Bakıdakı böyrək alverçiləri 30 nəfərin böyrəyini satıblar
İdman7 aprel 2019 19:15

Tez-tez Bakıya gələrək, buradakı müxtəlif klinikalarda müayinə və müalicələr aparmış iranlı həkim barəsində cinayət işi başlanıb.
İran vətəndaşı olan cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen Mirzə Mohammadbager Azərbaycan Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham olunur. Onun haqqında araşdırmalar Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.
Adıçəkilən həkim İranda "Xomeyni xəstəxanası”nda fəaliyyət göstərib. Bakıda pasiyentlər arasında daha çox Mohsen Tahiri kimi tanınıb. O, əsasən özəl klinikalarda, o cümlədən 9-cu mikrorayonda yerləşən "ElMed”də müayinə və müalicə ilə məşğul olur, bəzi hallarda Bakıda xəstələrin evinə də gedirmiş.
Mohsen Tahiri azərbaycanlılar arasında böyrək alverində ittiham olunur. Söhbət Bakıda böyrək xəstəliyindən əziyyət çəkən, orqan transplantasiyasına ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanların tapılıb görüşdürülməsi, qiymət razılaşmasından sonra hər iki tərəfin İranda onun işlədiyi xəstəxanada müayinəsinin təşkili (böyrək köçürməsinin mümkün olub-olmadığının müəyyənləşdirilməsi) və sonda Gürcüstanda "Lanset” klinikasında transplantasiyanın həyata keçirilməsindən gedir. Cinayət işində 30-a qədər böyrək satışından bəhs olunur.
Böyrəyin qiyməti resipientlə donor arasında razılaşdırılıb. Yəni qiyməti böyrəyini satanla alanın özü müəyyənləşdirib. Məbləğin adətən 9-12 min arası olduğu bildirilir. Cərrahiyyə əməliyyatı üçün Gürcüstandakı "Lanset” klinikasına 8 min dollar, hər dəfə İrandan gəlib orada böyrək köçürməsini həyata keçirən Mohsen Tahiriyə isə 10 min dollar pul verilib. Bundan əlavə, İrana və Gürcüstana səfərlər üçün çəkilən xərclər də resipientin üzərində olub.
Azərbaycanın hüquq-mühafizə orqanları böyrək alverinə görə iranlı cərrahla yanaşı, "Lanset”in azərbaycanlı rəhbəri Fərman Ceyranlı haqqında da eyni maddələrlə cinayət işi açıb və araşdırmalar gedir. Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. O, 2016-cı ilin martında "Lanset”də qaraciyər köçürməsi zamanı iki xəstənin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunub. İddia olunur ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı olmayıb, onları cərrah-transplantoloq və klinikanın direktoru əməliyyata inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.
Fərman Ceyranlıya öncə 6 il həbs cəzası verilmişdi. Ötən ilin dekabrında Gürcüstanda apellyasiya məhkəməsi onun cəzasını 2 il 3 ayadək azaldıltdı. Fərman Ceyranlı isə özünü təqsirli bilmir və siyasi məqsədlərlə həbs olunduğunu deyir.
2016-cı ilin martında Fərman Ceyranlının həbs olunandan sonra da azərbaycanlılar arasında böyrək alveri davam edib. "Lanset”in fəaliyyəti dayandığından Möhsen Tahiri ondan sonra əməliyyatları Tacikistanın paytaxtı Düşənbədə Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki "İnsan orqanları və toxumaların transplantasiyası üzrə Milli Elmi Mərkəz”də həyata keçirib.
İranlı həkimə Bakıda yardım edənlərdən biri – taksi sürücüsü Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunandan sonra bu işlərin üstü açılıb. Vaxtilə Xudadatovun qızı da böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə o, Dializ Mərkəzindən bir çox xəstələri tanıyır, imkansızlıqdan böyərini satmaq istəyən şəxslərin bu barədə elanlarını izləyir, həmin şəxsləri tapıb görüşdürürmüş.(Bizimyol.info)
Oxşar xəbərlər
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 2025 22:09
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
25 mart 2025 20:05
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Putinin həyatını bir film dəyişibmiş... - Özü danışdı
24 mart 2025 00:04
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya