Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə
Dünya6 avqust 2019 16:45

Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:
"İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!”.
Dekanın bu paylaşımından sonra "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də problemin ciddiliyini vurğulayıb. R. Məcid bunları qeyd edib:
"Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızının həyəcan təbilini xatırladan baş redaktor fikirlərinə bunları da əlavə edib:
"Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. Universitetlər də belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.
Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.
Qarşıdan Qurban bayramının yaxınlaşdığını qeyd edən baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:
"Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O "qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz! Qurbanlarınız mübarək!”.
Deputat Fazil Mustafa da sözügedən mövzu ilə əlaqədar çağırışlara qoşulub. O, təhsil kreditlərinin verilməsi məsələsini xüsusi vurğulayıb:
"Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
Mövzunun aktuallığını nəzərə alaraq, təhsil haqqını ödəyə bilməyən aztəminatlı tələbələrə kredit verilməsini təmin edən "Maarifçi Tələbə Kredit” Fondu ilə əlaqə saxladıq. Fonddan verilən məlumata görə, kredit imkanlarından istifadə edəcək tələbə auditoriyasının daha da genişləndirilməsi üçün yeni qaydalar hazırlanır. Hətta yeni konsepsiyanın bu tədris ilində açıqlanacağı bildirilib. O da diqqətə çatdırılıb ki, fond bu vaxtadək 15 universitetlə əməkdaşlıq etmiş və həmin universitetlər tərəfindən müraciət edən tələbələrlə ümumilikdə 247 təhsil krediti müqaviləsi imzalanıb.
Tələbələrin təhsil haqqı çətinliyi barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin təhsil aldığını xatırladıb. O vurğulayıb ki, tələbələrin 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:
"Bu isə o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Hesab edirəm ki, Maliyyə Nazirliyi tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün konkret iş yerlərinin açılması təklifləri verməlidir. Belə ki, Konstitusiyaya görə, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir.
Dünya təcrübəsinə baxaq. ABŞ-da tələbələr verilən kreditləri heç ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, mən o kredit verdiyim tələbəni işlə təmin edə bilməmişəm. Bizdə deyəsən, 165 min tələbədən 200 nəfərinə kredit verilməsini böyük rəqəm kimi görürlər. Hazırda təxmini 200 tələbəyə "Maarifçi Tələbə Kredit” Fondu güzəştli şərtlərlə kredit verib ki, buna etiraz etmək deyil, haqqında danışmaq belə gülüncdür. Məsələn, statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, I-II kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Yaxşı olar ki, hər hansı bir kreditlə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir”.
Ekspert ali təhsil müəssisələrini bitirənlərin işlə təmin olunması məsələsinə də toxunub. O vurğulayıb ki, hazırda ali məktəb məzunlarının cəmi 42 faizi işlə təmin olunur:
"Bunun üzərində işləmək lazımdır. Bəzi hallarda krediti alanlar geri qaytarmayacaqlar. Tələbələrə krediti dövlət vermir, universitetlər verir. "Maarifçi Tələbə Kredit” Fondu özü pul vermir, bunu verən o fonda üzv olan universitetlərdir. Yəni, Azərbaycanda hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan cüzi kredit isə "Maarifçi Tələbə Kredit”inindir. Bu fond da özəldir, büdcəsi yoxdur.
Dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olanlar və hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da kredit deyil”.
Özəl bankların da istehlak krediti formatında tələbələrə kredit verdiyini söyləyən K. Əsədov onların sadəcə reklam və müştəri cəlb etmə niyyətli olduğunu bildirib:
"Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Qardaş Türkiyədə tələbələrə verilən "yaşıl kart” vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir.
Bir neçə il əvvəl "Tələbə kartı” adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Həmçinin, bu cür addımlar atanda regionlarda təhsil alan tələbələri heç nəzərə almırlar. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Layihələrin təkcə Bakıda universitet tələbələrinə şamil edilməsi belə çatışmazlıqdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım sayılar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Hesab edirəm, tələbələrlə bağlı bütünlüklə, Naxçıvan, Qazax, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir”.
Oxşar xəbərlər
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 2025 10:37
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
8 aprel 2025 12:19
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- V kurs tələbəsi dəm qazından boğulub
6 aprel 2025 20:47
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya