İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... FOTO
Region23 aprel 2019 11:47
Alimpaşa Məmmədovun "Azərforel” fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və...
Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə "zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş "JEK” rəisi Teymur Hacıyev deyilmiş.
Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev "toya getməli” imiş.
Həmsöhbət olduğumuz sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, "cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu - icra başçısı...
İcra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.
Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.
Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.
Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının "Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, "hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.
Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.
"Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.
Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: "Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”
Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər. Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.
"Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel" adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer...", - deyə sakinlərdən biri şikayətlənir.
Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: "Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.
Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır.
İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.
Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən... Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.
Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.
İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.
"Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, - deyə fermerlər gileylənirlər.
Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində "üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.
Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, "ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.
Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb.
Əldə etdiyimiz xəbərə görə, keçmiş "JEK" müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: "Bunun üçün gərək icra başçısını da tutsunlar. Mən bilirəm kimin yanında nə demək lazımdır...”
A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir..."Yeni Müsavat”
Oxşar xəbərlər
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
Xəbər lenti
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
Video & Fotoqalereya
Video
Fotoqalereya