Gömrükdə 32 minlik mal üçün 14 min "rüsum" tələb olunur
İdman20 iyul 2019 10:10
Sahibkarlar "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qanunlara məhəl qoymadığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Yenicag.az-a müraciət edən Qazax rayon sakinləri Nağıyev Sənan Hüseyn oğlu və onun etibarnamə ilə təsdiqlənmiş nümayəndəsi Vəliyev Rüstəm Oruc oğlu Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin onların sahibkarlıq fəaliyyətinə maneə yaratdığını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, Vüsal Nuriyev onların tam qanuni şəkildə ölkə ərazisinə gətirdikləri mobil telefonlara özünəməxsus qaydada "həbs qoyub”:
"Sənan Nağıyev satış məqsədilə ölkəyə 200 ədəd ümumi dəyəri 32 min 110 ABŞ dolları olan mobil telefon gətirib və gömrük əməkdaşları həmin cihazları 11905110501407 nömrəli saxlanca götürsələr də, bunu heç bir möhürlə təsdiq olunmayan akt əsasında həyata keçiriblər.
Saxlanca götürülmüş telefonların rəsmi qeydiyyata salınması üçün çətinliklə "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qəbuluna yazıldıq. Onun qəbuluna yalnız ikimizdən birinin düşə biləcəyi şərti qoyuldu. Buna görə də 23 may 2019-cu il tarixli etibarnamə əsasında rəisin qəbuluna Rüstəm Vəliyev getdi.
Vüsal Nuriyev qəbul zamanı Rüstəm Vəliyevlə qeyri-etik davranaraq, dövlətə məxsus xidməti kabinetdə stula əyləşmək üçün mütləq ondan icazə almalı olduğunu kobud və yekəxana tərzdə bildirib.
O, edilmiş müraciəti qanunvericiliyə uyğun şəkildə cavablandırmadı və mənim tərəfimdən söhbətimizin gizli yazılışının aparıldığını iddia etdi. Mən isə texniki yoxlamaya hazır olduğumu bildirsəm də, qanuni prosedurlar və tələblər barədə verdiyim suallara heç bir cavab ala bilmədim.
24.05.2019-cu il tarixdə isə malların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmi ərizə ilə müraciət etdik. Ərizə 26/N1/004898 nömrəsi ilə qeydiyyata alınaraq, rəsmiləşdirilməsi üçün Vüsal Nuriyevə həvalə edildi”.
Şikayətçilər əlavə ediblər ki, Vüsal Nuriyev Qərb Ərazi Baş Gömrük İdarəsinin təqdimatından sonra da onların məsələsini həll etməyib:
"27.05.2019-cu il tarixdə Vüsal Nuriyevin qəbuluna düşə bildik. Vüsal Nuriyev telefonla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Cəbrayıl adlı şəxslə telefonla danışandan sonra bizə dedi ki, telefonlar aktda göstərilmiş məbləğ üzrə deyil, real bazar qiyməti əsasında qiymətləndiriləcək. Bundan sonra həmin məbləğin 36 faizini ödəyərək, telefonları təhvil ala bilərsiniz.
Telefonların dəyərini real bazar qiyməti ilə hesabladıqda isə onun tələb etdiyi həmin 36 faizlik məbləğ minimum 14 min ABŞ dolları edir. Biz isə həmin vəsaiti ödəmək imkanımızın olmadığını bildirərək, telefonların Gömrük Məcəlləsinə uyğun olaraq, gətirdiyimiz ölkəyə geri göndərilməsini Vüsal Nuriyevdən xahiş etdik.
Biz bu xahişimizin qanuni əsasının olduğunu bildirsək də, o, cavabında "bir daha bu məsələ ilə bağlı məni narahat etməyin”, deyərək, çevrilib getdi. Vüsal Nuriyev həmçinin bizim qanuni haqqımız olan müraciət etmək hüququmuzu da məhdudlaşdırdı. Bütün bunlar müşahidə kameralarında əks olunub”.
Şikayətçilərin sözlərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin "qaynar xətt”inə də məlumat veriblər. Onların Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdləri isə nəticəsiz qalıb.
Vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyinə müraciət etməkdə görən şikayətçilər Azərbaycana gətirdikləri və 11905110501407 nömrəli saxlanca götürülməsinə dair Aktda qeyd olunmuş məhsulların alındığı ölkəyə geri göndərilməsinə yardım göstərilməsini xahiş edirlər.
Oxşar xəbərlər
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya



