Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı
Kriminal14 sentyabr 2019 14:48
Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsidir. Deyir ki, Britaniyaya köçəndən sonra biznesdə qazandıqları öz əməyinin bəhrəsidir. Hazırda onun təkcə bir şirkətə yatırımı 262 min funt sterlinq və ya 540 min manatdırdir. Az, ya çoxdur – özünüz müqayisə edin: yarım milyon manat onun babasının üst-üstə 21 illik rəsmi əmək haqqı qədərdir. İroniyaya bax ki, A. Şərifov hökumətdə bundan bir qədər çox – 23 ilə yaxın işləyib və nəhayət, ötən növbədənkənar prezident seçkilərində postunu tərk edib. Hökumətdə tikinti, nəqliyyat və rabitə sektorları üzrə sorumlu olan A.Şərifovun adı indi çoxunun yaddaşında 2015-ci ilin mayında Azadlıq prospektində tezalışan üzlüklərlə örtülən yaşayış evində baş vermiş və çoxlu sayda insanın həyatına son qoyması ilə nəticələnən yanğından bir neçə gün sonra jurnalistlərin suallarını cavablandırarkən dediyi "Alabala” sözü ilə assosiasiya olunur.
Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında yerləşən "Buta Lounge” restoranı
Mənbə: Alamy
Mənbə: Alamy
Gənc Nicatı isə 8,8 milyon əhalisi olan Londonda çox az adam tanıyır. 2011-ci ildə Londona ayaq basan Nicat növbəti il Vestminstr Universitetinə daxil olur. Bir il keçər-keçməz burada, Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında dostları ilə "Buta Lounge” restoranı açır. Müştərilərə Azərbaycan xörəkləri, xüsusilə kabablar təklif olunur. Amma bu biznes çox davam etmir. Sonra baş verənləri onun özündən öyrənmək istədik. Nicat Britaniyadakı işgüzar fəaliyyəti barədə məlumat almaq istəyimizi isti qarşıladı və Bakıdan ünvanlanan suallara cavab verməyə razılaşdı.
"Əvvəl çox çətinlik çəkirdim”
MeydanTV: Nicat bəy, siz ictimai şəxslərin övladı və ailə üzvüsünüz. Bu səbəbdən biznes fəaliyyətiniz medianın maraq dairəsindədir. Britaniyada biznes fəaliyyəti üçün istifadə etdiyiniz vəsaitin mənbəyini açıqlaya bilərsinizmi? Kiprdəki biznes fəaliyyətiniz hansı sahələri əhatə edir və bu ölkədə vətəndaşlıq əldə etmisinizmi? Azərbaycanda sahibkarlıqla məşğul olursunuzmu?
N.Mahmudov: Böyük Britaniyaya daşındıqdan sonra burada vəsaiti tam şəkildə özüm əldə etmişəm. Hüqüqi xidmətlər və informasiya texnologiyaları ilə məşğul olan şirkətlərim var. İlk əvvəl çox çətinlik çəkirdim, amma sonra işlər asanlaşdı. Britaniyada olan şirkətlərimin filialları həm də Kiprin Larnaka və Limasol şəhərlərində yerləşir. Burada vətəndaşlıq əldə etməmişəm. Azərbaycana gəlincə, orada hal-hazırda aktiv fəaliyyətim yoxdur. Kiprdə yaradılan "Waverington Trading Limited” və "Leofric İnvestments Limited” şirkətlərinin isə mənə aidiyyatı yoxdur. Hər halda təsisçisi mənimlə eyni ad-soyad daşıyan birisidir.
Abid Şərifovun nəvəsi Nicat Mahmudov
Mənbə: Meydan.TV
Mənbə: Meydan.TV
MeydanTV: İlk biznes təcrübələrinizdən olan "Buta Lounge” restoranı necə oldu?
N.M.: Buta Lounge satılıb. Xırda proyektləri böyüdüb satırıq. Avropa bankları çox əlverişli şərtlərlə kredit ayırır. "Abeona Global Limited” şirkətindən başqa, hüquq sahəsində çalışan "London Corporate Legal Limited”, İT sahəsində işləyən "Syntax İntegration Limited” şirkətlərim var.
MeydanTV: Adlarını qeyd etdiyiniz son iki şirkətin reyestr məlumatları ilə tanış oldum, adınız təsisçilər (payçılar) arasında yoxdur. Sizdə təsdiqedici rəsmi sənədlər varmı, surətini təqdim edə bilərsinizmi?
N.M.: Sənədlərdə siz sadəcə şirkətin idarəedici heyətini görə bilirsiniz. Orada payçılar görünmür. Sənədlərin sürətlərini göndərə bilmərəm. Səbəb – məxfiliyin qorunmasıdır. O bilgini sizə Britaniyanın Ali Məhkəməsindən başqa hec kim açıqlaya bilməz. Detallara dair sizi maraqlandıran kölgəli bir nöqtə varsa, hüquqşunasımla danışa bilərsiniz.
"Abeona Global Limited” şirkətini Nicat Mahmudov 2017-ci ilin yayında təsis edib. Bir il sonrakı dövrü əhatə edən maliyyə hesabatında göstərildiyinə görə, onun hesabında 259,6 min funt məbləğində vəsait var. Nicat MeydanTV-yə bu şirkətin FOREX əməliyyatları (valyutaların qiymət dəyişikliklərindən gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarı) sahəsində fəaliyyət göstərdiyini deyir. Şirkət Londonun Durueston (Durweston) küçəsindəki ikimərtəbəli 29 saylı köhnə binada yerləşir. Bura həm də Nicatın qeydiyyat yeri kimi təqdim olunur.
Çexiyada daşınmaz əmlak şirkətinin şəriki
Mahmudovların Avropadakı biznesi Birləşmiş Krallıqla məhdudlaşmır. Ötən ilin iyun ayında Təranə Abid qızı Mahmudova, Nicatın anası, Çexiyada "Olimpik Company s.r.o.” şirkətinin payçılarından və idarəedicilərindən biri olub. T. Mahmudova şirkətin kapitalında 50 faizlik payı Oktay Vəliyevdən satın alıb. Şirkəti 2007-ci ildə Azərbaycan vətəndaşı, işadamı O. Vəliyev yaradıb. Daşınmaz əmlakın, o cümlədən mənzillərin və qeyri-yaşayış sahələrinin icarəsi, lisenziya tələb olunmayan malların istehsalı və satışı ilə məşğul olan şirkətin kapitalı 200 min çex kronudur (təxminən 8,5 min ABŞ dolları). Praqada, Athenska 1528/5 ünvanında yerləşən şirkət, maliyyə hesabatına görə, ötən il vur-tut 218 min kron dövriyyə edə bilib.
Əlli yaşlı Təranə Mahmudova Bakıdakı Şamama Ələsgərova adına 5 nömrəli Klinik Doğum Evində həkim-neonatoloq işləyir. Xəstəxanada MeydanTV-yə deyiblər ki, T. Mahmudovanın işə davamiyyəti normaldır, işinin öhdəsindən gəlir və ondan heç bir narazılıq yoxdur.Amma bura T.Mahmudovanın yeganə iş yeri deyil. O, kapitalına 30 min manat yatırılan "A.N.N.N” MMC-nin direktorudur. Şirkət onun qardaşı, Azərbaycan Beynəlxalq Bankının Abşeron filialının müdiri Elçin Şərifovun Bakıda, akademik Həsən Əliyev küçəsindəki çoxmənzilli yaşayış evindəki mənzilində 2002-ci ildə qeydiyyata alınıb. Bakıdakı "Optimed” klinikası bu şirkətə məxsusdur. Klinika tarzən Hacı Məmmədov və Mirzəbala Məmmədzadə küçələrinin kəsişməsindəki yaşayış binasının birinci mərtəbəsində bir neçə yüz kvadrat metr sahədə tibbin müxtəlif sahələrində (terapiya, kardiologiya, qastroenterologiya, urologiya, kosmetologiya və s.) xidmətlər göstərir. 2017-ci ilin sonunda isə T. Mahmudovanın iştirakı ilə daha bir şirkət – "Güvən 2017” MMC yaradılıb. Şirkətin qeydiyyat yeri Mahmudovların akademik Həsən Əliyev küçəsində başqa bir binadakı mənzilidir. İki ilə yaxın vaxt keçsə də, T.Mahmudovanın rəhbərlik etdiyi bu biznes qurumunun nə işlə məşğul olduğu hələ bəlli deyil.
Metallurgiya nəhənginin Elçin Şərifov mənzlinə sığışan Bakı ofisi
Bunlar, yanvar ayında 80 illik yubileyini qeyd etməyə hazırlaşan Baş nazirin keçmiş müavininin ailə üzvlərinin biznesinin heç də hamısı deyil. Ukraynanın metallurgiya qiqantı "İnterpipe” korporasiyası 2000-ci ilin mayında Bakıda "İnterpipe-Azərbaycan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsi təsis edib. Birgə müəssisənin Azərbaycandan olan tərəfdaşının adı açıqlanmayıb. Məlum olansa budur ki, şirkət bir başqa yerdə deyil, A.Şərifovun bankir oğlunun mənzilində qeydiyyata alınıb. Ukrayna istehsalçısı görünür o zaman hökumət rəsmisinə yaxın olmaqla neft-qaz hasilatı və daşınması üçün borular, eləcə də dəmir yolu vaqonları üçün təkər və digər komplektləşdiricilərin Azərbaycandakı satışının daha rahat yoluna qoymağı hədəfləyibmiş.
Abid Şərifovun həyat yoldaşı Sədayə xanım Tam Ortaqlı "Kəpəz-S” Firmasının 3 ortağından biridir. 2001-ci ildə iki şəxsin (Yaşar Qarayev və Səkinə Talıbova) vəsaiti hesabına qurulan firmaya Şərifovlar sonradan qoşulublar. Dövlət büdcəsinə 2000 manat vergi borcu olan bu şirkətin də hansı bizneslə məşğul olması haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Onun adı həm də iri tikinti layihələrinin icraçısı olan "EVRASCON” ASC-nin səhmdarları arasında 12,15 faiz payla ön sıralardadır.
Maraqlıdır ki, Təranə və Məmməd Mahmudovlar rəsmi olaraq iki ünvanda qeydiyyatdadırlar. Başqa sözlə, seçici siyahılarına iki dəfə düşdüklərindən, onlar ümumxalq səsverməsində iki nəfərin yerinə iştirak edə, bələdiyyə seçkilərində isə Bakıda həm Yasamal, həm də Nəsimi rayonu ərazisində bələdiyyə üzvlərini seçə bilirlər. O başqa məsələdir ki, Mahmudovları ölkə vətəndaşlarının əksəriyyətindən fərqləndirən təkcə siyasi seçim imkanlarının "bolluğu” deyil.
Oxşar xəbərlər
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 2024 13:16
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 2024 18:46
- Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 noyabr 2024 17:18
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
Xəbər lenti
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
Video & Fotoqalereya
Video
Fotoqalereya