Ucarda yeyilən dövlət pulları… – Bunun adına qarət deyərlər

Heç düşünə bilərsinizmi ki, kiçik bir rayonun xəstəxanası bir il ərzində təqribən 10 milyon manatlıq dəftərxana ləvəzimatı sərf etsin? Fantastikadır deyilmi?..
Bir daha qeyd edirik, Ucar kimi kiçik bir rayonun Mərkəzi Xəstəxanası üçün təqribən 10 milyon manat vəsait alınması anomal haldır və bu heç bir məntiqə sığmır. Amma çox qəribədi bu xərcləmənin nə qədər məntiqsiz və anomal olduğunu “Tender komissiyası” nə görməyib, nə də hiss etməyib.
Xatırladaq ki, tenderlər ilk növbədə müvafiq qurumun nümayəndələri, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələrindən təşkil olunan “Tender komissiyası”nda müzakirə olunduqdan sonra təsdiq üçün Maliyyə Nazirliyinə yollanılır.
Müqayisə üçün qeyd edək ki, Qazax, Mingəçevir, Gəncə kimi iri şəhər və rayonlarda dəftərxana ləvəzimatı xərclər siyahısında 50-60 min manat arasında dəyişir. Başqa rayonların səhiyyə sistemlərinə dəftərxana ləvəzimatı üçün ayrılan vəsaitlər 50 mindən artıq deyil. Amma nədənsə Ucar rayonunda bu vəsait 10 milyona qədər yüksəlib.
Başqa bir müqayisə də apara bilərik. Ölkə prezidentinin sərəncamları ilə qaçqınlar üçün inşa edilən binaların biri hardasa 12-15 milyon arasında başa gəlib. Ümumilikdə 342 min qaçqının mənzillə təmin olunması üçün yaşayış kompleksərinin inşasına prezident Neft Fondundan 200 milyon vəsait ayırıb.
Jurnalistlər üçün tikilən 156 mənzilli birinci binaya 22 396 316 AZN (iyirmi iki milyon üç yüz doxsan altı min üç yüz on altı manat xərclənib. Jurnalistlər üçün inşa edilən üç bloklu 255 mənzillik binanın inşasına isə 34 mln manat sərf edilib. İndi düşünün və fərqi görün…
Kiçik bir rayonun xəstəxanasının bərk inventarla təmin edilməsi üçün 13 milyondan artıq, (halbuki bu vəsaitə 12-13 mərtəbəli bir bina tikmək olar), avadanlığın satın alınması üçün təqribən 12 milyon manat və dəftərxana ləvəzimatı almaq üçün isə təqribən 10 milyon manat sərf olunur. Etiraf etməliyik ki, 30 milyondan artıq olan bu vəsaitə illərdir dözülməz şəraitdə yaşayan qaçqınlar üçün 3 bina tikmək mümkün idi.
Amma o vəsaitlərin hara yoxa çıxdığını bu gün heç kim bilmir və qeyd edək ki, bizim təqdim etdiyimiz faktlar tender maxinasiyaları arasında dəryada damla misalıdır.
Bir məsələni də vurğulamaq istərdik. Yuxarıda qeyd etdik ki, bu anomal milyonluq tenderlərin üçünü də “Köçəkli MK” adlı 20 manatlıq ilkin sərmayəyə sahib olan bir şirkət qazanıb.
Araşdırmalarımız nəticəsindı məlum oldu ki, “Köçəkli MK” adlı şirkət Masallı rayonunun Köçəkli kəndininin sakini Bağırov Əli Hafiz oğlunun adına qeydiyyatdadır. Həmin şəxsin milyonlarla vəsaitin yyuyulmasından nə qədər xəbərdar olub olmamsını isə araşdırıq və bu barədə ayrıca videoreportajımızı təqdim edəcəyik.
Sual olunur, tender prosseslərinin əvvəlindən axırına qıdır nəzarətçi funksiyasını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxıb?
Niyə açıq qanunsuzluğa göz yumub? Bunun bir açıqlaması varmı?
Ya da Maliyyə Nazirliyi?.. Bu qədər anomal və anormal xərcləmələri necə təsdiq edib? Axı burda talançılıq və böyük korrupsiya özü-özünə aydındır. Yəni adamın gözünə girir…
Onu da qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanasının anomal tenderləri söylədiklərimizlə bitmir. Misal üçün digər maşın və avadanlıqların alınması üçün bu rayon xəstəxanasına daha əvvəl də 9 401 709 AZN (doqquz milyon dörd yüz bir min yeddi yüz doqquz manat) vəsait ayrılıb. Tenderin qalibi yenə “Köçəkli MK”-dır.
Yenə bərk inventar və avadanlıq alınması üçün müvafiq olaraq 104 940 AZN (yüz dörd min doqquz yüz qırx manat) və 100 930 AZN (yüz min doqquz yüz otuz manat) vəsait ayrılıb. Və yenə də dəftərxana ləvəzimatı üçün Ucar rayonun 78 949.98 manat vəsit sərf etdiyini görürük.
Bir qədər sonra isə yenidən Ucar rayon Mərkəzi Xəstəxanasının dəftərxana ləvəzimatı üçün 101 369 AZN (yüz bir min üç yüz altmış doqquz manat) sərf etdiyinin şahidi oluruq.
Nə gözəl Ucarmış bə… Belə görünür ki, Səhiyyə Nazirliyi bu rayondan pul yuma maşını kimi istifadə edib…
Bizim üçün maraqlı olan odur ki, bütün bunlardan sonra əlaqədar qurumlar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Maliyyə Nazirliyi, o cümlədən Səhiyyə Nazirliyi xüsusən bu anormal xərcləmələrlə bağlı çıxıb hər hansı açıqlama verəcəklərmi? Bizcə verməyəcəklər. Amma versələr biz onların mövqelərini işıqlandırmağa hazırıq.
Növbəti araşdırmalarımızı da da anomal və anormal tenderlərlə həsr edəcəyik. Bizi izləməkdə davam edin. pia.az
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
9 aprel 2025 22:58
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35