Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
Mədəniyyət25 avqust 2019 18:16

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Modern.az tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin qızı Könül Atakişiyeva (Hüseynova) haqqında məçlumatları təqdim edir.
O Könül Atakişiyeva ki, son günlər qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin ayaqda durmağı bacaran həyat yoldaşı və mətin bir xanım olaraq medianın gündəmindədir.

10 Noyabr 1953-cü il tarixində dünyaya gələn Qabil Hüseynli uzun illərdi ki, Azərbaycan mediasında politoloji təhlillər, şərhlərlə çıxış edir. O, siyasətə gələnə qədər elmlə məşğul olub. Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində işləyib.
1988-ci ildə Dağlıq Qarabağda separatizm hərəkatı yüksələndə və meydan hərəkatı başlayanda xalqa qoşularaq, milli azadlıq hərəkatında iştirak edib. Meydan hadisələrinin sıravi iştirakçısı olan Q.Hüseynli sonra siyasətə qoşulub. O dövrün ilk kütləvi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə üzv olub. AXC Məclisinə seçilərək, orada Qaçqınlar Komissiyasının sədri olub. Bundan sonra aktiv siyasi fəaliyyəti başlayıb.
Q.Hüseynli Fəzail Ağamalı ilə birlikdə ideyası ona məxsus olan Ana Vətən Partiyasının qurulması üçün təşkilat komitəsi yaradıb. Bu partiyanın yaradılması prosesində iştirak edən Q.Hüseynli sonra kənara çəkilib. O, 1992-ci ildə AXC-nin dağılması nəticəsində yaranan ilk siyasi partiyaya Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına daxil olub. AMİP-in Siyasi Şurasına üzv seçilib.
O zamanlar Q.Hüseynli həm də Azərbaycan Televiziyasında siyasi verilişin aparıcısı idi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyində AMİP-də təmsil olunmuş bir sıra şəxslərə - Elçin Əfəndiyev, Babək Hüseynoğlu, Gündüz Cəlilov, Rəsul Quliyev, Əli Əhmədov, Novruz Məmmədov və digərlərinə iqtidarda müxtəlif vəzifələr verilib. O cümlədən də Qabil Hüseynli Prezident Aparatında dövlət müşaviri vəzifəsinə təyin edilib.
Heydər Əliyevlə şəxsi münasibətləri dövlət müşaviri təyin olunmağında önəmli rol oynayan Q.Hüseynli bu vəzifədə uzun müddət qala bilməyib. Belə ki, o, 1995-ci ilin mart hadisələrindən sonra istefaya getmək haqqında ərizə yazıb.
Dövlət müşaviri postundan gedəndən sonra bir müddət Türkiyədə yaşayıb. Həmin dövrdə o, "Azadlıq” radiosunun Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərib.
Q.Hüseynli 1999-cu ildə Müsavat Partiyasının sıralarına qəbul olunub. 2011-ci ildə isə Müsavat sıralarından istefa verib.
Q.Hüseynli hazırda Azərbaycan Texniki Universitetdə fəlsəfə kafedrasında professor vəzifəsində çalışır.
Qabil Hüseynlinin bir qız, bir oğlan övladı var. Onun həm qızı, həm də oğlu musiqiçidir.

Könül Atakişiyeva (Hüseynova) Bakı şəhərində anadan olub. Musiqiyə lap kiçik yaşlarından həvəs göstərən Könül xanım 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub.
1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsində professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini bitirib. 2008-ci ilin may ayında "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
K.Atakişiyeva 2004-cü ildən Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent vəzifəsində çalışır.
2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

K.Atakişiyeva təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Fəxri fərmanı” ilə təltif olunub. O, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, 18 elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş Elmi məqalələr müsabiqəsində diploma layiq görülüb. Onun "Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə "Humay” Milli Mükafatına layiq görülüb. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.
Könül Atakişiyeva R.Şumanın "Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015) layihələrini tələbələri ilə birlikdə uğurla təqdim edib.
Könül xanım hazırda Bakı Musiqi Akademiyasında fortopiano kafedrasında dərs deyir, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Könül Atakişiyevanın mərhum pilot Rəşad Atakişiyevlə evlilikdən iki oğul övladı var: biri 3, digərinin 7 yaşındadır.

Könül Atakişiyevanın əri, polkovnik-leytenant Rəşad Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və "qara qutu”su tapılıb. Avqustun 20-də isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb. Mərhumun cənazəsi avqustun 21-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…
Oxşar xəbərlər
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
4 aprel 2025 18:47
- Bakı Metropoliteni- ndə yeni rəis
3 aprel 2025 16:26
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 2025 22:18
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
Xəbər lenti
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
Video & Fotoqalereya
Video
Fotoqalereya