Təbriz bazarını kimlər yandırıb? (Sensasion faktlar )
Günün sitatı12 may 2019 15:23

Ötən gün Təbriz şəhərində yerləşən tarixi bazarın yanması həm Güneydə, həm də Azərbaycan Respublikasında böyük narahatlıq və təəssüflə qarşılanıb. Soydaşlarımız bu tarixi bazarın yanmasının dünya mədəniyyətinə böyük zərbə olduğunu bildirərək, hadisədə qaranlıq məqamların olduğunu vurğulayıblar.
Güneyli analitik Əlirza Zamani Təbriz bazarı və sözügedən yanğınla bağlı sensasion faktları açıqlayıb:
-Təbriz bazarı bizim üçün niyə önəmlidir?
-10-cu əsrdə əsası qoyulan Təbriz bazarı dünyanın ən böyük üstüörtülü bazarıdır. Bu bazarın təxminən 1000-dən çox yaşı var. İndiki bazar ilk yaradılan bazarın davamıdır. İranda hakimiyyət dəyişdikcə bazar daha da böyüyüb və bugünkü səviyyəyə çatıb. Təbriz bazarı 100 hektar ərazini əhatə edir. Bazarda irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara yerləşir. Bunların hamısı o kompleksin içindədir. Müəyyən dövrlərdə bazarda yanğın və digər bədbəxt hadisələr baş verib. Amma sonuncu yanğın bu vaxta qədərki bütün yanğınlardan daha böyükmiqyaslıdır. Yanğın nəticəsində dalanın biri çöküb, tavanı dağılıb. Ümumilikdə 300-ə yaxın mağaza zərər görüb, 100 mağaza tamamilə yanıb.
- Bazar kimlər tərəfindən salınıb?
-Təbriz həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Ağqoyunlular, Qaraqoyunlular, Qacarlar dövründə hər dəfə bazar bir az da tikilərək genişləndirilib. Bu bizim milli tariximizdir.
Təbriz adətən paytaxt şəhər olub və ipək yolunun üstündə yerləşdiyinə görə böyük əhəmiyyət kəsb edib. Onun içərisindəki karvansaralar, ticarət müəssisələri o zamanın karvan sahibləri, tacirləri üçün önəm daşıyırdı.
-Təbriz bazarının yanması qəsdən törədilmiş hadisə ola bilərmi?
-Düzü, hələ yanğının başvermə səbəbləri məlum deyil, araşdırılır. Amma bu yanğını İranda 40 il əvvəl mövcud olmuş şah hakimiyyətini dəstəkləyən qrupların törətdiyi iddia edilir. Bununla bağlı onların video-çağırışları da olub. Guya ki, şah tərəfdarları Təbriz bazarının onların tətil çağırışına qatılmadığı üçün intiqam alıb.
-Belə çıxır ki, hətta Azərbaycan mədəni abidələrinə laqeyd münasibət göstərən İran da bazarın qorunmasında maraqlıdır.
-Təbriz bazarı ticarət müəssisəsidir və İran iqtisadiyyatında böyük təsir gücünə malikdir. Bu gün Təbriz bazarı tətil etsə, bu, İran iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu bazar iqtisadiyyatdan başqa, İranda siyasi vəziyyəti də dəyişdirə bilər. Çünki Təbriz bazarı tarixən siyasi mərkəz kimi mühüm rol oynayıb.
Məsələn, Məşrutə İnqilabı dövründə həm maliyyə, həm də siyasi baxımdan bütün inqilabçıların arxasında dayanan bir qüvvə idi. Məşrutə dövründən sonra İran İnqilabının qələbə qazanmasında Təbriz bazarı böyük rol oynayıb. Bu bazarın insanlar üçün həm də psixoloji təsirləri mövcuddur.
-Hansı psixoloji təsirdən söhbət gedir?
-Bu bazar İranda siyasi qüvvələrin balansını da istədiyi tərəfə çevirə bilər. Təbriz bazarı bağlananda İran əhalisi hiss edir ki, ölkədə ciddi hadisələr baş verə bilər. Düşünürlər ki, bu bazar bağlanıbsa, İranda inqilab olacaq, hakimiyyət devriləcək və s. Çünki tarixən belə olub.
Təbriz bazarının bağlanmasının İsfahan, Tehran və başqa şəhərlərdəki bazarlara psixoloji təsiri var.
Onu da qeyd edim ki, Təbriz bazarında olan insanlar alğı-satqı fəaliyyəti ilə məşğul olan sadə insanlar deyil. Onlar böyük fəallardır və böyük həcmdə sərmayələri, başqa şəhərlərdə fabrikləri, zavodları var. Bu bazar bağlananda təkcə alğı-satqı əməliyyatı dayandırılmır, sənayeyə də mənfi təsir edir. Son nəticədə Təbriz bazarında baş verən hər hansı mənfi hadisə fəalların müəyyən qrupları dəstəkləməsinə də mane olur.
-Yəni bu bazar bütün dünyanın həftələrlə müzakirə etdiyi Paris Notr-Dam kilsəsi qədər əhəmiyyətlidir...
-Əlbəttə, həm tarixi baxımdan, həm də genişliyinə görə Notr-Damdan böyükdür. Müxtəlif dövrlərin tarixini özündə əks etdirən Təbriz bazarı 2010-cu ildə UNESKO-nun dünya abidələri siyahısına salınıb. Bu bazarda hər tarixin özünəməxsus atributları mövcuddur. Bazarda Ağqoyunlu, Qaraqoyunlu, Qacarlar dövrünün memarlıq üslubu qorunub saxlanır. Təbriz bazarı təkcə Azərbaycan və İran üçün deyil, ümumilikdə dünya üçün əhəmiyyətli tarixi məkan sayılmalıdır.
-Paris Notr-Dam kilsəsi Hüqonun əsəri sayəsində dünyada tanındı. İranda da maraqlı əsərlər yazılır. Bəs bu bazar İran ədəbiyyatında işlənibmi?
-Qədim dövrlərin səyahətçiləri, dünyanı gəzən insanlar xatirələrində Təbriz bazarı haqqında yazıb, onun möhtəşəm olduğunu bildiriblər. Bir çox romanda bu bazarın adı çəkilir. Hətta Marko Polo öz əsərində bazar haqqında yazıb. Bundan başqa, Jan Yun Yer, Hotem Şinder öz səyahətnamələrində Təbriz bazarı ilə bağlı geniş məlumat veriblər.
-Bəs bu tarixi bazar Azərbaycanda, eləcə də dünyada tanınırmı?
-Fikrimcə, Azərbaycan əhalisi də bu bazar haqqında kifayət qədər məlumatlı deyil. Ona görə də bu bazarı xalqımıza tanıtmaq lazımdır. Təəssüf ki, beynəlxalq media belə böyük tarixi əhəmiyyətə malik bazarın yanmasını yetərincə işıqlandırmadı. Təkcə Azərbaycan Respublikasında, bir də Avropada İranla bağlı olan bəzi media qurumlarında yanğın barədə məlumat verildi. İranın özündə belə hadisə çox ciddi qəbul olunmadı.
Sonuncu hadisədə böyük tarix yandı. Orada elə qapılar, pəncərələr var ki, olduğu kimi bərpa etmək qeyri-mümkündür.
Bu bazarın yanmasına laqeyd münasibət təkcə İrana olan münasibətlə bağlı deyil. Ümumilikdə Şərq abidələrinə qarşı ayrı-seçkilik, laqeydlik var. Bizim tariximiz qarşısında ən böyük xidmətlərimiz o ola bilər ki, bu abidələri xalqımıza, eləcə də dünyaya tanıdaq.
(Axar.az)
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?
22 mart 2025 23:26
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya