“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü
Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb. Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər.
Şirkətin mətbuat xidmətindən NUH.az-a daxil olan məlumata görə, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2600-ü ötüb. Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.
“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.
“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.
Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
- Aliment borcu hansı hallarda SİLİNİR?
3 yanvar 2025 00:34
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
2 yanvar 2025 19:53
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 2024 21:23
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 2024 21:00
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 2024 20:42
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 2024 22:05
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
03 yanvar 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 13:30
- Zelenski Avropaya ultimatum verdi
03 yanvar 12:11
- Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır
03 yanvar 11:53
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37