"Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı"
Müsahibə19 sentyabr 2019 11:12
18 sentyabr tarixi Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.
Həm bəstəkar, həm jurnalist-publisist, həm də ictimai xadim kimi Azərbaycanın həyatında müstəsna rol oynayan Üzeyir bəyin çoxşaxəli fəaliyyəti bu gün də hamını heyrətləndirir.
Jurnalistika tarixi üzrə araşdırmaçı Nəsiman Yaqublu Modern.az saytına verdiyi kiçik müsahibəsində Üzeyir bəy fəaliyyətini dövrləşdirməklə yanaşı, həm də diqət mərkəzinə onun Azərbaycan milləti və Xalq Cumhuriyyətinə olan sevdasını çıxarır:
"Onun özü musiqi bəstələməklə yanaşı, həm də qəzet nəşr etdirib”
"Azərbaycanın görkəmli bəstəkarı və mütəfəkkiri, böyük fikir adamı Üzeyir Hacıbəyli təkcə musiqi sahəsində deyil, həm də jurnalistikada, Azərbaycanın ictimai həyatında böyük iş görən şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti əsasən 3 dövrə bölünür: Birinci dövr Çar Rusiyasına, ikinci dövr Azərbaycan Xalq Cumhuriyyətinə, üçüncü dövr isə Sovet dönəminə təsadüf edir.
Birinci dövrdə o, həm jurnalist, həm də bəstəkar kimi yetişib, özünü formalaşdırıb. 1908-ci ilin yanvar ayında "Leyli və Məcnun” operasının tamaşaya qoyulmasından sonra Ü.Hacıbəyli özünü bəstəkar kimi Azərbaycan cəmiyyətinə təqdim edib. Qeyd etmək istəyirəm ki, opera tamaşaya qoyulana qədər o, Qori Müəllimlər Seminariyasında təhsil alıb və bir müddət Qarabağın Hadrut kəndində müəllim işləyib. Onun ilk məqalələri 1904-ci ildən etibarən "Kaspi” qəzetində çap olunub. Qəzetin redaktoru isə Əlimərdan bəy Topçubaşov idi. Yəni, Üzeyir bəy ilk addımlarını kifayət qədər peşəkar kollektivlə atdı. Bir müddətdən sonra isə o, "Tərəqqi”, "İrşad” kimi qəzetlərlə əməkdaşlıq etməyə başladı. Daha sonra isə "Həqiqət” adlı qəzeti özü nəşr etdirdi və onun redaktoru oldu. Bundan sonra isə özünün məşhur opera və operettalarını yazdı. Onlara misal olaraq "Şah Abbas”, "Şeyx Sənan”, "Aşıq Qərib”, "Əsli və Kərəm” , "Ər və arvad”, "O olmasın bu olsun”, "Arşın mal alan” və başqalarını misal göstərmək olar. Beləliklə, yaradıcılığının ikinci dövrünə kimi, yəni AXC dövrünə qədər o, artıq məşhur bəstəkar və jurnalist kimi tanınırdı”.
"Cumhuriyyətin süqutundan sonra 18 il heç nə yaza bilmədi”
"Qeyd etməliyik ki, AXC dövründə o "Azərbaycan” qəzetinin baş reaktor əvəzi kimi də çox məhsuldar çalışıb. Qəzetin baş redaktoru Ceyhun Hacıbəyli Versal sülh konfransına gedəndən sonra o, Üzeyir bəy həm baş redaktor əvəzi, həm də parlament müxbiri kimi fəaliyyət göstərib. Parlamentdən çox maraqlı reportajlar hazırlayıb. Bunu deməkdə məqsədim odur ki, Üzeyir bəy 1920-ci ilə qədər, yəni 35 yaşına kimi çox məhsuldar işləyib, 600-dan çox məqalə və felyeton yazıb, 10-dan çox opera və operettalar bəstələyib. Amma 1920-ci ildən (yəni AXC-nin süqutundan sonra) 1937-ci ilə kimi nə bir məqalə yazıb, nə də bir musiqi bəstələyib. Yalnız 1937-ci ildən sonra "Koroğlu” operası ilə bu durğunluğa son verib. Bu fasilədə isə o, yalnız Azərbaycan xalq musiqilərini nota köçürüb, Azərbaycan muğamlarının təsnifatı ilə məşğul olub, Konservatoriyanın, Bəstəkarlar İttifaqının və dövlət xorunun inkişafı istiqamətində çalışıb.
Bunları deməkdə məqsədim odur ki, Üzeyir bəy uzun müddət Sovet rejimini qəbul etməyib, o cümlədən sovet rejimi də onu qəbul etməyib. Üzeyir bəy ruhən millətçi idi. Tənqidçi Mustafa Quliyev onun əsərlərini aşağı səviyyəli "Quba meydanı musiqiləri” adlandırıb. Fikir verin, Üzeyir bəyin bu cür gözəl musiqlərini "milli olmayan zəif bəstələr” adlandırıb.
Sovetin Üzeyir bəyə ikinci təzyiqi isə bir az fərqli idi. Belə ki, xarici bəstəkarları dəvət edir və bizim musiqiçilərimizə saymazyana münasibət göstərirdilər. Nəticədə isə çox biabırçı sonluq yaranırdı. Bir dəfə isə gülünc doğuran hadisə baş verib. Avropadan guya, nümunə olaraq gətirilən bəstəkar Qlier Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəylinin "Aşıq Qərib” operasını oğurlayaraq, onu öz adına çıxarıb. Amma o, yalnız operanın adını dəyişib "Şahsənəm” qoymuşdu və qismən də formasını dəyişmişdi. Bu hadisə o zamankı Azərbaycan elitası tərəfindən böyük rişxəndlə qarşılandı. Onlar Üzeyir bəyin qarşısını bu cür almaq istəyirdilər, amma o, bunlara tab gətirdi.
Üzeyir bəy 18 illik fasilədən sonra yenidən səhnəyə çıxdı və möhtəşəm "Koroğlu” operasını yaratdı. O qüvvələr də başa düşdülər ki, Üzeyir Hacıbəylidən kənarda Azərbaycan musiqisi yaratmaq qeyri-mümkündür. Çünki o, elə bir cığır açıb ki, ora ikinci bir şəxsin girməsi mümkün ola bilməzdi. Üzeyir bəy belə bir şəxsiyyət idi”.
Tarixçi alim daha sonra Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cumhuriyyəti sevgisindən də danışıb. Zaman-zaman bir çox qüvvələr böyük bəstəkarın şəxsiyyətinə və onun ideoloju hislərinə qəti hörmətlə yanaşmayıblar. Onu hətta bolşeviklərə yaxın bir şəxs kimi də dəyərləndiriblər. Amma Nəsiman Yaqublu bunun tam əksinə düşünür:
"Onu qeyd edək ki, Üzeyir bəy Azərbaycan Xalq Cumhuriyyətinə ürəkdən bağlı olub. Bunu onun yazılarında da açıq-aydın hiss etmək olar. Təsadüfi deyil ki, Üzeyir bəy öləndə vaxtilə əqidə dostu olmuş Məhəmməd Əmin Rəsulzadənin bu hadisəyə dair məqalə yazıb. Rəsulzadə məqalədə qeyd edirdi ki, "bu gün Üzeyir bəyin tabutunun başında Sovet komissarları növbə tutsalar da, onu heç vaxt sovetləşdirə bilmədilər. Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qaldı və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.
Onun ölümündən 2 il sonra qardaşı Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu iki insanın ölümü Azərbaycan musiqi mədəniyyəti üçün böyük itki oldu. Amma Üzeyir bəyin qoyub getdiyi musiqi irsi millətçi Azərbaycan gəncinin yetişməsi üçün böyük mənbə idi”.
"Bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına aldı”
Tarixçi alim daha sonra Məhəmməd Əmin Rəsulzadənin Üzeyir bəy haqqında yazdığı məqalədən maraqlı sitatlar gətirir. O sitatlarda bir dövrün böyük siyasi mənzərəsi var:
"Üzeyir bəy universal fəaliyyətə malik bir şəxs idi. O hələ 1907-ci ildə türkcə-rusca və rusca- türkcə siyasi, iqtisadi və hüquqi terminlər lüğəti hazırlamışdı. Həmin kitabın da redaktoru Rəsulzadə idi. Onun Xalq Cumhuriyyətinə sevgisi həddindən artıq böyük idi. Təsadüfi deyil ki, Rəsulzadə 1915-ci ildə "Yeni İqbal” qəzetinin üçüncü sayında yazırdı: "Şübhəsizdir ki, Qafqaz türklərinin sənayesini yazanlar musiqi tarixinə gələndə burada böyük bir səhifə açmalıdırlar və həmin səhifənin başına Üzeyir bəyin fotosunu qoymalıdırlar”.
Rəsulzadə daha sonra Üzeyir bəy haqqında 1952-ci ildə "Azərbaycan” jurnalının ikinci sayında yazırdı: "Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıdan bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onun bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir qisim rəsmi və siyasi vəzifələrlə onu mənimsəmişdir. Fəqət bihudə dəmir pərdənin arxasında özünə süni marşlar yazdırsa da, Moskvada süni diktatorlar tərəfindən oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgili olmayan komissarlar növbəyə dursa da, Hacıbəyli Üzeyiri Azərbaycanda azəri-türk tarixindən kimsə ayıra bilməz. O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir”.
Sonda bir neçə söz...
"Sonda bir söz deyim ki, Hacıbəylinin yaxın bir qohumu var idi Ramazan Xəlilov, onun ev muzeyində işləyirdi. Mən onunla görüşən dedi ki, vaxtilə Üzeyir Hacıbəylinin də adını güllələnə biləcək şəxslər siyahısına daxil etmişdilər. Sadəcə, onun həyat yoldaşı Məleykə xanımın bir qohumu gizli depoda işlədiyi üçün Üzeyir bəyin adını siyahıdan çıxarmışdı. Həm də Üzeyir bəy 1937-ci ildə "Koroğlu” operası ilə Moskvada Azərbaycan mədəniyyəti günlərində çıxış edərkən Stalin də onu izləmişdi. Stalin hələ Bakıda olan vaxtlarda Üzeyir bəyin adını eşitmişdi. "Koroğlu”operasından sonra isə onu ziyafətə dəvət edir və əlini Üzeyir bəyin çiyninə qoyaraq onu tərfiləyir. Yəni bu amil də onu repressiyadan xilas edir”.
Oxşar xəbərlər
- Ərəblər Biləsuvarda - Qırmızı Kitab -a düşən quşları ovlayırlar? (VİDEO)
25 yanvar 2025 00:37
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 2025 13:43
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 2025 22:50
- Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın bаnkındа nə bаş verir ?
17 yanvar 2025 16:27
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 2025 13:42
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
9 yanvar 2025 21:18
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
9 yanvar 2025 16:27
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
9 yanvar 2025 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
9 yanvar 2025 14:48
Xəbər lenti
- Daşaltı əməliyyatından 33 il ötür
26 yanvar 00:49
- Ərdoğan Xocalıya səfər edəcək
26 yanvar 00:38
- Məşhur azərbaycanlı aşpaz DƏVƏQUŞUNU belə bişirdi - VİDEO
26 yanvar 00:00
- Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı
25 yanvar 22:28
- 733 min məktəbli ABŞ-dan deportasiya oluna bilər
25 yanvar 20:48
- İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası – DTK-nın maneçiliyi
25 yanvar 20:13
- HƏMAS 477 gün əsir saxladığı 4 israilli qadını geri qaytardı
25 yanvar 19:33
- YUTUB KANALINDA YENİ VERİLİŞ
25 yanvar 13:49
- Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı
25 yanvar 13:36
- Qazi dağda ov tüfəngindən açılan atəşlə ölübmüş - Yenilənib
25 yanvar 12:53
- Azərbaycanın ordu rəhbərliyində yeni vəzifə
25 yanvar 12:11
- Ərəblər Biləsuvarda - Qırmızı Kitab -a düşən quşları ovlayırlar? (VİDEO)
25 yanvar 00:37
- Nazir İlkin Hüseynova vəzifə verdi
24 yanvar 23:17
- Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
24 yanvar 22:22
- FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb
24 yanvar 17:09
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 14:42
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 13:43
- Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
24 yanvar 13:10
- 24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş...
24 yanvar 12:06
- Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
24 yanvar 00:32
- Mərasim evlərində qiymətlər - 4 000 manata menyu
23 yanvar 23:44
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 22:50
- Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
23 yanvar 22:39
- O qadın istintaqda bütün işgəncələrə dözərək heç bir ifadə vermədi...
23 yanvar 22:19
- Kimə banan yemək olmaz?
23 yanvar 21:51
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 21:38
- YENİ nəhəng planet kəşf edildi
23 yanvar 21:30
- Türkiyə vətəndаşı: Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın qaytarın...
23 yanvar 21:18
- Universitet vergilərini vaxtında ödəməyib
23 yanvar 21:04
- Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 yanvar 20:03
Video & Fotoqalereya
Video
Fotoqalereya