“Böyrəyimi satıb bankın kreditini ödəmək qərarına gəldim”

Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri – “qara transplantologiya” ilə məşğul olmaqda ittiham olunan 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər bir-birlərini sosial şəbəkələrdəki elanlar vasitəsilə tapıblar.
Cinayət işində bir müddət əvvəl adı orqan transplantasiyasında hallandırılan və həbs olunan, Tbilisidəki “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının, müxtəlif klinikalar tərəfindən Azərbaycana dəvət edilən İranlı həkim Mohsen Tahirinin adı da keçir.
Prosesdə zərərçəkmiş qismində dindirilən Rasim Bayramov ifadəsində Sahiblə Zaur Tağıyev (cinayət işi üzrə zərərçəkmiş qismində adı keçir – red.) vasitəsilə tanış olduğunu deyib: “Mənə 12 min dollar verəcəyini, böyrəyimi alan şəxs tərəfindən evlə, işlə təmin olunacağımı, əlillik pensiyası düzəldəcəyini vəd etdi. Zaurdan soruşanda dedi ki, mən öz böyrəyimi Vahib Xudadatovun vasitəsilə satmışam, pul da almışam. Ona görə də razılaşdım. Vahib də məni Fazil Həsənovla tanış etdi: “Əvvəlcə “Elmed” klinikasında yoxlamadan keçdim. Oradakılar Vahibi yaxşı tanıyırdılar deyə növbədən kənar buraxdılar. Qan analizi verdim, böyrəyimi UZİ-yə saldılar. Sonra bir günün içərisində xarici pasport aldılar. 2015-ci ilin noyabrında İrana getdik. Vahib məni Tahiri adlı həkimin işlədiyi klinikaya apardı. Yaxın günlərdə əməliyyat olunması üçün Tbilisiyə gedəcəyimizi dedi”.
Zərərçəkmiş deyib ki, təxminən bir ay sonra Vahibin maşını ilə Tbilisiyə əməliyyata yollanıblar. Vahib onu “Lanseti” klinikasına yerləşdirib, özü isə Bakıya qayıdıb. Üç gün xəstəxanada qalıb, vəziyyəti ağır olsa da, onu evə yazıblar: “Vahibin qohumu məni Bakıya gətirdi. Bir neçə gün sonra Vahibə zəng vurub pulumu istədim. Mənə cəmi 2 min manat verdi. Dedi ki, 10 min dollar yaxın günlərdə veriləcək. Hər gün zəng vurub pulumu tələb edirdim. Nəhayət, Fazilə zəng vurub şikayət etdim. Üçlükdə görüşdük. Vahib özünü qeyri-səmimi aparırdı, yalandan dedi ki, guya bütün pulu verib. Mənə hədə-qorxu gəldi, tutduracağını dedi. Mənə 12 min dollar demişdi, cəmi 2 min manat verdilər. 8 min manatı tələb edirəm ”.
V.Xudadatov isə qeyd edib ki, F.Həsənovun qohumuna böyrək lazım olduğu üçün R.Bayramova 12 min manat pul verib: “Bu adam yalan danışır. Ona istədiyi pul verilib. Bakıda kirayə ev tutmuşdu, həm də mağaza işlədirdi. Hətta ona pul lazım olanda Fazil müəllimə zəng edirdi. Rasimə şəxsən 12 min manat pul vermişəm”.
Zərərçəkmiş Rufan Əhmədli ifadəsində 2014-cü ildə ev almaq məqsədilə bankdan 35 min dollar kredit götürdüyünü, bir müddət sonra baş vermis devalvasiyaya görə krediti qaytara bilmədiyini, çətin vəziyyətə düşdüyünü, kreditləri vaxtlı-vaxtında ödəyə bilmədiyini, məcbur olub aldığı evi satsa da, yenə də vəziyyətdən çıxış yolu tapa bilmədiyini, maddi vəziyyətinin ağırlaşdığını, bir neçə dəfə intihar etmək fikrinə düşdüyünü deyib: “İnternetdə müxtəlif adamların böyrəyini satması ilə bağlı elanları gördüm. Ona görə də, böyrəyimi satıb düşdüyüm bu ağır vəziyyətdən çıxmağı fikirləşdim. İnternetdə elan verdim. Elanda böyrəyimin qiymətinin 25 min manat olmasını və telefon nömrəmi yazdım. Bir neçə gündən sonra tanımadığım bir nəfər zəng vurub görüşmək istədiyini dedi. Özünü Sahib kimi təqdim etdi, 12 min manatdan artıq pul verə bilməyəcəyini dedi”.
R.Əhmədlinin ifadəsinə görə, banka təcili pul ödəməli olduğundan V.Xudadatovun təklifi ilə razılaşıb. Onunla birgə İrana yollanıb. Tehranda olarkən Altay Süleymanov da ora gəlib. Böyrəyinin həmin şəxsə satılacağını başa düşüb: “Tehranda da analizlər götürüldü. Sonra Sahib özü sənədləri hazırladı. 2016-cı ilin avqustunda Düşənbəyə yola düşdük. Orada Tahiri adlı həkim tərəfindən sol böyrəyim Altaya köçürüldü. Üç gündən sonra evə qayıtdım, mənə 12 min manat verdilər”.
Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: “Vahib sadəcə vasitəçi olub. Heç bir şikayət və tələbim yoxdur”.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
İstintaq yolu ilə müəyyən edilib li, Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkən və orqan köçürülməsinə ehtiyacı olan xəstələrlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Buna görə hər iki tərəfdən pul alıb. Böyrəyini satanlar sosial şəbəkələrdə, xüsusən də “Facebook”da ortaq tanışlar vasitəsilə tapılıb, xəstələrlə, onların ailə üzvləri ilə görüşdürülüb. Böyrəyini satmaq istəyənlər əvvəlcə paytaxtdakı müxtəlif xəstəxanalarda qan analizi veriblər, sonra hər iki tərəf İranın Tehran şəhərinə – “Xomeyni xəstəxanası”nda çalışan cərrah-transplantoloq Mohsen Tahirinin yanına aparılıb, orada təkrar müayinə olunublar. Müayinədən sonra böyrək köçürülməsi əməliyyatı üçün Gürcüstandakı “Lanseti” klinikasına gediblər. Əməliyyatı Tbilisidə Mohsen Tahiri həyata keçirib. “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının həbsindən sonra klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra əməliyyatlar Tacikistan Respublikasında Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Əməliyyatları Mohsen Tahiri həyata keçirib. İranlı həkim mütəmadi olaraq özü də Bakıya gəlib, paytaxtdakı klinikalardan birində xəstələri müayinə edib.
Böyrək köçürülən xəstənin yaxınları donorla məbləği razılaşdırdıqdan sonra əməliyyat aparılan “Lanseti” klinikasının baş həkimi Fərman Ceyranlıya 8 min, iranlı həkimə isə 10 min dollar pul ödəyiblər. Xəstələrlə donorlar arasında vasitəçilik edən Vahib Xudadatova isə bu xidmətinə görə 500 manatdan 2 min manata qədər pul verilib. Bununla yanaşı, donorlarla böyrəyi alanlar arasında notarial qaydada müqavilə imzalanıb. Həmin müqavilədə göstərilib ki, guya bu adamlar yaxın qohumdurlar, biri digərinə böyrəyini verir.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 2025 01:20
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35