- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
MTN sabiq naziri necə tutub?
Cəmiyyət17 avqust 2019 10:33
"Elton Quliyev mənim tanıdığım barmaqla sayıla biləcək qədər az olan peşəkar vəkillərdən biri, bəlkə də birincisi idi. Allah ona rəhmət etsin. Eltonda dəyər verdiyim əsas xüsusiyyətlərdən biri onun işə olan münasibəti idi. Adam saatlarla, günlərlə yazı masasından ayrılmadan işləyə bilərdi. Qibtə edirdim onun bu işgüzarlığına. "İşqolik” adamlar çoxdu, amma bununla yanaşı, Eltonun faydalı iş əmsalı da müqayisə edilməz dərəcədə yüksək idi. Adam işinə canını qoyurdu və qoydu da..”
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov mərhum vəkil dostu Elton Quliyev haqqında deyib.
O, Elton Quliyevin xahişi ilə onun xəstə olduğu dövrdə vəkil kimi bir işə qoşulduğunu və müyyən müddət müdafiə məsələsini həyata keçiridiyini bildirib:
- 7 avqust 2013-cü il tarixdə saat 19 radələrində Nicat Quliyev Novxanı qəsəbəsində yerləşən atasına məxsus bağ evindən çıxıb, həyat yoldaşının "Toyota Rav-4” markalı avtomobilini idarə edərək, yaxınliqdakı təsərrüfat malları mağazasına gedib. Onun arxasınca daxil olan tanımadığı bir neçə nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən və səbəbini izah etmədən N.Quliyevin qollarını qandallayaraq, mağazadan çıxarıb, gəldiyi avtomobilin arxa oturacağına mindirərək, həmin yerdən uzaqlaşdırıblar.
Bu şəxslər 7-8 nəfər olub. Avtomobili onlardan biri idarə edib. Daha bir nəfər avtomobilin ön sağ oturacağında, iki nəfər isə arxada Nicat Quliyevin böyründə oturub. Digər şəxslər isə başqa avtomobillərdə onların arxasınca hərəkət ediblər. Mağazadan təxminən 500 metr aralandıqdan sonra avtomobilləri yolun kənarında saxlayaraq, Nicat Quliyevi əlləri qandallı vəziyyətdə maşından düşürüblər. Ona bildirilib ki, avtomobilə baxış keçiriləcək. Nicat Quliyev vəkilinin dəvət olunmasını tələb edərək, istənilən tədbirdə məhz vəkili ilə iştirak edəcəyini bildirib.
O, yay vaxtı Novxanı bağ massivinə gedən yolun üstündə, avtomobillərin intensiv hərəkətdə olduğu yerdə əli qandallı vəziyyətdə nümayiş etdirilməsinə etiraz edərək, qandalların açılmasını tələb etsə də, buna məhəl qoyulmayıb. Onu bu vəziyyətdə avtomobildən 6-7 metr arxada saxlayaraq maşının yük yerində və salonunda axtarış aparılıb. Bu hərəkətin keçirilməsinə səlahiyyət verən heç bir sənəd Nicat Quliyevə göstərilməyib.
Axtarışı onu saxlayan şəxslərdən biri aparıb. Nicat Quliyev bu tədbirin keçirilməsində iştirak etmədiyi üçün onun necə keçirilməsini görməyib. Bu tədbirin nəticələri ona bildirilməyib, tərtib edilən protokol da təqdim olunmayıb. O, avtomobildən tapança "tapıldığını” sonradan müstəntiqdən eşidib.
Tapançanı qoyub-götürmə əməliyyatı başa çatdırıldıqdan sonra Nicat Quliyevi yenə avtomobilin arxa oturacağına əyləşdirib Milli Təhlükəsizlik Nazirliyinin (MTN) inzibati binasına aparıblar. Yaşadığı bağ evinin bir neçə yüz metrliyindən keçmələrinə baxmayaraq, ona ev paltarlarını dəyişməyə, yolunu gözləyən ailə üzvlərini məlumatlandırmağa, ayağına corab geyinməyə belə imkan verilməyb.
Bundan 4-5 saat sonra 23.30 radələrində MTN-in 20-dən çox əməkdaşı Nicat Quliyevin yaşadığı bağ evinə gəliblər. Evdə yalnız həyat yoldaşının və azyaşlı qız uşaqlarının olduğunu bilə-bilə, divarın üstündən aşaraq həyətə daxil olublar. Həyat yoldaşı Vüsalə Axundzadə darvazalarının qarşısında səs-küy olduğunu eşidən kimi evdən çıxıb qapıya yaxınlaşaraq, kimlərin olduğunu soruşmadan qapını açıb. Qapını açdığı anda bir-birinin ardınca darvazanın üstündən həyətə tullanan maskalı və silahlı şəxsləri görüb bərk qorxub, qarşısındakı adamlardan nə baş verdiyini soruşub.
Həyətə qapıdan və hasarın üstündən daxil olan, əksəriyyəti maskalı və silahlı olan şəxslər həyətin hər tərəfinə səpələndiklərindən Vüsalə Axundzadə onları sayını müəyyən edə bilməyib. Yalnız qardaşı və bacısı onlara gələndən sonra onların sözlərindən bilib ki, həyətə 20-dən çox silahlı və mülki geyimli şəxs daxil olub. Bu şəxslərdən biri Vüsalə Axundzadəyə özünü müstəntiq kimi təqdim edərək, mənzilə daxil olub axtarış keçirəcəklərini bildirdikdə, Nicat Quliyevin həyat yoldaşı evin içinə məhdud sayda adam buraxacağını deyib və yalnız 4 nəfəri evə buraxıb. Nicat Quliyev MTN əməkdaşlarının sərəncamında olsa da, onun evdə aparılan axtarışda iştirakı təmin edilməyib...
Gecə saat 23.30-dan səhər saat 7-ə qədər axtarış aparılıb. Axtarışın aparılması haqqında məhkəmə qərarı olmayıb. Axtarış aparılmazdan əvvəl Nicat Quliyevin ailə üzvlərinin mobil telefonları alınıb və onlara evdən çıxmaq qadağan edilib. Nəyin axtarılması izah edilmədən evdən həm Nicat Quliyevə, həm də onun ailə üzvlərinə, o cümlədən 17 və 13 yaşlı qızlarına məxsus sənədlər, kompüterlər, şəxsi həyata aid fotoşəkillər və videokassetlər, dəmir seyf və 8000 avro məbləğində pul götürülərək aparılıb.
Axtarış protokolunda sadalananlardan başqa guya bağ evinin həyətindən 3 ədəd avtomat silah və 3 ədəd sandıqçası, 3 ədəd tapança və 3 ədəd sandıqçası, 5 ədəd qumbara alışdırıcı ilə birlikdə 5 ədəd "F-1” tipli əl qumbarasının gövdəsi, 26 ədəd avtomat patronu, 27 ədəd tapança patronu aşkar edildiyi və götürüldüyü göstərilib.
Vüsalə Axundzadə həyətdə aparılan axtarışda iştirak etmədiyindən bağ evində və həyətində heç vaxt silah olmadığından, silahın guya aşkar edildiyi yardımçı otaqda hovuz ləvazimatlarını yerləşdirmək üçün özünün iki gün əvvəl təmizlik işləri apardığını və ümumiyyətlə, ailə üzvlərinin heç birinin silah saxlamadıqlarını bildirərək, protokola yazılanların iftira olduğunu qeyd edib.
Bağ evində də silahların qoyulub götürülmə prosesi qurtardıqdan sonra 8 avqust 2013-cü ildə səhər saat 7.30-dan 8.55-dək Nicat Quliyevin qeydiyyatda olduğu Adil İsgəndərov küçəsi- 1, mənzil 8/17 ünvanda axtarış aparılıb. Həmin mənzildə təmir hələ tam başa çatdırılmadığından və mənzil boş olduğundan ora silah-sursat atılmayıb.
Bağ evində və mənzildə axtarışlar da qanunsuz aparılıb. Axtarışların hüquqi əsası kimi müstəntiqin 7 avqust 2013-cü il tarixli qərarları təqdim edilib. Bu qərarların özü qanuni hesab edilə bilməz. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyasını yerinə yetirən məhkəməyə göndərilən rəsmi məlumatlarda axtarışların mücərrəd şəkildə "təxirəsalınmaz hal yarandığı üçün aparıldığı” göstərilsə də, əslində, belə hal mövcud olmayıb.
Saxlanıldıqdan bir neçə saat sonra nəhayət, Nicat Quliyev müstəntiqin xidməti otağına gətirilib. Müstəntiq tərəfindən həmin gün saat 22.55-də şübhəli şəxs qismində tutulub. Bu vaxta qədər o, 4 saat ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilib. Müstəntiq tutmanın səbəbini izah edərkən Nicat Quliyevə məlum olub ki, onun həmin gün ilk dəfə idarə etdiyi avtomobildən tapança "tapılıb”. O, avtomaşında tapança olmadığını, tapançanın onu saxlayan şəxslərin özləri tərəfindən qoyularaq götürüldüyünü bildirib, bu qanunsuzluğa etiraz edib və ifadə verməkdən imtina edib. O, müstəntiqdən öz istədiyi vəkillə təmin olunmasını tələb edib. Lakin onun bu qanuni tələbinə də məhəl qoyulmayıb. Əvəzində müstəntiq cinayət prosessual qanunun aydın və konkret tələblərini pozaraq, müdafiəçi qismində özünün münasib bildiyi vəkili dəvət edib. Nicat Quliyev ona iradəsi əleyhinə təyin edilən vəkilin xidmətlərindən imtina edib. Bununla belə o, yenə də öz müdafiəçisi ilə təmin olunmayıb və sonrakı istintaq hərəkətləri, o cümlədən onun şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələrinin izah edilməsi, şübhəli şəxs kimi dindirilməsi cəhdi və sair müdafiə hüququ pozulmaqla həyata keçirilib.
8 avqustda ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilib. MTN-nin versiyasına görə, Nicat Quliyev ona görə təqsirli bilinib və həbs olunub ki, «istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah sayılan istifadəyə yararlı 2 (iki) ədəd 5,45 mm çaplı «2455701» və «3253751» nömrəli «AK-74» konstruksiyalı, 1 (bir) ədəd 7,62 mm çaplı «PK 5331» nömrəli «AK-47» konstruksiyalı avtomatik tüfəngləri, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 3 (üç) ədəd sandıqçanı, təyinatı kustar üsulla dəyişdirilmiş odlu silah sayılan istifadəyə yararlı 4 (dörd) ədəd 9 mm çaplı «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli «Makarov MP 371» modelli tapançaları, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 4 (dörd) ədəd sandıqçanı, döyüş sursatı sayılan istifadəyə yararlı 6 (altı) ədəd «F-1» tipli qəlpəli əl qumbarasının gövdəsini, 6 (altı) ədəd qumbara alışdırıcı ilə birlikdə, 26 (iyirmi altı) ədəd 5,45 mm çaplı avtomat patronunu və 35 (otuz beş) ədəd 9 mm çaplı tapança patronunu qanunsuz olaraq əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır.
davamı olacaq
P.S. Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.
Belə ki, N. Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
O dəfələrlə vaxtından əvvəl azadlığa çıxmaq üçün vəsatət qaldırsa, məhkəmələr onun bu vəsatətini qəbul etməyib.
N.Quliyev onun barəsində seçilən 3 il müddəti bitdikdən sonra azadlığa çıxıb.
N.Quliyev 1993-1995-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.
N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
Oxşar xəbərlər
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 2024 21:02
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 2024 23:22
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
Xəbər lenti
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya