Mirzə Cəlilin ailəsi Polşaya necə gedib çıxıb FOTOLAR
Mədəniyyət19 noyabr 2019 13:19

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəlib. Onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib.
Martin və Pşemislav Cavanşiri Fəxri Xiyabanda babaları Cəlil Məmmədquluzadənin məzarını ziyarət ediblər.
Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilən elmi-mədəni tədbirlərə qatılacaqlar. C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər. Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.
Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.
Bəs Mirzə Cəlilin övladları Avropaya necə gedib çıxıblar?
Qaynarinfo xəbər verir ki, HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq "Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəvə-nəticələrini hələ Bakıya bu ilk gəlişlərindən əvvəl, bu ilin yayında tapıb, həmsöhbət olmuşdu. Mirzə Cəlilin nəvəsi - oğlu Midhət Cavanşirin Polşada yaşayan övladı Martin Cavanşir Hafiz Əhmədovun suallarını cavablandırıb.
QISA arayış: Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) Həmidə xanım Cavanşirlə 1907-ci ildə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofiya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan vətənə qayıtmayıb.
Martin Cavanşir müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb, Azərbaycan haqqında fikirlərini ifadə edib. O, ilk dəfə olaraq Cəlil Məmmədquluzadənin Polşada, İranda yaşayan ailə üzvlərinin fotolarından ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib.
Atamı yalnız qışda görürdük
- Babam Ənvər həyat yoldaşı Zofia Bahrinovska ilə İranda tanış olub. O, 1942-ci ildə General Andersin Ordusu ilə İrana köçən polşalı bir qadın idi. Atam Midhət onların ilk övladı olub. 1944-cü ildə Fumanda dünyaya gəlib. Onların dörd övladı olub. Atam, qızları Nizhət, İren və oğlu Teymur. Bütün ailə 1950-ci ilə qədər Tehranda, Urmiya bölgəsində Zartoshtian küçəsində bir evdə yaşayıblar. (Hafez küçəsinə yaxın.)

(İrenin toyu. 1976. Solda anam Elisabeth, Ənvər, İrenin əri Əmir, qabaqda nənəm Zofiya, arxada isə atam Midhət)
Babam Ənvərin özünün həkim ofisi vardı və orada çalışırdı. Nənəm Zofiya da onunla işləyən bir tibb bacısı idi. 1968-ci ildə atam təhsil almaq üçün anası Zofiyanın vətəni olan Polşaya gedib. Atam Lodzda təhsil almağa başlayıb. Orada mənim anam Elizabet Szimaniakla tanış olub. Bu münasibətin nəticəsi olaraq 1970-ci ildə Polşada mən dünyaya gəlmişəm. 11 il sonra isə qardaşım Ramin dünyaya gəlib.

(Həyat yoldaşım, qızım və mən)
Daha sonra bütün ailəmiz Polşadan İrana köçdü
- 1972-ci ildə valideynlərimlə birlikdə atamın vətəni olan İrana köçdük. Babam Ənvər və Zofiya nənəmin evinin yaxınlığındakı bir binada məskunlaşdıq.
- Babanız Ənvər Məmmədquluzadəni (Cavanşir) görmüsünüz? Onu necə bir insan kimi xatırlayırsınız?
- Həm nənəm, həm də babam 1979-cu ildə vəfat etdi. Ənvər babam Tehrandakı Beheşte-Zəhra qəbiristanlığında, Zofiya nənəm isə Dulabdakı polyaklar qəbirstanlığında dəfn edildi. Həmin vaxt mənim 9-10 yaşım olardı. Yaxşı xatırlayıram ki, babam Ənvər çox mülayim bir insan idi. Zofiya isə çox gözəl bir nənəydi. Uşaq olarkən nənə-babamla evdə vaxt keçirməyi çox sevirdim. Babam, nənəm vəfat etdikdən sonra valideynlərimlə birlikdə Tehrandakı ASP-də yaşamağa başladıq.

(Teymurun toyu.1974. Neşat əri ilə birlikdə, İren, Zofiya, Teymur, Elizabet, Ənvər babam, atam Midhət, Neşətin qızı Zərrin. Mən isə yatırdım)
Müharibə başlayandan sonra anamla birlikdə Polşaya getdim
– 1984-cü ildə İran-İraq müharibəsinin başlamasından bir neçə il sonra anam Elizabet ilə birlikdə Polşaya getdim. Və bu günə qədər də onunla birlikdə burada yaşayıram…
- Atanız Midhət Cavanşirlə əlaqəni kəsmişdiniz?
- Atam Midhət hər il qışda bizim yanımıza gəlirdi. Təxminən 4 həftə bizimlə qalırdı.

(Martin - yəni mən. 1980. Nənəm Zofiyanın polyak qəbristanlığındakı məzarı)
- Bilmək istərdik ki, harada təhsil aldınız? İndi nə işlə məşğul olursunuz?
- Krakov şəhərində orta məktəbdə təhsil aldım. Daha sonra Lodz şəhərində Bina və Memarlıq Fakültəsinin məzunu oldum. 1994-cü ildə polşalı qadın Malqorzata Gierk ilə ailə həyatı qurdum. İki övladımız var: Przemislav (1996-cı il ) və Maqdalena (2003-cü il təvəllüdlü). Hazırda bir qaynaq şirkətində keyfiyyət üzrə menecer kimi çalışıram.

(İrenin toyu. Qardaşı Midhət ilə birlikdə. O, mənim atamdır)
- Qardaşın Ramin Cavanşir barədə bilmək istərik.
- Ramin 10 ildir Dublində yaşayır…
– Bəs atanız Midhət Cavanşir hazırda yaşayır?
- Atam 2013-cü ildə vəfat etdi. Anam Elizabet də Polşada yaşayır. Evlərimiz arasında 1 km məsafə var.

(Teymurun toyu. 1974. Ənvər, Teymurun həyat yoldaşı Nəsrin, Teymur, Zofiya)
- Cəlil Məmmədquluzadə barəsində məlumatınız varmı?
- Ənvər babam mənə öz atası Cəlil Məmmədquluzadə barəsində çox danışmayıb. Həmin vaxt mən uşaq idim. Daha sonra mən Cəlil Məmmədquluzadənin həyatı, işi ilə maraqlandım. Amma çox təəssüf ki, bu istiqamətdə geniş araşdırma aparmadım.

(Mən və həyat yoldaşım)
- Bu gün sizin ailənizdə Cəlil Məmmədquluzadənin yolunu davam etdirən, yaradıcılıqla məşğul olan kimsə varmı?
- Çox təssüf ki, ailəmizdən heç kim babamız Cəlil Məmmədquluzadənin yolunu davam etdirmir…

(1973-cü il. Mən və anam Elizabet)
- Cəlil Məmmədquluzadənin vətəni Azərbaycanla bağlı nə demək istərdiniz?
- Çox təəssüf ki, heç vaxt Azərbaycanda olmamışam. Amma bildiyimə görə Azərbaycanın paytaxtı Bakı gözəl bir şəhərdir. Əlbəttə ki, Azərbaycana səfər etmək istəyərəm.

(Qızım və mən)
Martin Cavanşirin gənc oğlu Przemek Cavanşir:
- Cəlil Məmmədquluzadə mənim ulu babam olub. Təəssüf edirəm ki, onun barəsində çox məlumatım yoxdur. Ailəmizin kökləri, babam Cəlilin xalqı üçün gördüyü böyük işlər, möhtəşəm yaradıcılığı barədə sizdən öyrəndim. İndi çox həyəcanlanıram və qürur duyuram ki, siz məktəblərdə, universitetlərdə mənim Cəlil babam haqqında öyrənirsiniz. Bunu eşitmək məni çox sevindirdi.

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənə,Ənvər baba, Teymur və mən)
Sizin verdiyiniz məlumatlardan sonra mən də Cəlil Məmmədquluzadə haqqında oxudum. Öyrəndim ki, Cəlil babamın adına Azərbaycanda şəhər də mövcuddur. Çox istəyərəm ki, bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə gedim.
Oxşar xəbərlər
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya