Oqtay Əsədovun Londonda da mülkləri aşkarlandı – Fotolar

“Spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır.
Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi …”
Bunları Moskvadan Zaur Əliyev adlı şəxs ictimailəşdirdiyi araşdırmasında yazır. Onun verdiyi məlumatdan, paylaşdığı sənəddən belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi yalnız Rusiyada deyil, başqa ölkələrdə də daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.
Müəllif iddia edir ki, Londondakı 1,2 milyon funtluq penthauzu (təxminən, 2,5 milyon manat-red.) Mehman Qocayevə doğum günündə qayınanası – mətbuatda adı Moskvanın Bakı küçəsindəki striptiz klub kimi işlədilən “Kapriz”in sahibəsi kimi hallanan, uşaq bağçasının direktoru işləyən Zemfira Əsədova hədiyyə edib.
Mehman Qocayev kimdir?
Daha sonra müəllif Mehman Qocayevin kim olduğunu açıqlayıb: “Mehman Qocayevin London ilə heç bir biznes əlaqəsi olmamalıdır, əslində. İstehza doğuran məqam odur ki, Mehman Qocayev Azərbaycanda yüksək vəzifə tutur, o indi Bakı şəhər Prokurorunun müavinidir!”
Qeyd olunan faktın Əsədovların bütün dünyada əmlak sahibi olduğunu göstərdiyi bildirilib: “Bu həm də Azərbaycan iqtisadiyyatının etibarlı olmadığını göstərən faktdır. Parlamentin rəhbəri də heç bir əlaqəsi olmayan ölkələrdə daşınmaz əmlak almağa girişibsə, ümidini rəhbərlik etdiyi ölkədən kəsib deməkdir”.
Yazıda Mehman Qocayevin bahalı avtomobillərinin də olduğunu vurgulayıb: “O, hər zaman həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirib. Formula 1-dən ilhamlanan Mehman Qocayev çox bahalı, yüksək sürətli avtomobillərə meyllidir. Onu, adətən, 12 mühərrikli 200 000 avro(AUDI A8L WW12) dəyərində bir idman maşını ilə gəzən görürlər”.
Yazlda bildirilir ki, M. Qocayevə məxsus 10-SS-500 nömrəli avtomobil tez-tez Prokurorluğun maşın parkında görünür: “Ötən əsrin sovet filmlərində olduğu kimi. Bundan başqa, polkovnik işə “SS” nömrəli alman avtomobili ilə “Gestapo”da olduğuna bənzər formada gəlir”.
Müəllif eyni zamanda Mehman Qocayevin zamanında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvləri arasında tez-tez göründüyünü idddi edir: “Prokuror Mahmudovun dəbdəbəli məclislərinə işdən daha çox vaxt keçirirdi. Məlum olduğu kimi, Oqtay Əsədov da keçmiş “UBXSS” şefinə deputatların biznesi barədə məlumatları ötürürmüş”.
Sonda müəllif spikerin həyat yoldaşının Rusiyada striptiz klubun sahibəsi olması, ailəsinin Moskvada və Londonda pethauzlar alması faktlarının ortaya çıxmasının Azərbaycan parlamentinin imicinə də ciddi zərbə vurduğunu bildirib.
Məlumatlar dünən yayılsa da, spikerin özünə yaxınları hər hansı açıqlama verməyiblər. Bununla belə, qeyd olunanlarla bağlı, yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Azpolitika




- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35