Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü” - “Sənin işinin adı nədir?”
Şəkidə Xan sarayının həyətindəki 500 illik çinarın budağının qırılması və ağacın altında qalan turistlər… Bu faciə təbiət hadisəsidir, gözlənilməz və qaçılmazdır. Hər gün dünyada onlarla belə hadisə baş verir. Eləcə də Azərbaycanda, Bakının özündə külək tez-tez ağacları aşırır, budaqlarını qırır, altında maşınlar qalır, əzilənlər olur.
Oxuyuram ki, bu ağacın budanması üçün qoruq məsələ qaldırıb, bələdiyyə məsələ qaldırıb, icra məsələ qaldırıb, amma o bunun üstünə, bu onun üstünə atıb və nəticə…
Mənim toxunmaq istədiyim məsələ başqadır. Ağacın altında qalanların ağır vəziyyətdə olanları dərhal Bakıya gətirildi. Yaralananlardan biri Gəncə sakini 32 yaşlı müəllimə ayağında bir neçə sınıqla Şəki şəhər xəstəxanasına qaldırıldı. Və ağrılardan şoka düşərək iki gün sonra vəfat etdi. O boyda xəstəxanada bu gənc müəlliməni şokdan çıxara biləcək həkimlər yox idimi?! Yox idisə, niyə bura – Bakıya götürülmədi?
Tovuzda bir xanımı ilan sancır, o boyda rayonda ilana qarşı zərdab tapılmır. Gətirirlər Gəncəyə, Gəncədə də zərdab tapılmır. Üz tuturlar Mingəçevirə və xanım yolda həyatını itirir. Bu zərdab nədir ki,Tovuzda, eləcə də Gəncə kimi böyük şəhərdə tapılmır. Səhiyyə Nazirliyi bu zərdabı neyləyir? Özləri üçün saxlayırlar?!
Yenə rayonların birində bir qadını quduz it tutur. Rayonda buna qarşı vaksin tapılmır. Onu da gərək ki, Mingəçevirə gətirmək istəyiblər, ya da deyəsən Gəncəyə, orda da çarə tapılmır, Bakıya gətirəsi olurlar, yolda ölür.
On aylıq körpəni adi bir xəstəlikdən Ağdaşda müalicə edə bilmirlər, göndərirlər Mingəçevirə. Mingəçevirdə də dərdinə əlac edə bilmirlər, məsləhət bilirlər Bakıya aparsınlar, amma Ambulans tapılmır. Deyirlər Ambulansı Ağdaş verməlidi. Hətta polis, prokurorluq işə qarışır, yenə də Ambulans ala bilmirlər. Uşaq atasının qollarında uçur cənnətə. O uşağı xilas etmək üçün Ambulans əsirgəyənlərin cəhənnəmdə qır qazanında yandırılacağına da inanmıram. Çünki cənnət-cəhənnəm söhbətləri uydurmalardır. Cənnət də bu dünyadı, cəhənnəm də. O uşağa Ambulans verməyənlər bu dünyada cənnətdə yaşayırlar və körpə balamıza və balalarımıza cəhənnəm əzabı yaşadırlar. Oxudum ki, həmin həkimləri işdən kənarlaşdırıblar. Nə olsun? O körpə həyata qayıdacaqmı?
Gərək polis o Ambulans verməyənlərin gedib elə gecənin o vaxtında qulağından yapışaydı. Buna da qanun yol vermir. Düşəcəkdilər polisin üstünə, amma polis belə şeylərdən qorxmasın. Bəzən elə belə qanunları tapdamaq lazımdı. Ortada bir insan həyatı var.
Yeri gəlmişkən, mətbuatda oxudum ki, Yol polisi qəzada ağır yaralanan bir gənci məşhur «Semaşko» xəstəxanasına gətirir, amma xəstəxana yaralının ağır vəziyyətdə olduğunu deyib qəbul etmir. Məcbur olub başqa bir xəstəxanaya aparır, həmin xəstəxana da məlum səbəbdən qəbul etmir. Məcbur olub üçüncü xəstəxanaya aparır, nəhayət, qəbul edirlər. Qan lazım olur və həmin polis özü qan verir və yaralının həyatı xilas olur. Həmin polisi min yaşasın. Qəbul etməyən həkimlər haqda bu sözü deyə bilmərəm.
Sən necə bir xəstəxanasan ki, yaralını qəbul etmirsən?
Daha sonra oxuyuram ki, 8 yaşlı bir körpə də həkimlərin günahından və səhlənkarlığından bu gözəlim dünyadan məhrum olub.
Sağ ayaq yerinə sol ayağı kəsənlər, doğuş vaxtı ana və uşaq ölümləri və sair və ilaxır, çoxlu fakt göstərə bilərəm. Ehtiyac yoxdu, hər gün qəzetlərdə, saytlarda, ya da sosial şəbəkələrdə oxuyuram.
Məsələ nədi? Niyə xəstələnənlər, ya yararlananlar və sair və ilaxır hamısı Bakıya qaçırdılır? Bəs, rayonlarda tikilmiş eşşək boyda xəstəxanalar və Diaqnostika mərkəzləri kimə və nəyə lazımdı? Dövlət milyonlarla xərc çəkib demək olar ki, bütün rayonlarda Avropa standartlarına cavab verən xəstəxanalar tikib və Avropa standartlarına cavab verən tibbi-texniki ləvazimatlarla təmin edib.
İkicə fakt deyim, bəsdi. Professor Rəşad Mahmudov həm Lənkərandakı, həm də Horadizdəki Mərkəzi xəstəxanalarda açıq ürək cərrahiyyə əməliyyatı aparıb. Bu o deməkdir ki, deməli, rayonlarımızda dövlət bu şəraiti yaradıb. Bəs, niyə Bakıya qaçırlar?
Rayonlardakı xəstəxanalarda əvvəla, həkim personalı çatışmır. Mənim deputat olduğum bölgədə, yəni Füzulidə gərək ki, 150 həkimə ehtiyac var, Ağcabədidə 87 və mənim Ağdamımda 100-dən çox. Təkcə bu il Tibb Universitetini gərək ki, 1400 nəfər bitirib. Hələ xaricdə təhsil alıb gələnləri demirəm. Onların çoxu Bakıda iş axtarır və həm də işsizdi. Niyə onlara həmin və digər rayonlara təyinat verilmir? Səhiyyə Nazirliyi nə ilə məşğuldur?! Demirəm onlar gedib dağı dağ üstə qoyacaqlar, amma hər halda kiməsə yardım edə biləcəklər.
Bir əzizimi Ankaraya xəstəxanaya aparmışdım, həkimlə də əvvəlcədən danışılmışdı. Xəstəxananın dəhlizində oturub növbəmizi gözləyirdik, müəyyən sənədləşmə gedirdi. Mən də, qarabağlılar demişkən, ala itdən məşhuram, bir də gördüm ki, altı-yeddi gənc yığışdı başıma. Məlum oldu ki, həmin xəstəxanada çalışan 25-30 yaşlarında gənclərdi və azərbaycanlılardı. Dedilər ki, məllim, siz əziyyət çəkməyin, biz sənədləşməni edərik. Biri ora qaçır, biri bura qaçır . Nə isə, sənədləşməni həll etdilər . Bizi qəbul edən həkimlə həmin gənclərlə bağlı söhbət etdim. Məlum oldu ki, bu gənclər həmin həkimin rəhbərliyi ilə hətta ürək əməliyyatlarını həyata keçirirlər. Sonra həmin gənclərlə görüşdüm. Dedim ki, sizə qurban olum, niyə Azərbaycana qayıtmırsız, axı sizlərə böyük ehtiyacımız var. Cavabları bilirsiz nə oldu? Biz burda 4-5 min dollar maaş alırıq. Qayıdaq Azərbaycana 300 manata işləyək, gözümüz xəstənin qohumlarının əlində qalsın? Hörmətli səhiyyə nazirimiz heç bu gənclərlə maraqlanıbmı?!
Oxuyuram, həm də bilirəm, Azərbaycan Tibb Universiteti həqiqətən çox gözəl həkimlər hazırlayır. Artıq bu universitetə qəbul olunanlar keçmişdə olduğu kimi, pulla deyil, öz qabiliyyətləri və savadları ilə qəbul olunurlar. Universitetdə də Əhliman müəllimin, həm də onun yerinə təyin olunan Gəray müəllimin səyi nəticəsində normal bilik alırlar. İçlərində çox istedadlı uşaqlar var. Niyə bu uşaqlar təcrübə keçən zaman demirəm Almaniyaya, cəhənnəm, heç olmasa Türkiyəyə, Gürcüstana və İrana göndərilmirlər? Baxıram, Türkiyədən , İrandan bura uzman həkimlər gəlir. Televiziyalar onları reklam edir, mətbuat reklam edir, ədə, qoyma filan həkim Tetrasiklinlə müalicə oluna biləcək hansısa bir xəstəliyi tədave edəcək.
Həqiqətən, Türkiyədə, İranda, eləcə də dost Gürcüstanda uzmanları bilirik. Əvvəla, həmin uzmanları dəvət edirsizsə, birinci gəlsinlər gənc həkimlərimizə öz bildiklərini öyrətsinlər. İkincisi, biz niyə qeyd etdiyim kimi universitetimizi yüksək biliklə bitirən gənclərimizi təcrübə üçün Türkiyə və İrana göndərməyək? Buna maddi vəsait lazımdı, Allaha şükür, Azərbaycanda da pul mal tırığı kimi, getsinlər öyrənsinlər və qayıtsınlar.
İkincisi də, Türkiyədə və ya İranda özlərini uzman doktor kimi göstərənlər Azərbaycanda kef edirlər. Ay Səhiyyə Nazirliyi, bunlara kim imkan verib ki, Azərbaycanda gəlib xar vurub xarman sovursunlar?!
Qayıdaq xəstələrin Bakıya qaçırılma məsələsinə. Deməli, dövlət Səhiyyə Nazirliyinə milyon yox ey, milyardlarla vəsait xərcləyir. Hər regionda yox ey, hər rayonda Avropa standartlarına cavab verən xəstəxanalar tikilib. Hər cür ləvazimatla , yuxarıda qeyd etdiyim kimi, təmin olunub. Bəs, elə isə insanlar niyə Bakıya qaçırlar? Deməli, rayonlardakı həkimlərə inanmırlar. Bəs, niyə inanmırlar? Səhiyyə naziri Oqtay Şirəliyev və Səhiyyə Nazirliyi bu barədə fikirləşibrmi?
Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait az qala müdafiə xərclərinə ayrılan vəsaitə bir az yaxındı. Səhiyyə Nazirliyi bu vəsaiti hara xərcləyir?! Bunu da qoyduq bir kənara.
Keçək məsələnin başqa bir tərəfinə. Tez-tez mətbuatda oxuyuruq, hansısa tanınmış bir şəxs, sənət adamı, elm adamı, ya hərbçi Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vəsaiti hesabına hansısa xarici bir ölkəyə müalicəyə göndərilir. Eləcə də bu sahədə bəzi məsələləri Möhtərəm Prezidentimiz İlham Əliyev nəzarətinə götürür. Və nə qədər insanlar Möhtərəm Prezidentimizin və vitse-prezidentimiz Mehriban xanımın köməyi ilə həyata qayıdır. Niyə bu məsələlərlə Möhtərəm Prezidentimiz İlham Əliyev, eləcə də 1-ci vitse-prezident Mehriban xanım Əliyeva məşğul olmalıdır? Bəs, onda Səhiyyə Nazirliyi kimə və nəyə lazımdı?
Yeri gəlmişkən, bir nəfər hərbçi ağır yaralanmışdı. Bakıda müalicə edə bilmirdilər, Türkiyəyə göndərilməliydi. Amma göndərmirdilər. İctimaiyyət ayağa qalxdı, mətbuat ayağa qalxdı, bundan xəbər tutan dövlət başçısı işə qarışdı və çürüməkdə olan həmin sumqayıtlı gənc Türkiyəyə göndəriləsi oldu. Amma heç Aeroporta çatdırıla bilmədi, öldü. Əgər hərbçilərimizi Bakıdakı Hərbi qospitalımız müalicə edə bilməyib Türkiyəyə göndərəcəksə , nəyə lazımdı? Mənə sərt cavab verə bilərlər. Təbii ki, həmin qospital yüzlərlə hərbçini ölümün pəncəsindən alır. Bəs, o gənci niyə ala bilmədi? Qospitalla bağlı ayrı bir yazımız olacaq.
Bir daha soruşuruq, Səhiyyə Nazirliyinin və ya naziri Oqtay Şirəliyevin vəzifəsini Möhtərəm Prezident və ya hörmətli 1-ci vitse prezident yerinə yetirəcəksə, hamımızın sevimlisi Yalçın Rzazadənin müalicəsi üçün Türkiyəyə göndərəcəksə, onda hörmətli Oqtay Şirəliyevin işinin adı nədi? Hansısa bir jurnalisti, xəstəxanalardakı rüşvətxorluğa etiraz əlaməti olaraq üsyan etdiyinə görə, məhkəməyə verməkmi? Özü də anasının ölümünün üçündə.
Görün hökumət Səhiyyə Nazirliyinə etibarını nə qədər itiribsə «Təbib» publik bir şirkət yaradıb və 2020-ci ilin yanvarın 1-dən xəstəxanalar Səhiyyə Nazirliyindən alınaraq «Təbib»ə veriləcək.
Bir «Azəravtonəqliyyat» deyilən nazirlik yaradılmışdı. Nəqliyyatla bağlı bütün nə varsa ona həvalə edilmişdi. Amma dəniz nəqliyyatı və hava nəqliyyatı ona tabe edilsə də, onlar bunu qəbul etmədilər, heç iclaslarına da getmədilər. Sonra gördülər ki, «Azəravtonəqliyyat» Nazirliyi bu işin öhdəsindən gələ bilmir, ona tabe olan təşkilatları bir-bir ayırıb müstəqil qurum halına gətirdilər. Və ən nəhayət, həmin nazirlik ləğv edildi.
Belə getsə yəqin ki, Səhiyyə Nazirliyi də ləğv olunacaq, onun tabeliyində olan qurumlar müstəqil təşkilat olacaq və Oqtay Şirəliyev daha səhiyyə nazirinin maaşını ala bilməyəcək.
Aqil Abbas
Millət vəkili
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
3 yanvar 2025 23:27
- Aliment borcu hansı hallarda SİLİNİR?
3 yanvar 2025 00:34
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 2024 00:03
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər
29 dekabr 2024 15:56
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 2024 12:05
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
03 yanvar 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 13:30
- Zelenski Avropaya ultimatum verdi
03 yanvar 12:11
- Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır
03 yanvar 11:53
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37