2024 23:45
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2024 12:05
- Suriyada HİCAB məcburiyyəti LƏĞV EDİLDİ
10 dekabr 2024 15:25
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 10:59
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 00:03
- İlham Əliyevdən 31 Dekabr PAYLAŞIMI
30 dekabr 22:13
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37