Şuşada gördüklərim... - FOTOLAR
İqtisadiyyat24 noyabr 2019 21:45

Vertolyotla Xankəndinə gələndən, burada “erməni diplomatlarının” sərsəmləməsindən canımızı qurtarandan sonra Şuşaya gedirdik.
Xankəndi ilə Şuşanı birləşdirən “Ağa körpüsü”nü keçəndə-“Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb “ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı.
Buralara balaca olanda böyürtkən yığmağa gələrdik, cır və tozlu olardı deyə, evə aparmazdıq, elə yolda yeyib Ağdam-Şuşa avtobus ilə şəhərə qayıdardıq. İllərdir həsrət qaldığım havasını ciyərimə çəkdim- nəfəsim tutuldu, aramsız öskürək başladı. Maşındakılar artıq narahat olmağa başlamışdılar: bələdçi sürücüyə ratsiyanı gətirməyi tapşırdı. Rusca “bir az ləngiyirik, bir nəfərin halı pisləşib” xəbərini verdi və mənə sarı boylandı. Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki...)

Bu yadlıqdan gözüm yaşardı, üzümü dəsmalımla tutub silirmiş kimi maşına yaxınlaşdım, özümü ələ aldım. Yaxşi olduğumu göstərmək üçün lap köhnə kişilər kimi burada illərdir unudulan, şuşalıların adətən, uzaq yola çıxanda dedikləri “Allah, Məhəmməd, Ya Əli!” sözlərini təkrarladım. Sürücü və bələdçi “Ya Allah” eşidən kimi çönüb təəccüblə üzümə baxdılar, yanımdakı iki nəfər-azərbaycanlı jurnalistlər səhərdən ilk dəfə gülümsədilər, ikisi də “hər şey qaydasındadır” dedilər.
Daha ətrafa baxmırdım, gözlərimi yaş torpağa bulaşmış çəkmələrimə dikdim, ayaqlarım mənə çox qəribə görünürdü. Elə bil mənim deyildi, əlimlə ovuşdurub, “məni düşmən qarşısında biabır etmə” deyib sığallamasaydım, uzağa qaçacaqdılar. “Şuşa perevalını” belə keçdik...
Hə, bu da erməni tankı. Doğma bir adamı görürmüş kimi “Albertin vurduğu tank!” deyib sürücüyə saxlamağı xahiş etdim. Bələdçi “burada dayanmaq planda yoxdur” deyib əli ilə irəlini göstərdi. “Şuşanın işğalı günü burada xeyli əsgərimiz şəhid olmuşdu, çoxu hələ də itkindir” deyib yanımdakılara pıçıldadım. “Avtobaza”nın yanında sovet dövründən qalma “Pyannıy voditel pristupnik” şüarının üstünə indi ermənicə nəsə yazmışdılar. Qarşısında iki-üç nəfər dayanmışdı, yəqin ATƏT-in maşını olduğu üçün bizə sarı boylandılar. Əyinləri-başları tör-töküntülü, üzləri tüklü və çəlimsiz ermənilər siqaretlərini sümürüb darvazadan içəri girdilər. Nə biləydilər ki...
Şuşaya üst yoldan girdik, telefonlarımızı Bakıda qoyub çıxmışdıq, bel çantamızda fotoaparatdan başqa bir şey də yox idi. “Saat neçədir, əcəba” fikirləşib illərdir qoluma vurmadığım saata baxdım. Atamın saatına... Evdən çıxanda onu taxmışdım. Səfərdən 1 həftə əvvəl Bakıdakı saatsaz donquldana-dolquldana sazlamış, 20 manatımı almış, “bunu neynirsən, modası da keçib gəl sənə...” deyəndə “yadigardı” deyib sözünü ağzında qoyduğumu xatırladım.

...11-ə işləmişdi. Saatlarımız Bakı vaxtilə işləyirdi. İlk dəfə ağlıma gəldi ki, burda saat eyni zamanı göstərirmi? Bələdçidən dəqiqləşdirdim, saatlar Bakı vaxtilə işləyirdi. İdrisin “Tısbağa pavilyonu” dururdu, qarşısında iki-üç maşın dayanmışdı. Yəqin xaşa gəlmişdilər. Şuşada xaşın noyabrda ayrı ləzzəti olur axı. Qəbiristanlıq tərəfə boylandım, bələdçi də bu dəfə ingiliscə “no-no” dedi. Mirzə Həsən qəbiristanlığı...
Doğmalarımızın uyuduğu məzarlıq. Yuxarı tərəfdən də görünür, bir də oradan boylandım. Dumandan heç nə görünmürdü.
Şəhərə girdik- “Qaşqayın dükanı”, “Novruzun xəngəlxanası” tərəfdən...Ermənilər yolun sağında indi hotel tikiblər, xariciləri burda qarşılayırlar. Biz də xarici imişik...Taleyə bax!
Hə, burda bizi beş-altı nəfər gözləyirdi. İngilis dilində ATƏT nümayəndəsi ilə danışdılar, nəsə kağız-kuğuza baxdılar, maşının üstündə “təhvil-təslim” sənədlərinə qol çəkdilər. “Novruzun xəngəlxanası” tərəfdən onun səsi gəldi: ”Ə, bajıoğlu görünmürsən”, dedi sanki. “Novruz dayı, yeməyə nə var”, soruşanda ancaq bir menyunu təkrarlayırdı: “Sous, qreçka, gözləsən xəngəl...” Xəngəl indi Şuşa havasında nə gedər, nə gedər... Şuşalılar hətta ən pis günlərində də zarafatlarından qalmazdılar, amma gülmək vaxtı keçmişdi...
7 ay idi siqareti tərgitmişdim, iki gün idi artıq ikinci paçkanı çəkib qurtarırdım. Yeni siqaret paçkasını açmaq bəhanəsiylə maşından düşdüm, bütün nəzərlər üzərimə dikildi. “On?” sualına, “da, tolko on mestnıy” dediklərini aydın eşitdim. Şuşanın soyuğu iliyimə işləyirdi, niyə belə üşüdüm ki? Belimi şax saxlamağa çalışdım, iki gündə arıqlamışdım sanki, yəqin ondan üşüyürdüm. Gəlməyimə ilk dəfə bərk peşman oldum, bu mənim şəhərim, bura mənim vətənim, bura doğmalarımın məzarı olan yer, amma başımın üzərində bir ATƏT, iki-üç rus, dörd erməni...Necə qırılmayasan?
O binadakı üçüncü mərtəbədən baxan qız kimdir? Yoxsa...Orta məktəbdə ürəkdən-ürəyə “üçan” vaxtlarımızda indi durduğum yerdən bir sinif qızını burada çox gözətləmişdim...A...? Balkondakı qız əl edir. Kimə? Yəqin acıq verir bizə...
Gözlərimə bu dəfə qaranlıq çökdü, siqareti hirslə ayağımın altına atıb əzdim, sanki hirsimi bu kötükdən çıxırdım.
Bir mikroavtobus gəldi, Ermənistan nömrəsini yəqin qəsdən sökmüşdülər. Bir maşından düşüb o biri qara şüşəli maşına oturanda yalnız indi bizi salamlamaq yadlarına düşdü. Aralarında cəmi bir erməni qız vardı, beş dəqiqənin içində təqdimat oldu, bizim kimliyimizi soruşmadılar. Erməni qız bərbad rus ləhcəsi ilə “sizin bələdçiniz mən olacam, şuşalıyam” dedi. Həmkarımızın “gəlin Azərbaycan dilində danışaq” təklifinə erməni qız gülümsədi, “ya tolkom ne znayu” dedi.
Hə, Şuşa... Yazıq Şuşam! Avtovağzalı keçib, “Bazarbaşına” gəldik, erməni qızın nə dediyini artıq eşitmirdim, arada hırıldayırdı, əliylə küçələri göstərib danışırdı. Nə danışırdın axı ay yalançı erməni? Mən buraları gəzib dolananda, sumkamı sürütləyib qış-yaz dərsə gedəndə, “Güllü bulvardan” gül oğurlayanda, “Qarabağ” “qəstini”nin liftində aşağı-yuxarı gəzəndə, qızıl balıqları yemləyəndə, yay aylarında küçələrində saatlarla velosiped sürəndə, yıxılıb qolumu qıranda, Daşaltı çayında çiməndə, gəlin maşınlarının qabağını kəsəndə, gəlmə qızların arxasınca gəzəndə, gəlmə oğlanlarla dalaşanda sən hardaydın axı? Kimin qızısan? Dədən kim? Nəslin kim? Burda nə ölümünüz var?

Qara maşın Yuxarı Gövhərağa məscidinin yanında saxladı. Yeni təmir etdiriblər. Ayaqlarım yenə sözümə baxmadı. Bu tin bizim məhəllənin tini hesab oluna bilərdi. Burada hər kəs durmazdı. Öz adamları vardı məscidin qarşısının.
Maşından düşən kimi əlimi tez heç dəyişməyən məscidin qarşısındakı nəhəng daş işıq dirəklərinə qoydum. Heç kim gözümün qaraldığını, ürəyimin az qala partladığını hiss etməsin deyə söykəndim o daşa...”Buradan evimizə 200 metrlik məsafə olar” deyə yanımdakı həmkarıma dedim. O da bir mənə baxdı, bir yola... Yazığı gəldi elə bil. Əlini çiynimə qoyub, “sakit olaq, sonra deməsinlər ki...”
Yolda xeyli erməni vardı, bizə elə baxırdılar ki...Şuşa bazarına sarı çevrildim. Tək-tük adam girib-çıxırdı.
Evimizə sarı yenə boylandım. Bura kimi gəlib evimizə getməyim? Erməni qıza yaxınlaşdım, “bir az aşağıya-Bəzirov küçəsi 10-na gedə bilərik”, deyə, soruşdum. Cavabı yenə rusca verdi: “Marşrut təsdiqlənib, ondan kənara çıxa bilmərik”.
“Mən burda böyümüşəm, bura mənim vətənimdir, bura...” deyəndə artıq gözlərimdən yaş süzülürdü. Sonucu dəfə anamı itirəndə belə ağlamışdım. Özümü güzgüdəki kimi görürəm o cür ağlayanda. Qəzəb məni boğurdu: “Sizin hamınızın...”(musavat.com)

Oxşar xəbərlər
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 2025 22:18
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
7 mart 2025 23:55
- Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib
7 mart 2025 14:10
- Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı (FOTOLAR)
7 mart 2025 00:09
- Bakcell xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi (FOTOLAR)
6 mart 2025 19:19
- Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olundu - Fotolar
6 mart 2025 12:41
- SƏRİN-də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış - Fotolar
6 mart 2025 11:29
- Əliyevlə Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi - Fotolar
5 mart 2025 23:44
- Prezident Türkiyədədir - Fotolar
5 mart 2025 14:31
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya