Primakovun Bakıda sərgisinin keçirilməsinə deputatların REAKSİYASI

“Yəqin bunlar ümumi fikrə gəliblər ki, Primakov bizim dostumuzdur və belə bir qərar qəbul eləyiblər. Ancaq mən Primakovu dost kimi tanımamışam”.
Bu sözləri millət vəkili Elman Məmmədov “20 Yanvar” faciəsinin hazırlığında iştirak etmiş və onu planlaşdıran şəxslərdən biri olan Yevgeni Primakovun 90 illiyi münasibətilə Bakıda sərgi keçirilməsi haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib.
Deputat bildirib ki, sərginin keçirilməsinin səbəbini, buna icazə verən təşkilatlar cavablandırmalıdırlar: “Sərgi özbaşına keçirilmir. Əgər Bakıda o sərgi keçirilibsə demək ki, burada o sərgini keçirməyə məsul hər hansı bir qurum, nazirlik, Bakı Şəhər İcra Hakimiyyəti - nəticə olaraq kimsə var. Yəqin bunlar ümumi fikrə gəliblər ki, Primakov bizim dostumuzdur və belə bir qərar qəbul eləyiblər. Ancaq mən Primakovu dost kimi tanımamışam. Mən Primakovu SSRİ xüsusi xidmət orqanlarında və siyasətində həmişə müəyyən dolaşıq problemlərin içərisində görmüşəm. Əgər məndən soruşursunuzsa mən deyərdim ki, keçirilməsin, ancaq yəqin məsələhət biliblər ki, keçirilsin, keçiriblər. Bu sərginin keçirilməsinə icazə verən təşkilatlar cavab verməlidirlər ki, niyə keçirilir, keçirilməsi düzdür yoxsa səhvdir”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Y. Primakovla bağlı bir tədbiri əngəlləmək doğru olmaz və səbəbini belə izah edib:
“Yevgeni Primakov Rusiyanın baş naziri olmuş adamdır və müəyyən dərəcədə rəngli yaradıcılığı olan, hətta şeirləri olan bir şəxsdir. Ona görə də Rusiya mühitində Primakov xüsusi çəkisi olan, xarici siyasətdə Rusiyanı yönləndirən şəxslərdən biridir. Hər halda indiki Rusiya ilə münasibətlərimiz zəminində onun həyat və fəaliyyəti ilə bağlı hansısa bir tədbir keçirilməsini əngəlləməyimiz doğru olmaz. Yəni, uzaqbaşı biz burada iştitak eləmərik və ya qəbul eləmərik, mənəvi cəhətdən doğru saymarıq orada iştirak etməyi”.
Deputat Rusiya ilə heç bir danışıq aparmamalı olduğumuzu qeyd edib: “Məsələyə dərindən yanaşsaq, ona qalsa biz sovet dövründə bütün şəxslərin Azərbaycana vurduğu ziyanı çıxarıb onun fəaliyyətini qeyd etməyək. Qarabağla bağlı bugünkü Rusiya ilə heç bir danışıq aparmayaq, çünki, Qarabağın işğalı və bu gün işğal altında tutulmasında da Rusiyanın önəmli rolu var. Ona görə də biz bu məsələləri bir az keçmişin prizmasından dəyərləndirməməliyik. Yəni məncə mənəvi cəhətdən özümüz burada iştirak etməmək qərarını verə bilərik. Amma kimlərsə Primakova dəyər verirsə, onun fəaliyyətini qiymətləndirirsə bu onun özünün seçimidir və bunu etmələrini xüsusi bir problem olaraq görmək doğru deyil”.
Dİgər bir millət vəkili Aqil Abbas isə Bakıda belə bir sərginin keçirilməsini doğru addım kimi qəbul etmədiyini deyib:
“Mənə qalsa keçirilməsi doğru deyil. Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzidir, özü keçirdir mən buna bir şey deyə bilmərəm. Amma, Primakovun burada niyə sərgisi keçirilir, bilmirəm. Hər halda Primakovun Bakıda sərgisinin keçirilməsi mənim nəzərimcə doğru addım deyil”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının fikrincə sərgini keçirən təşkilat məsələyə Azərbaycan vətəndaşları tərəfdən baxmalı və bu addımı atmamalı idi:
“Mən buna müsbət münasibət bəsləmirəm. Hadisələrin içində olan şəxs kimi demək istəyirəm ki, Primakov “20 Yanvar” ssennarisinin içərisində idi və həmin faciənin törədilməsində ciddi rol oynayan şəxslərdən biridir. Onun Azərbaycanda müsbət mənada, pozitiv baxımdan yad edilməsi, sərgisinin keçirilməsinə mən müsbət yanaşmıram. İndi onu rus icması keçirirsə, hər halda rus icması hökmən Azərbaycanın vətəndaşı kimi 1990-cı ilin 20 yanvarında baş vermiş olan hadisələri göz önünə gətirməli və bu addımı atmamalı idi”.
Qeyd edək ki, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş sərgi açılıb. Sərgi Yevgeni Primakovun 90 illiyinə həsr olunub.
Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. O 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. Primakov, 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi Sənaye Ticarət Palatasının prezidenti postunda çalışıb və 2015-ci ildə vəfat edib.
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 2025 11:25
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 2025 20:00
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Vaqif çox kaprizlidir, mənim işim ona katibəlik etməkdir – Tamam Bayatlı
10 mart 2025 22:31
- Sabah yaz havası olacaq
9 mart 2025 13:21
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
9 mart 2025 10:54
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- Sabah 20 dərəcə isti olacaq
8 mart 2025 13:04
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50