SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... (FOTOLAR)
Mədəniyyət15 oktyabr 2019 12:04
Onun apardığı xarici siyasət hamıya aydın olsa da, SSRİ rəhbərlərini tam qane etsə də, "daxili” siyasətini heç kim anlaya bilməyib. Bütün vəziyyətlərdə və hadisələrdə həmişə ehtiyat çıxış varinatı olan Andrey Qromıko öz siyasi manevrləri ilə Kreml məmurlarını təəcübləndirməyi bacarıb. Hətta Yuri Andropov kimi yaxını və uzağı görməyi bacaran siyasətçi də Qromıkonu Kreml çəkişmələrində özünə ən ciddi rəqib sayıb.
Mərkəzi Komitədə Qromıkonun əvvəlkilərdən heç də pis dövlət başçısı olmayacağı haqqında tez-tez fikirlər səsləndirilib. Amma bu fikirlərə Qromıko çox ehtiyatla yanaşıb, birincilik uğrunda mübarizəsini heç vaxt biruzə verməyib.
1982-ci ilin yanvarında Leonid İliç Brejnevdən sonra partiyada faktiki olaraq, ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslovun vəfatından sonra Qromıko xarici siyasətdən partiya rəhbərliyinə keçid etmək qərarına gəlib.
Adətən, gələcək planlarını heç kimlə bölüşməyən Qromıko nədənsə, bu dəfə Yuri Andropovla məsləhətləşmək qərarına gəlib. Təkbətək görüşdə Suslovun yerinə təyinat məsələsi müzakirə olunanda Qromıkonun istəyi Andropovun qıcığına səbəb olub. Səbəb isə aydındır. Çünki bu görüşdən əvvəl Andropovla Brejnev bu məsələni həll ediblər və Andropovun Mərkəzi Komitəyə katib gətirilməsi razılaşdırılıb.
Səhəri gün Siyasi Büronun iclasında Andropovun ikibaşlı çıxışı ilə məsələyə son qoyulub: "Mən belə düşünürəm ki, ölkə rəhbərliyində təmsil olanan şəxslərin hər biri öz sahələri ilə məşğul olmalıdırlar. Bu, daha effektli olar. Məsələn, xarici siyasət sahəsini yoldaş Qromıko kimi mükəmməl bilən ikinci bir şəxs yoxdur. Deməli o, məhz bu sahə üzrə ölkəmizə və partiyamıza daha çox xeyir verə bilər...”
Bununla da Qromıkonun Mərkəzi Komitəyə katib gətirilməsi məsələsi heç iclasın gündəliyinə də çıxarılmayıb. Andropov isə gələcək birinciliyə sahib olmaq üçün DTK-dan Mərkəzi Komitəyə uğurlu keçid edib.
Brejnevin vəfatı Qromıko üçün yeni vəzifə şansları yaratsa da, Kremldəki qruplaşmalar onun imkanlarını məhdudlaşdırıb.
Marşal Ustinov öz xatirələrində həmin ərəfə haqqında yazıb: "Biz əvvəlcə dördlükdə görüşüdük, mən, Nikolay Tixonov, Andrey Qromıko və Konstantin Çernenko. Mazkirəyə başlayanda mən hiss edirdim ki, Qromıko baş katib postuna iddialıdır. Tixonov da onu dəstəkləyirdi. Amma mən Andropovu təklif etdim. Sonda hamı mənimlə razılaşdı və biz qərarımızı qeyri-rəsmi qəbul etdik...”
Münasibətlərin soyuq olmasına baxmayaraq, Andropovun hakimiyyətə gəlməsi Qromıko üçün problemə çevrilməyib. Hətta Andropov Qromıkoya SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini təklif edib. Bu gözlənilməz təklifdən Qromıko imtina edib.
Sonralar Qromıko ikicildlik xatirələrində bu təkliflə bağlı fikirlərini belə bölüşüb: "Andropov baş katib olduqdan bir neçə gün sonra məni kabinetinə dəvət etdi. Ümumi fikir mübadiləsindən sonra o, bu dəvətin məqsədini açıqladı:
- Mən sizin xarici işlər naziri vəzifənizdə fəaliyyətinizi davam etdirməyinizi istəyirəm. Amma bununla yanaşı, sizə bir təklifim də var. Yəqin ki, Siyasi Büro da mənim bu təklifimlə yekdilliklə razılaşacaq. Belə fikirləşirəm ki, siz SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi fəaliyyətinizi davam etdirsəniz, bu, daha məqsədəuyğun və ümumi işimizə xeyirli olar.
Mən düşünmədən belə, bu təklifdən imtina etdim. Heç vaxt təəccüb hissini biruzə verməyən Andropov bu dəfə onu gizlədə bilmədi:
- Mən elə düşünürdüm ki, bu təklif sizin ürəyinizcə olacaq...
Mən Andropova beynəlxalq münasibətlərin və məsələlərin tənzimlənməsi, inkişafı üçün lazım idim. Ancaq Andropovun hakimiyyətində özümü bu vəzifədə görmək istəmirdim. Bu imtinaya baxmayaraq, tutduğum nazir vəzifəsinə başqa bir vəzifə də əlavə olundu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini...”
Andropovun vəfatından sonra Qromıkonun növbəti dəfə baş katib olmaq cəhdi də alınmayıb. Bu dəfə də Siyasi Büroda əsas söz sahiblərindən biri olan marşal Ustinov Çernenkonun namizədliyini irəli sürüb. Qromıko yenə də baş katib kabinetinə yaxın düşə bilməyib.
Qromıko üçün növbəti şans 13 aydan sonra yaranıb. Çernenko vəfat etdikdən sonra baş katib postu uğrunda açıq mübarizə başlayıb. Köhnə komandadan Qromıkoya bu vəzifəni tutmaq təklifi gələndə Qromıko mübarizəyə qoşulmayıb.
Həmin ərəfəni Qromıko sonralar belə xatırlayıb: "Mən artıq 80 yaşa doğru gedirdim. Səhhətimdə də kifayət qədər problemlər var idi. Bu vəziyyətdə birincilik uğrunda mübariə etmək ağılsızlıq olardı. Sadəcə, kənara çəkildim və düşündüm ki, Qorbaçov, Qrişin, Romanov kimi iddialılar qoy, mübarizələrini davam etdirsinlər...”
Amma bəzi versiyalara görə, Qromıko baş katib olmaq arzusundan elə-belə vaz keçməyib. Hətta Qromıko ilə Tixonov arasında bununla bağlı görüş də olub. Ancaq bu görüşdə onların sövdələşməsi baş tutmayıb, Qromıko öz ittifaqını yarada bilməyib.
Qromıkonun qızı Emilya Qromıko müsahibələrinin birində həmin günləri belə xatırlayıb: "Siyasi Büronun iclasından bir gün əvvəl biz bağda idik. Ailəliklə birgə mətbəxdə çay içirdik. Telefon zəng çaldı. Zəng vuran Mixail Qorbaçov idi. O, atamdan onunla görüşməyi xahiş etdi. Atam geyinib, şəhərə getdi. Görüşdən qayıdanda gecə saat 12-ni keçmişdi. Səhəri gün Siyasi Büronun iclası keçirildi. Atam Qorbaçovun namizədliyini irəli sürdü və Qorbaçov baş katib seçildi...”
Qorbaçov Qromıkonun təşəbbüsünü əvvəlcədən sövdələşmələrinə görə yüksək "qiymətləndirib”. Qromıko Qorbaçovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.
Sözsüz ki, hiyləgər Qorbaçovun bu "yaxşılığı” müvəqqəti olub. 3 il keçməmiş Qorbaçov Kremli köhnə komandadan tam təmizləmək üçün 1988-ci ildə 19-cu partiya konfransında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə yenidən baxılmasını təklif edib və qərara alınıb ki, dövlət başçısının yeni vəzifəsinin adı SSRİ Ali Sovetinin sədri olmalıdır və bu vəzifəni hakim partiyanın rəhbəri tutmalıdır. Bununla da Qromıko avtomatik olaraq vəzifəsindən uzaqlaşdırılıb.
Qromıko bütün vəzifələrindən azad olunduqdan sonra sonuncu müsahibələrinin birində jurnalistlərə bütün siyasi fəaliyyətində yalnız bir dəfə səhv etdiyini açıqlayıb, Qorbaçovun baş katib vəzifəsinə namizədliyini irəli sürməsini...
Qeyd edək ki, Andrey Qromıko SSRİ dövründə ən uzunömürlü, rekord həddə, 28 il xarici işlər naziri vəzifəsini daşıyıb. O, 1989-cu ildə 80 yaşında vəfat edib.
Vəfatından sonra mətbuatda onun Qızıl Meydanda dəfn olunacağı elan edilib. Amma öz vəsiyyəti və qohumlarının xahişi ilə Qromıko Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 2024 11:15
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 2024 16:37
- Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər
29 dekabr 2024 10:08
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 2024 21:11
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 2024 21:02
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
Xəbər lenti
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 10:59
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 00:03
- İlham Əliyevdən 31 Dekabr PAYLAŞIMI
30 dekabr 22:13
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37
Video & Fotoqalereya
Video
Fotoqalereya