Elmira Axundovanın ombudsman olmaq şansı çox aşağıdır
Dünya16 noyabr 2019 10:53
Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanovanın hazırda vəzifəsini icra etdiyi barədə dünən Report-a açıqlama verib. Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb. Ombudsman Aparatının bu açıqlaması yayılan həmin xəbərə cavab olaraq verilib.
Onu da bildirək ki, təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir.
Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir.
Yayılan xəbərlərə görə, Azərbaycanın ikinci ombudsmanı olmaq üçün çalışanlar var. Daha çox adı çəkilən Milli Məclisin deputatı Elmira Axundovadır. Ancaq onun adaşının yerini tutmaq şansının aşağı olduğu bildirilir. Qeyd edilir ki, hakimiyyətin yuxarı qatlarında xanım deputata münasibət onun ombudsman kimi mühüm posta yüksəldiləcəyi qədər yüksək deyil. Məlumatda deyilir ki, böyük ehtimalla, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Milli Məclisin sədr müavini Bahar Muradova olacaq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat”a bildirib ki, ombudsman vəzifəsində elə insan olmalıdır hökumətə sözünü deyə bilsin. İnsan hüquqları üzrə müvəkkil məmurlardan, hakimlərdən, heç nədən çəkinməməlidir: "Müstəqil mövqeyi olan, eyni zamanda, sözünü deyə bilən, hökumət qarşısında gözü kölgəli olmayan adam olmalıdır. Elə bir insan olmalıdır ki, heç bir rüşvətə, korrupsiyaya, qanunsuz əməllərə bulaşmış olmasın. Məhkəmələrdə o qədər biabırçılıqlar olur ki, ombudsman vəzifəsində olan şəxs buna qarşı ciddi mübarizə aparmağı bacarmalıdır. Ombudsman haqsızılıqla üzləşmiş vətəndaşların yanında durmalıdır. Həmin vəzifədə olan şəxs həm cəmiyyət tərəfindən, həm də hökumət tərəfindən qəbul edilən insan olmalıdır”.
Hüquq müdafiəçisi hesab edir ki, ombudsmanın hüquqşünas olması mütləq deyil: "Hüquqşünas olsa pis olmaz. Amma əsas odur ki, yuxarıda dediyim kriteriyalara cavab versin. İnsan hüquqları haqda bilgilərinin olması lazımdır, ancaq şərt deyil ki, mütləq ixtisasca hüquqşünas olsun. O qədər hüquqşünaslar var ki, insan hüquqlarını saya salmırlar. Hakimlər hüquqşünasdır, məgər hamısı insanların hüquqlarına hörmətlə yanaşır? Əsas odur ki, qanunlara, insan haqlarına yüksək səviyyədə hörmət qoyulsun, hüququn aliliyi hər şeydən üstün tutulsun”.
N.Cəfəroğlu onu da bildirib ki, ombudsman vəzifəsində olan şəxsin gənc və ya yaşlı olması da xüsusi önəm daşımır: "Son zamanlar gənc kadrların önə çəkilməsi çox yaxşıdır. Amma şərt deyil ki, insan hüquqları üzrə müvəkkil gənc olmalıdır. Mən demirəm ki, mütləq mənim kimi yaşı 70- keçmiş adamlar ombudsman olsun. Bu məsələdə yaş faktoru yox, cəmiyyətdə qəbul olunmaq, sözünü deməyi bacarmaq, müstəqil mövqe ortaya qoymaq, gözü kölgəli olmamaq kimi kriteriayalar əsas götürülsə bu, həm dövlətimiz, həm xalqımız üçün daha uğurlu olar”.
Tahir Kərimli: "Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”
Ali Məhkəmənin keçmiş sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli isə bildirib ki, insan hüquqları üzrə müvəkkil konstitusion statusa malik olduğu və heç bir orqan qarşısında hesabatlı olmadığı, müstəqil olduğu üçün çox mühüm postdur: "Doğrudur, özünün fəaliyyəti ilə bağlı ombudsman prezidentə, Milli Məclisə məlumatlar verir, ancaq bu məlumatlar hesabat deyil. Bu təsisat tam müstəqildir. Əlbəttə ki, ombudsmanın hüquqşünas olması işin xeyrinə olardı, çünki daha çox hüquqi məsələlərlə məşğul olur. Ancaq hüquqşünas olması hökm deyil. Konstitusiya qanununda yazılmır ki, insan haqları üzrə müvəkkil mütləq hüquqşünas olmalıdır”.
Deputat qeyd edib ki, yeni ombudsmanın seçilməsi məsələsini keçən il və bu il Milli Məclisdə qaldırıb: "Çox təəssüf edirəm ki, mən bu məsələni qaldıranda bəziləri məndən inciyir. Elə bilirlər ki, mən şəxsi nöqteyi-nəzərdən kimisə bəyənmirəm, istəmirəm, ona görə yeni ombudsmanın fəaliyyətə başlaması məsələsinin vacibliyini qaldırıram. Şəxsən mənim Elmira Süleymanovaya böyük hörmətim var. Kübar qadındır, nəvazişkardır, doğrudan da bir sıra işlər görüb. Yəni ondan heç bir şəxsi narazılığım yoxdur. Sadəcə olaraq söhbət xeyli müddətdir ki, onun iki ildən artdırdır ombudsman vəzifəsini müvəqqəti icra etməsindən gedir. Şübhəsiz ki, cənab prezidentin səlahiyyətindədir ki, ombudsman vəzifəsinə namizədlər versin və onlardan biri Milli Məclisdə təsdiq olunsun. Mən bu yaxınlarda Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bu məsələni qaldırdım. Yeni ombudsman olmalıdır. Bu institutun daha operativ işləməsi daha yaxşı olardı. Qanuna görə, yeni ombudsman təyin olunanadək köhnəsi öz səlahiyyətlərini davam etdirir. Amma hər halda iki il müddət keçməyi çoxdur. Düşünürəm ki, cənab prezident tərəfindən bu istiqamətdə gərəkən addım atılacaq. Deyə bilmərəm yeni ombudsman gənc, ya da yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitusion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”.
Oxşar xəbərlər
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 2024 19:37
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb
17 noyabr 2024 21:36
- COP29 dövlətimizin üçüncü tarixi qələbəsidir - Anardan Prezidentə müraciət
16 noyabr 2024 11:35
- Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi - Fotolar
14 noyabr 2024 14:27
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 2024 10:27
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya