Kabinetini cadu etdirən keçmiş "Azərişıq" sədrinin daha bir "sirli" əməli - FOTOFAKT + VİDEO

Bu gün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə "Qlobal-Elektro" MMC (VÖEN 4501694961) arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb.
Yeniavaz.com xəbər verir ki, "Qlobal-Elektro" MMC "Azərişıq" ASC-nin elan etdiyi tenderin qalibi olub.
Məlumat üçün bildirək ki, bu şirkət mütəmadi olaraq "Azərişıq" ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində "Azərişıq" ASC ilə 48 min manatlıq müqavilə imzalayıb. Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, "Azərişıq" cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra "Azərişıq" "Qlobal-Elektro" ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.
Qeyd olunan tarixlərdə "Azərişıq" daha bir şirkətlə "Elektrik Təchizat" MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində "Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub.
Qeyd edək ki, tender elanlarında yer alan əsas tələblər arasında şirkətlərin analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumatlar yer alır. Lakin, aydın məsələdir ki, cəmi bir ay əvvəl yaranan şirkətin nə analoji işlərdə təcrübəsi ola bilər, nə də potensial texniki və kadr imkanları ola bilər.
"Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri qeydiyyata alındıqları tarixdən bugünə kimi, yəni təxminən il yarım ərzində "Azərişıq"ın tender müsabiqələrindən 23 milyon 379 min 149 manat vəsait alıblar.
Çox qəribədir ki, cəmi il yarım ərzində 23,4 milyon manatlıq tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi, əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik həm "Qlobal-Elektro", həm də "Elektrik Təchizat" yalnız "Azərişıq"ın keçirdiyi tenderlərin qalibi olublar.
Onu da qeyd edək ki, ötən ay sosial şəbəkələrədə "Azərişıq" ASC-nin sabiq sədri Baba Rzayevin kabinetində "cadu" ritualının həyata keçirilməsinin əks olunduğu video yayılıb. Belə görünür ki, sədrinin iş otağında "cadu" ritualı həyata keçirilən idarə də "Qlobal-Elektro" və "Elektrik Təchizat" kimi "sirli" şirkətlərə 22,4 milyon manat ayrır.
Onu da xatırladaq ki, yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Azərbaycan Memarlıq və İnşaaat Universiteti iki özəl şirkətlə - "Sirus-LTD" MMC və "Star-179" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 44 min 942 manat təşkil edir. Universitet "Yumuşaq invertalın alınması" üçün "Star-179" MMC-yə 29 min 942 manat, "Digər alış və xidmətlər" üçün "Sirus-LTD" MMC-yə 15 min manat ödəyəcək.
Məsələnin maraqlı və qəribə tərəfi odur ki, hər iki şirkət cəmi 3 ay əvvəl - 22-23 iyul 2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 56, m 105/35 göstərilib. Bunlar azmış kimi hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar - Aslanov Azər Rafiq oğlu.
Ötən həftə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi açıq tenderin qalibi "System House Business Partners" MMC olub. AzTV tenderin qalibi olan şirkətə 1 milyon 980 min manat ödəyəcək. AzTV-nin elan etdiyi tenderin qalibi olan "System House Business Partners" MMC cəmi 2 ay əvvəl - avqust ayının 15-də dövlət qeydiyyatına alınıb. "System House Business Partners" MMC ilə bağlı marqalı məqamlardan biri odur ki, bu şirkət AzTV-nin elan etdiyi tenderdə sənəd qəbulunun başa çatmasına 14 gün qalmış dövlət qeydiyyatına alınıb. Bu həm də o deməkdir ki, AzTV "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı açıq tender elan etdiyi zaman Azərbaycanda "System House Business Partners" MMC adlı şirkət mövcud olmayıb. Şirkət AzTV-nin məlum tenderindən sonra yaradılıb.
Bundan başqa ötən həftə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusunun qalibi olan və ümumilikdə 20 min 877 manat vəsait ayrılan "Sunqalı" MMC, "Copy" MMC və "Langa-LTD" MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.
Bənzər vəziyyət Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında, yəni son 15-20 gün ərzində Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi olan "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC-yə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək. Bu şirkətlər də cəmi bir-neçə ay əvvəl qeydiyyata alınıb.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35