“Müxalifətə keçməmişəm, elə fikrim də yoxdur” - Vahabzadənin oğlu

İnternet mediasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadənin müxalifətə keçdiyi barədə xəbər yayılıb. Qarabağ Komitəsinin üzvlərindən birinə istinadən bildirilib ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin 8 mayda keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq. O da qeyd olunub ki, diplomat Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq.
"Qafqazinfo" xəbər verir ki, İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a müsahibəsində bu barədə iddiaları təkzib edib:
- Mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur. Hər iki tərəfim azərbaycanlıdır. Mən azərbaycançıyam. Əgər məni bir yerə qonaq çağırırlarsa, mən harasa gedirəmsə, oraya qeydiyyata düşmürəm ki. Mənim bir sifətim var, heç zaman da dəyişmirəm. Müxalifətin pis cəhəti olanda deyirəm ki, siz səhv yoldasınız, iqtidarda yaxşı cəhət varsa, deyirəm siz yaxşı iş görürsünüz. Mən heç vaxt da heç tərəfə əyilmirəm, meyllənmirəm. Mənim öz fikrim var, bir sifətim var. Bəxtiyar Vahabzadə nə iqtidarçı idi, nə də müxalifətçi. Mən özümü onunla müqayisə eləmirəm, onun oğluyam. Mən də bir alim kimi, pis-yaxşı yazıçı kimi, öz fikirlərimi mətbuata verə bilərəm. Amma məsələ bundan ibarətdir ki, mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur.
- Bəs elə isə bu xəbərin yayılmasına səbəb nə olub? Əvvəlcədən sizin Qarabağ Komitəsi ilə əlaqələriniz var idimi?
- Məni yüz yerə çağırırlar. Mən də yüzündən birinə gedirəm, yaxud getmirəm, etiraz edirəm, ya vaxtım olmur. Sadəcə, heç kimin xətrinə dəymək istəmirəm. Mənə bu təşkilatdan zəng etmişdilər, adı da yadımdan çıxıb. Dedi, xahiş edirik, sabah gəlin “Nərimanov” metro stansiyası tərəfdə tədbirimiz var. Ancaq sonra zəng edib dedim ki, vallah, sabah gələ bilməyəcəyəm, özümün başqa işlərim ortalığa çıxıb, yazı-pozu işləri ilə məşğulam. Bundan sonra baxdım ki, saytlar belə bir şey yazıb. Bir də belə şey olacağı təqdirdə mən məcburam ki, bunları məhkəməyə verim. Bu dəfə məhkəməyə vermirəm. Amma bir də başımın üstündən adlayıb belə bir iş görsələr, məcbur olacağam ki, onları məhkəməyə verim.
- Deməli, siz Qarabağ Komitəsinin tədbirində iştirak etməyəcəksiniz, eləmi?
-Qətiyyən, yox!
- Sizə dedilərmi nə məqsədlə dəvət olunursunuz?
- Sizi inandırıram, iki balamın canı üçün, atamın goruna and içirəm, heç xəbərim yoxdur. Sadəcə, dəvət almışam. Yüz yerə dəvət alırlar. Əgər sabah mən sizi evimə dəvət etsəm, bu, o demək deyil ki, siz gəlib mənim evimə qeydiyyata düşəcəksiniz.
Sizə vaxtilə dediyim kimi, mənim telefon nömrəmi 11-12 nəfər bilir. Bunlar mənim nömrəmi haradan götürmüşdülər, bilmirəm. Hətta tanış nömrə olmayanda telefonu açmıram. Ancaq bu dəfə telefonu götürdüm, soruşdum kimdir? Dedilər, sizi dəvət edirik. Dedim, gələ bilməyəcəyəm, inciməyin, özümü yaxşı hiss eləmirəm. Elə belə də qurtardı.
- İsfəndiyar bəy, yeri gəlmişkən, ötən müddətdə sizə diplomatik sahədə iş təklifi gəlibmi?
- Vallah, heç bilmirəm. Mən uzun müddət idi ki, burada deyildim. 6 ay qızımın yanında, Almaniyada oldum. Sonra gəldim, Türkiyəyə getdim, bir aya qədər də orda oldum. Xahiş edirəm, bunu qeyd edin, mənim bir sifətim var, atam kimi. Mən atamın oğluyam. Nə müxalifətəm, nə iqtidar. Bu yayılanlar hamısı mənasız söhbətlərdir.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24