“Heydər Əliyevi Bakıya İsa Qəmbər, Pənah Hüseyn dəvət edib”
Mədəniyyət11 iyun 2019 14:40
"İyunun 17-də gecə Elçibəylə axırıncı mən görüşmüşəm. Bundan iki saat sonra Bakıdan çıxıb gedib…”
Moderator.az xəbər verir ki, bunu 1988-1993-cü illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərin ən fəal iştirakçılarından olan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov söyləyib.
"Siz AXC hakimiyyətinə müxalifətdə idiniz. Səmimi söyləyin: 1993-cü ilin Gəncə olayları nəticəsində Əbülfəz Elçibəy iqtidarının devrilməsinə sevindinizmi?” sualını keçmiş hərəkatçı belə cavablandırıb:
"Yox… Əslində burada sevinməli bir şey də yox idi axı... Birincisi, qiyamdan öncə AXC hakimiyyətinin başında duranlar qiyamı yaradan səbəbləri aradan qaldırmaq üçün əllərini ağdan-qaraya vurmadılar. Tərslik etdilər və siyasətlərini dəyişmədilər. Halbuki, biz müxalifət kimi dəfələrlə onlara xəbərdarlıq etmişdik ki, siz doğru siyasət aparmırsız, hakimiyyətinizin daxilində araqarışdırıcı qüvvələr var və bütün bunlar ağır nəticələr verəcək.
Həmin qüvvələr müəyyən təxribatlar, əməliyyatlar planlaşdırmışdılar. Və Gəncə hadisələrindən iki gün öncə Milli Məclisin iclasında da bu barədə rəsmi xəbərdarlıq etmişdim ki, belə bir əməliyyat hazırlanır və onun nəticəsi hakimiyyət üçün də, ölkə üçün çox ağır olacaq- siz tutduğunuz xətdən çəkinin. Lakin buna baxmayaraq Elçibəy iqtidarının liderləri öz tərsliklərini davam etdirdi. Əvvəldən uğursuzluğu labüd olan əməliyyatın icrasına cəhd etdilər. Və nəticədə də ölkə çox ağır vəziyyətə düşdü. Odur ki, burada sevinməli bir şey yox idi...”
"O vaxtkı hadisələrin şahidi olan bəzi siyasət adamları belə rəylər səsləndirirlər ki, özü biruzə verməsə də, Etibar Məmmədov da 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışının tərəfdarı olub...” fikrinə sabiq AMİP sədri bu cür münasibət bildirib:
"Heydər Əliyevi mən dəvət etməmişdim Bakıya. O zaman parlamentin iclaslarında da Heydər Əliyev dəfələrlə bildirmişdi ki, məni Bakıya Əbülfəz Elçibəy, İsa Qəmbərov və Pənah Hüseynov dəvət edib. Bir dəfə kimsə eşidib ki, o desin məni Bakıya Etibar Məmmədov dəvət edib. Onlar özləri dəvət edib Heydər Əliyevi, ona hakimiyyəti bölüşməyi də təklif ediblər.
Amma hakimiyyətlərini itirəndən sonra məndən nə istəyirlər, bunu anlaya bilmirəm. Əbülfəz Elçibəy özü heç bir əsas olmadan hakimiyyəti tərk edərək gedib oturub Kələkidə. Və həmin gün – 1993-cü il iyunun 17-də gecə saat 10-da onunla axırıncı mən görüşmüşəm. Bundan iki saat sonra isə Elçibəy Bakıdan çıxıb gedib. Və heç bir silahdaşına Kələkiyə getmək fikri olduğunu deməyib. Axırıncı görüşümüzdə mənə də bu haqda heç nə söyləməyib. Halbuki, bəzi məsələlər planlaşdırılmışdı və onunla bəzi razılaşmalar da əldə etmişdik...”
"Digər bir ziddiyyətli və maraqlı məqam. Deyirlər ki, iyunun 4-də Gəncədə AXC hakimiyyətinə qarşı qiyam baş verib. Bəs əgər qiyam baş vermişdisə, prezident Əbülfəz Elçibəy nədən elə iyunun 17-də, Gəncə hadisələrindən düz 13 gün sonra həmin "qiyam”ın təşkilatçısının nümayəndələrindən olan Hacı Vaqifin (səhv etmirəmsə, soyadı Əliyev idi) Gəncənin icra hakmiyyəti başçısı təyin olunması haqqında fərmanı imzalayırdı. Bu, necə qiyamdır ki, həmin qiyamın yönəldiyi iqtidarın lideri, ölkənin qanuni prezidenti o qiyamçının nümayəndəsini icra başçısı təyin edir? Buna necə qiyam demək olar? Mən ciddi şəkildə sual edirəm həmin vaxt hakimiyyət başında olmuş şəxslərə: tutaq ki, o vaxt Elçibəy prezident kimi nədənsə çəkinmişdi, guya sui-qəsd hazırlanmışdı, ona görə Bakını tərk edirdi. O halda həmin gün qiyam iştirakçısının icra başçısı təyin olunması haqda fərman imzalamağın nə mənası var idi? Burda nə məqsəd ola bilərdi?..
Bu, tarixi faktdır. Mən özümdən demirəm ki, həmin dövrün mətbuatına, arxivlərə baxın. O vaxt verilən fərmanların siyahısı, nömrəsi, tarixi var...”-deyə Etibar Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
3 yanvar 2025 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
3 yanvar 2025 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
3 yanvar 2025 14:21
- Aliment borcu hansı hallarda SİLİNİR?
3 yanvar 2025 00:34
- Ferdi Tayfur vəfat etdi
2 yanvar 2025 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
2 yanvar 2025 20:56
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Natiq Qasımovun doğum günüdür
2 yanvar 2025 13:13
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
2 yanvar 2025 12:01
Xəbər lenti
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
03 yanvar 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 13:30
- Zelenski Avropaya ultimatum verdi
03 yanvar 12:11
- Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır
03 yanvar 11:53
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
Video & Fotoqalereya
Video
Fotoqalereya