Ötən gün Dövlət Sərhəd Xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanov cəbhənin Qazax istiqamətində şəhid olub. Artıq məlumatı təsdiqləyən şəhidin dəfnindən çəkilən videogörüntülər də yayılıb.
Xaçmaz rayonunun yeni icra başçısı Elnur Rzayev də dəfn mərasiminə qatılıb və təsdiqləyib.
Amma təəssüflər olsun ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti hələ də susur. Babək Vəli oğlu Aslanovun hansı şəraitdə şəhid olması barədə heç bir məlumat verilmir.