Azərbaycanda kombi istehsalı başlayır
Maraqlı29 avqust 2019 13:47
Bu gün Azərbaycanda qeyri-neft sahəsinin inkişafına böyük önəm verilir. Dövlətin bu sahəyə dəstəyi hiss edilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə bildirib ki, Azərbaycan iqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru isə 3,2 faiz artıb: "Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilib və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
Qeyd etmək lazımdır ki, biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın Dünya Bankının "Doing Business” proqramı çərçivəsində 10 ən islahatçı ölkə kimi tanınması və 32 pillə irəliyərək hazırda 25-ci yerdə qərarlaşması bunu sübut edir. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir.
Azərbaycanda biznes mühitinin inkişaf etməsi xarici sərmayədarların ölkəyə gəlməsinə və yeni müəssisələrin, yəni, iş yerlərinin açılmasına səbəb olur. Belə iş yerlərindən biri avqustun 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodunun ("Elektrogas” MMC) fəaliyyətə başlamasıdır.
"Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək. "Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir.
KOBİA tərəfindən "Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaq.
"Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə "Report”a müsahibəsində bir sıra məqamlara toxunub: "Hal-hazırda Azərbaycana Çin, Türkiyə, İran və digər ölkələrdən kombi idxal edilir. Həmin kombilərin təqribi 100 min ədədi Çinin payına düşür. Azərbaycan bazarında kombinin ən ucuz qiyməti 550 manatdır. Bizim müəssisənin istehsalı olan kombilərin satış qiyməti isə 450 manata qədərdir. Gələcəkdə bu məbləğin 400 manata qədər olacağını planlaşdırırıq. İndiyədək bazara bizim zavodun istehsalı olan 1000-dən çox kombi çıxarılıb”.
O həmçinin vurğulayıb ki, burda təkcə kombi deyil, eyni zamanda isti su qızdırıcıları, həmçinin elektrikli su qızdırıcıları da istehsal etməyi planlaşdırırıq.
E.Cəmilli əlavə edib ki, malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur: "Bütün cihazlar Standartlaşdırma İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Yerli uyğunluq sertifikatı alınıb. Həmçinin, İSO beynəlxalq keyfiyyət sertifikatı da artıq alınıb. Beynəlxalq Sertifikatlaşdırma şirkətinin nümayəndələri ölkəyə gəlib, bütün cihazları test etdikdən sonra bizə bu sertifikatı verdilər. Bizə zavodun fəaliyyətə başlamasında KOBİA dəstək göstərib. Agentliyin zavodun açılmasında, fəaliyyətə başlamasında bizdən daha çox maraqlı olduqları görünürdü. Xüsusilə də xarici investorun iştirakı onlar üçün çox önəmli olan bir hal idi. Zavodun beynəlxalq standartlar səviyyədə qurulmasında böyük dəstək oldular”.
Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin "Report”a bildirib ki, "Donyanq” İstehsalat Şirkəti 1993-cü ildə Çinin Guandong əyalətində fəaliyyətə başlayıb: "Biz Çində kombi, mətbəx, qaz avadanlığı, isti su qızdırıcıları, aspiratorları və bir çox başqa mallarn istehsalında ön sıralarda dayanırıq”.
Onun sözlərinə görə, Azərbaycan ilə ticarət əlaqələri 2005-ci ildən başlayıb: "Lakin ilk dəfədir ki, ortaq müəssisə yaratmışıq. Zavodla bağlı layihəmiz uğurlu olsa, digər layihələrdə iştirak edəcəyik. Bizim Azərbaycana gəlməyimizə stimul verən əsas hadisə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Çinə səfəri zamanı Çinli iş adamlarına etdiyi çağırış oldu. Azərbaycanda həm yerli, həm xarici sərmayədarlar üçün uyğun şərait yaradılıb. Biz bunun şahidi olduq”.
Bildirək ki, müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi əldə etdikdən sonra, 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edilir.
Bununla yanaşı, ötən il ölkə iqtisadiyyatına 8,2 mlrd dolları xarici investisiyalar olmaqla, 15,3 mlrd dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 mlrd dollar olub ki, bunun da 50%-dən çoxu xarici sərmayələrdir.
Qeyd edək ki, Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.
Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Onu da xatırladaq ki, Aİ ölkələri Azərbaycanda aparıcı xarici investorlardan biridir. 2013-cü ildə Aİ-nin ölkədəki birbaşa xarici investisiyaları 4,7 mlrd avroya çatıb. Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ölkənin ümumi ixracının 54,3%-i, ümumi idxalının isə 20,3%-i Aİ ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33 mlrd dollardan çox sərmayə yatırılıb. Azərbaycan Avopa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. Aİ-nın bu regionda ticarətinin 78%-i ölkəmizin payına düşür. Həmçinin Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün ciddi addımlar atılır. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30% artım əldə edilib.
Oxşar xəbərlər
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20 noyabr 2024 13:13
- Bakı Metropoliteni Holcim şirkətindən 1,8 milyonluq sement alacaq
18 noyabr 2024 21:26
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya