- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Cahandar ağanın bacısı Şahnigar əslində kim olub?
Günün sitatı9 noyabr 2019 18:01
Seyid Nigari aşiqi – Şahnigar xanım Rəncur
…Ədəbiyyatımızın indiyədək qapalı səhifələrindən və naməlim şəxsiyyətlərindən sayılan Şahnigar xanım Rəncur özünün bariz keyfiyyətləri ilə bir şair olmaqla bərabər, həm də klassik poeziyamızın lirik qəhrəmanına oxşayır; o, həm zahiri, həm də daxili-əxlaqi gözəlliyi ilə bu gün də oxucusunu heyran etməkdədir. Əsl adı Şahnigar Qiyasbəyli olan şairə şeirlərini "incik, rəncidə” mənasını verən Rəncur təxəllüsləri ilə yazmışdır.
Firidun bəy Köçərlinin dediyi kimi, Şahnigar xanımın qəzəliyyatı əsasən Mir Həmzə Nigariyə həsr olunmuşdur. Şair, Nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin sadiq müridlərindən olmuşdu və əlimizə keçən şeirlərini diqqətlə incələdikdə onun Şeyx Nigari ilə davamlı olaraq məktublaşdığı da aydın olur. Rəncurun əldə olan şeirlərinə əsasən onun ədəbiyyatımızda yerini dəqiqləşdirməklə onu da demək mümkündür ki, bu dolğun poetik nümunələrdə istedadla ilhamın fövqəladə uyuşması təsirli, unudulmyacaq, duyan qəlbin silinməyəcək təssüratlarıdır.
Şairin kimliyi ilə bağlı ən öncə onu göstərməliyik ki, Rəncurun ismətli və həyalı, möminə bir xanım olduğu üçün Qazax mahalında "Mollaxanım” ləqəbilə tanındığını qeyd edən Firidun bəy Köçərlinin şairin ailəsi barədə bildirdiklərinə görə, "Şahnigar xanım binti-Kazım ağa Qiyasbəyov Qazax şüərasının naziktəblərindən biri hesab olunur. Şahnigar xanım təvəllüd edibdir öz qəryələrində ki, Ağköynək adı ilə məşhurdur. İndiki Qazax şəhərinin yavuqluğunda xırdaca bir kənddir.”
Azərbaycan klassik irsinin öyrənilməsində əslən Qarabağlı, amma Amasiyada yaşamış Mirzadə Fəxrəddin Ağabali də şairənin hicri 1265-ci ildə (miladi 1848/49) dünyaya gəldiyini, ancaq onun Ağstafa qəzasından Bayraqdarzadələrdən Abdullah bəyin kəriməsi, yəni qızı olduğunu qeyd edir: "Ağstafa qəzasından Bayraqdarzadələrdən Abdullah bəyin kəriməsidir. Bu zatın oğlu Ağabəy Rus jandarma komandanlarındandır. 1305 tarixlərində Rəncur xanım bər-həyat imiş. Ağstafa şəhrinin Akgömlək məhəlləsindədir. 1305 tarixlərində qırx yaşlarında olmasına görə 1265 təvəllüdlüdür.” Lakin qeyd etməliyik ki, Şahnigar xanımın Qiyasbəylilər nəslinə mənsub olması hazırda heç kimdə şübhə doğurmur, görüşüb ünsiyyət saxladığımız bu ailənin nümayəndələri həmişə Rəncuru öz nəsillərindən hesab etməkdədir. Bir faktı da söyləmək yerinə düşər ki, qeyd olunan Ağköynək (Ağgömlək) kəndi hər zaman Qiyasbəylilərin mülkü hesab olunmuşdur. Çox ehtimal ki, müəllifin adını çəkdiyi Bayraqdarzadələr şairənin ərinin mənsub olduğu Şıxlılar (Şıxlılar Al Qazaq kökənlidir) soyunun qohumlarındandır. Tariximizə ayrı-ayrı nəcib ailələrin, soyların öyrənilməsilə işıq tutan məşhur araşdırmaçı-yazıçı Şəmistan Nəzirli şair Rəncurun əri Şəhriyar ağanın Şıxlılar nəslindən olduğunu, gəncikən vəfat etməsini, Ağstafanın girişində məscid tikdirdiyini (ilk sovet quruculuğu illərində sökülmüşdür) söyləyir.
Firidun bəy Köçərli Şahnigar xanımın çox gənc yaşında dul qaldığını, zövcü dünyadan köçdükdən sonra bir daha evlənməməsini qeyd edir. "Azerbaycan yurd bilgisi” jurnalındakı məqaləsində Mustafa Fəxrəddin da onun bu izdivacdan Ağa adında bir oğlu da olduğunu yazmışdır. Şairə ilə bağlı son illərin uğurlu xəbərlərindən biri də Şahnigar xanımın məzarının Qiyasbəylilərin mülk kəndləri olan Ağköynək kəndində ailə məzarlığında tapılması ilə bağlıdır.
Qeyd etdik ki, əsl adı Şahnigar olan şairə şeirlərini "incik, narahat, dərdli, rəncidə” mənasını verən Rəncur, Rəncuri, Mürdə Rəncur təxəllüsləri ilə yazmışdır. Firidun bəy Köçərli onun təbinin rəvan olduğuna, əksər yazdıqlarının münacat, mərsiyə, maddeyi-tarix və dostları arasında meydana gələn əsərlərdən ibarət olduğuna baxmayaraq gözəllərin vəsfinə həsr edilmiş qəzəllər yazmadığına diqqəti çəkir.” Bunun səbəbi Şahnigar xanımın, özünün müasiri, Qarabağlı alim, fazil, şair, Nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin müridlərindən olması idi.
Şahnigar xanımın əlimizə keçən şeirlərini diqqətlə incələdikdə onun Şeyx Nigari ilə davamlı olaraq məktublaşdığı aydın olur. Çünki, Nigarinin də şeirləri arasında Rəncur xanıma cavab şəklində, yaxud da əksinə – onun özünə ünvanlanmış beytlərinə rast gəlirik.
Şairə o zamanlar Amasiyada mühacirət həyatı yaşayan Şeyx Həmzə mir Nigarini onun xas müridlərindən, "ustadi kibarım” dediyi Hacı Mahmud əfəndi vasitəsilə tanımış və ondan inabət almışdır. Bu barədə şairə özünün bir qəzəlində deyir:
Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,
Camalı haqq-nüma bir mürşidi-kamil Nigarım var.
Siyəh-ru xəstə Rəncuram əlim daməni-pakında,
Nə qəm Mahmud əfəndi tək bir ustadı-kibarım var.
Şahnigar xanım Nigari əfəndiyə qarşı qaibanə, ilahi bir məhəbbət bəsləmiş, əksər şeirlərini ona həsr etmişdir. Mənbələr Şahnigar xanımın Mir Həmzə Nigariyə bəslədiyi məhəbbəti göstərən bir hekayə də nəql edir. Bu rəvayət Qazax əhalisi arasında indiyədək eşidilməkdədir. Deyilənə görə, Şahnigar xanım Nigari həzrətlərinə qarşı ifratkar sevgisini ifadə etmək üçün ona öz əli ilə bir səccadə toxumuş, üzərinə də pirinə həsr etdiyi şeiri işləmişdir. Bu hadisəni Mirzadə Fəxrəddin belə nəql edir: "Qəlbində daşıdığı atəşi-məhəbbətin nümunəsi olmaq üzərə kəndi əliylə bir səccadə dokumuş və üzərinə kəndi zadəyi-tab’ı olan bir beyti işləmiş və cənabı-rəşadət-məabı-mürşidi-əkrəmləri hüzuruna göndərmiş, hissi-qəbulu ricasını mutazammın ədibanə bir məktub təqdim etmişdir.” Şeyx Həmzə Nigari bu hədiyyədən çox təsirlənmiş, sevinmiş, bütün ömrü boyu o səccadə üzərində namaz qılmışdır.
Vəfatından sonra isə zövcəsi Lütfiyə xanım tərəfindən Trabzonda saraylı xanımlardan birinə hədiyyə edilmiş və bu surətlə əldən çıxarılmışdır.
Səccadənin üzərinə yazılmış şeir təsbit edilməmişsə də, şeyxin təsirlənərək təşəkkür mahiyyətində cavab olaraq yazdığı beytlər hədiyyənin nə dərəcədə qiymətli ("töhfeyi – pirayə”) olduğunu göstərməyə kifayət edir:
Nigarı-nazəninim fərşi-bəzm-arayə göndərmiş,
Nigarın eyləmiş rəng-tərin şeydayə göndərmiş.
Bir də onu demək istərdik ki, Mir Həmzə Nigari Şahnigar xanım üçün yalnız mənəvi rəhbər olmaqla qalmamış, şair Rəncur üçün o, qüsursuz bir örnək timsalında sənətkar, qələm sahibi olmuşdur. Belə ki, Şahnigar xanım həm də bütövlükdə öz bədii yaradıcılığında müəlliminin ədəbi dəsti-xəttindən təsirlənmişdir. Bildiyimiz üzrə, Nigari əfəndinin misranın əvvəlində, ya sonunda poetik təkrarlarla müşayiət olunan şirinməzac şeirləri çox məşhurdur. Bu səliqəli-sığallı, ritmik şeirlər oxucunun hafizəsində silinməz bir təsir buraxar; vird və zikr məclislərində oxunan bu şeirlər, dinləyiciləri uzun müddət öz cazibəsində saxlayardı. Şahnigar xanımın da demək mümkündür ki, müasirlərində görünməyən bir tərzdə dolğun və yatımlı ahəng, zəngin zikr və vird musiqisi hopmuş belə xoş, fərəhli duyğular oyadan şeirlərinə rast gəlinir:
Ol dəm ki, bən səndən cüda, biganə mən, biganə mən,
Olsam əcəbmi, ey gözüm, divanə mən, divanə mən.
Sürdüm yüzüm dərgahına, qıldım səna Allahına,
Ərz eylədim əhvalimi sultanə mən, sultanə mən.
Hərçənd ki, qüsurluyam, mən bu dərgahın quluyam,
Acizəm, yetim Rəncuriyəm, loğmanə mən, loğmanə mən.
"Hümayi-ərş”in müəllifi Mirzadə Mustafa Fəxrəddin "Həzrəti-pir” adlandırdığı şərafətli qohumu Mir Həmzə Nigarinin həyat və yaradıcılığına həsr etdiyi mənqibə tipli "Hümayi-Ərş” adlı əsərindən Şahnigar xanımın həyatı haqqında əldə etdiyimiz məlumatlar və Rəncurun həmin qaynaqdan yeni əldə etdiyimiz bir çox şeirləri apardığımız işin məzmununu zənginləşdirib bütövləşdirməkdədir.
Böyük ehtimalla deyə bilərik ki, Rəncur İsmayıl Şıxlının "Dəli Kür” əsərində parlaq, lakin həm də faciəvi surət olan Şahnigar (Cahandar ağanın bacısı) onun öz adı ilə çıxış edən prototipidir. Onun həyatının bir çox mühüm faktları: erkən dul qalması, eyni soya yaxınlığı, Nəqşibəndi təriqətinə üzv olması, eləcə də adı (Qiyasbəylilərdən olan Rəncur Şıxlıların gəlini idisə "Dəli Kür”dəki Şahnigar obrazımız birbaşa Şıxlı soyundandır) və s. oxşarlıqlar bunu deməyə əsas verir.
Mənə məlum olduğuna görə olan müğənni Nərminə Məmmədova Qiyasbəyli "Dəli Kür” filmində Şahnigar obrazını canlandırmağa dəvət alıb çəkilişlərə başlansa da sonradan bu iş müəyyən səbəblərdən pozulmuş, baş tutmamışdır. Əgər baş tutsaydı…
Bizim ədəbiyyatımızın bilinməyən səhifələrindən biri hesab edilən şair Rəncura həsr etdiyimiz yazı burada bitir; inanırıq ki, bu mövzuda işlər yenə davam edəcək və bu axtarışların nəticəsində söz xəzinəmiz daha da dolğunlaşacaq, bu minvalla Nizami və Füzuliyə bağlanan böyük mədəni – fəlsəfi irsimiz bir az da zənginləşəcəkdir.
Minaxanım Nuriyeva T.
mustaqil.az
Rəncurun Qazax rayonu, Ağköynək qəbistanlığında məzarı
Oxşar xəbərlər
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
Xəbər lenti
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya