Yanğından dərhal sonra onun göstərişi ilə basqın etmişdilər ...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yenidən gündəmə qayıdıb. Bu dəfə də sabiq nazirin ismi bütün ölkə gündəmini zəbt edən yanğına qarışıb. Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzi bir anın içində yanaraq külə dönüb. Eynən 2015-ci ilin mayında Binəqədidəki binanın yanmasında olduğu kimi, hazırda da Eldar Mahmudovun adı “Diqlas”dakı yanğınla qoşa çəkilir. Mərkəzin Eldar Mahmudovun oğlu, “Caspian Crystal” holdinqin sahibi Anar Mahmudova məxsusluğu haqda təkzib edilməyən məlumatlar var.
Musavat.com xəbər verir ki, 2015-ci ildə, hələ Eldar Mahmudov milli təhlükəsizlik naziri postunu tutduğu günlərdə oxşar yanğın hadisəsi Bakının Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında meydana gəlmişdi. Bu olayda Mahmudovun izinin olması haqda iddialar yayılmışdı. Belə xəbərlər vardı ki, bina qəsdən yandırılıb. Maraqlıdır ki, həmin günlərdə də ölkə böyük bir idman yarışına ev sahibliyi etməyə hazırlaşırdı və belə həssas vaxtda binanın yandırılması təxribat kimi qiymətləndirilirdi. Hazırda da ölkə böyük dəyişikliklər ərəfəsindədir. Hər kəsin ölkə rəhbərliyinin atılan addımlarından gözləntiləri var. Belə bir vaxtda Bakının məşhur ticarət mərkəzi yanıb külə dönür! Və 2015-ci ildə olduğu kimi Eldar Mahmudovun adı yanan ticarət mərkəzinin şahə qalxan tustüsünə qarışır. Təsadüfdürmü?
Ona görə də 2 dəhşətli yanğın arasında paralel aparmaq cəhdləri nəzərə çarpır.
2015-ci ildə yanğından dərhal sonra Eldar Mahmudovun göstərişi ilə “Global Construction” və “Global Stone” MMC-yə basqın etmişdilər. Sonradan “yanan bina” işi üzrə həbs edilən MMC-nin təsisçisi Miryusif Mahmudov məhkəməsində “o binanı yandırıblar” şəklində şok ifadə verdi.
Dedi ki, hələ yanğından əvvəl Eldar Mahmudovun adamları ilə üz-üzə gəlməli olub.
“Mən yanğın yerində olanda dedilər ki, ”qonaq"lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Yanğınsöndürənlər hadisə yerinə yenicə çatanda artıq bizim ofisdə əməliyyat tədbirləri keçirilməsi maraqlıdır. Ofisdə telefon xətləri kəsilmişdi, sənədlər kisələrə doldurulmuşdu. Axı hansı əsasla? Çox dəhşətli səhnə idi. Buna 50 nəfər şahiddir. Bu binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görülüb. Əvvəlcə 2015-ci il aprelin 10-da Xətaidəki bina yandırılıb. “Poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan 3 gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar".
Miryusif Mahmudov məhkəmədə hakimin diqqətinə çatdırmışdı ki, yanğından əvvəl şirkətin əməkdaşlarından biri MTN-ə çağırılıb, onlardan pul tələb olunub: “...Yanğından sonra da bu işi MTN özü aparmaq istəyirdi. MTN-də məndən ifadə aldılar. Hanı o ifadə? Yoxdur. Belə getmək olmaz. Bu, göz görə-görə hazırlanmış hadisədir”.
Bir maraqlı məqam da var: Binəqədidəki yanğından 7 ay əvvəl - 2014-cü il noyabrın 26-da gecəyarısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, əsasən sələfilərin toplaşdığı məscidə içi yandırıcı maddə ilə dolu 5-6 yarımlitrlik butulka atılıb. “Molotov kokteyl”ləri məsciddə yanğına səbəb olsa da, məscid nəzarətçisinin alov dillərini vaxtında görərək yanğınsöndürənlərə məlumat verdiyinə görə geniş miqyas almamışdı. Bundan 3 gün əvvəl - 2015-ci il mayın 16-da isə Bakının Nərimanov rayonu, Koveroçkin küçəsində, Hərbi Prokurorluğun binası ilə üz-üzə olan çoxmərtəbəli binanın damına çıxan naməlum şəxslər kəndirləri neftə batıraraq yandırıblar və binanın damından üzü aşağı buraxıblar. Gecəyarısı binanın damına doğru alov dillərinin qalxması yaxınlıqdakı taksi sürücülərinin diqqətini cəlb edib. FHN-ə vaxtında məlumat verilməsi səbəbindən bu xain cəhd də baş tutmayıb.
Məscidin, yaşayış binasının qəsdən yandırılmasına cəhdlərdən 3 gün sonra - 2015-ci il mayın 19-da Binəqədidəki binada yanğın gecə yarısı deyil, günortaya yaxın baş verib. Çünki alov axşam, hava qaralandan sonra daha çox görünür. Günorta isə diqqəti daha az çəkir. Bu səbəbdən də Binəqədidəki binada Qaraçuxurdakı məsciddə, Koveroçkin küçəsindəki binada olduğu kimi yanğını vaxtında görüb, qarşısını ala bilməyiblər. Dəhşətli yanğından sonra Gəncədə gecəyarısı çoxmərtəbəli binalardan birinin damında əllərində dizel yanacağı ilə dolu iki şəxs saxlanılıb. Həmin şəxsləri binaların sakinləri tutaraq polisə təhvil versələr də, sonradan MTN həmin şəxsləri polisdən alıb və onların izi itirilib. Bilinən odur ki, bu şəxslərdən biri Dağıstan vətəndaşı, digəri isə Samuxdan olub. 2015-ci ilin iyununda isə Qaraçuxurda binaların önündə park olunmuş, vətəndaşlara məxsus 30-a yaxın lüks avtomobilə od vurulub. Bu məlum olan, 2015-ci ilə təsadüf edən qəsdən törədilən, təxribat olmasını söyləməyə əsas verən yanğın faktlarıdır.
Hazırda da oxşar gedişat müşahidə edilir.
“Diqlas”dakı yanğından əvvəl də Bakının müxtəlif ərazilərindən həyəcanlı yanğın xəbərləri gəlirdi.
Məsələn, martın 2-də Bakıda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verdi. Sonradan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatdan belə aydın olurdu ki, Binəqədi rayonunda futbol məktəbində yanğın idman zalının dam örtüyündə meydana gəlib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı. Binanın damında yanğının səbəbi bilinmədi. Martın 5-də Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonunda insan tələfatı ilə nəticələnən olay meydana gəlib. Rayonun Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən 5 mərtəbəli yataqxanada gecə saatlarında yanğın başlayıb. Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində olub. Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.
Martın 26-da “Diqlas” Ticarət Mərkəzinin çölündəki dönər köşkündə səhər tezdən meydana gələn balaca bir yanğın böyük bir alova çevrildi. Hadisə yerinə 2015-ci ilin mayında olduğu kimi Bakının əksər rayonlarının yanğınsöndürmə briqadaları, yanğınsğöndürən vertalyotlar qaldırılsa da, xeyri olmadı. “Diqlas” Ticarət Mərkəzi kibrit qutusu kimi külə döndü. Yenə də yanğının sürətlə yayılmasının səbəbi binanın üzlük materialı ilə əlaqələndirildi.
Martın 27-də Xəzər rayonunda da 5 mərtəbəli yaşayış binasında yanğın olub. Bu dəfə də yanğın binanın 5-ci mərtəbəsində, damda meydana gəlib. Binanın çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m2 sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub. Damda yanğının səbəbi haqda məlumat yoxdur.
Bəlkə də 2019-cu ilin ilk günlərindən baş verən yanğınlar təsadüfi olaraq belə bir təəssürat yaradır. Mümkündür ki, “Diqlas”da baş vermiş yanğın bundan əvvəl və sonra baş verən yanğınlarla eyni zəncirin halqaları deyil. Amma bütün ehtimalların araşdırılması zərurəti ortalıqdadır.
- İsа Qəmbərdən incimişəm
11 yanvar 2025 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 2025 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 2025 23:42
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 2025 21:31
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 2025 20:16
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 2025 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 2025 14:36
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 2025 13:41
- Yollardakı tıxac probleminin həlli məsələləri
9 yanvar 2025 23:06
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19