İcra başçılarının xanım müavinləri... - Onlar kimlərdir ?
Mədəniyyət2 may 2019 18:08

Son iki həftədə Səbail rayon icra başçısının xanım müavini Xalidə Bayramovanın adı məlum olayla bağlı mətbuatda tez-tez çəkildi. Bu, həm də bir məsələni gündəmə gətirdi: maraqlıdır, ölkədə nə qədər xanım icra başçısının müavini postunu tutub və onların karyera yolu necədir? Bununla bağlı araşdırma aparıb, bəzi məlumatlar topladıq.
İlk olaraq Bakı Şəhər İcra Hakimiyyətindən başlayaq. Burada icra başçısının müavinlərindən biri Fidumə Hüseynovadır. O, ali təhsilini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda alıb. Təhsil aldığı illərdə institut komsomol komitəsi katibinin müavini, 1984-cü ilə qədər komitənin katibi vəzifələrində fəaliyyət göstərib, 1984-1989-cu illərdə isə Bakı şəhəri, Nəsimi Rayon Komsomol Komitəsinin katibi olub.

2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2003-2005-ci illərdə Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Nəsimi rayon icra başçısının 1-ci müavini də xanımdır. Belə ki, 152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyeva 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindədir.
Gülarə Verdiyeva həm də birinci dərəcəli dövlət qulluqçusudur.

Onun karyerası pedaqoqluqla bağlıdır. Belə ki, 1993-1995-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə laborant vəzifəsində, 1995-1998-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 1998-1999-cu illərdə Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq adına 18 saylı orta məktəbdə günü uzadılmış qrup rəhbəri, 1999-2007-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 18 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 9 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-2009-cu illərdə Bakı şəhəri A.Hüseynzadə adına 20 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2009-2010-cu illərdə Bakı şəhəri, Nəsimi rayonu 28 saylı orta məktəbdə və 2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu 152 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2013-cü ilin noyabr ayından Nəsimi Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsinə təyin edilib. 2017-ci ildən isə birinci müavindir.
Qeyd edək ki, G.Verdiyeva eyni zamanda 2010-cu ildə deputatlığa namizədliyini vermiş, lakin seçilməmişdi.

Xətai rayon icra başçısının müavinlərindən biri Jalə Abdıyeva Zülfiqar qızıdır. Onun karyerası həkimlikdən keçib.2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2006-2011-ci ildə 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində dəri-zöhrəvi həkimi vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Xəstəxana Xidmətləri şöbəsinin müdiri, sonra şöbə rəisinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən icra başçısının müavinidir.
Yasamal rayon icra başçısının xanım müavini Təravət Muradovadır. Onun haqqında geniş məlumat mövcud deyil.

Nizami rayon icra başçısının müavinlərindən biri Gülnaz Şakir qızı İsrafilovadır. O, 1985-ci ildə Bakı Dövlət Universitetini filoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə Şəki İpək Birliyi toxucu istehsalatında ərişçi kimi başlayıb, 1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil Şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləyib. 2006-cı ildə Nizami Rayon Təhsil Şöbəsinin müdiri, 2006-2009-cu illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.

Fərəcova Rəna Möhübbət qızı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biridir. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura səviyyəsinin "Xarici dil (ingilis dili) müəllimliyi”, 2013-cü ildə isə magistratura səviyyəsinin "Dilşünaslıq (ingilis dili)” ixtisaslarını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2016-cı ilin sentyabr-noyabr aylarında müəllimliklə yanaşı, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. 2016-cı ilin noyabr-iyul aylarında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsində işləyib. 2017-ci ildən Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.
Eləcə də bölgələrdən Mingəçevir, İsmayıllı, Ağstafa, Göyçay, Şəki, Gədəbəy, Yevlax, Şirvan, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Balakəndə də icra başçılarının müavinlərindən biri xanımdır. ( Medianews.az)
Oxşar xəbərlər
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 2025 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
Xəbər lenti
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
Video & Fotoqalereya
Video
Fotoqalereya