“Kontakt Home”dan telefon aldı, başına oyun açdılar
“Kontakt Home”a dair müştəri şikayətləri bitmək bilmir. Yenicag.az xəbər verir ki, sözügedən şirkətdən məhsul alanların yarıdan çoxu narazıdır.
Bu müştərilərdən biri də Fuad Əliyevdir. O, bir müddət əvvəl Bakıda yerləşən “Kontakt Home” mağazasından “Huawei Mobile” modelli təzə telefon alıb. Lakin telefonu aldıqdan 5 gün sonra qulaqcıqla musiqi dinləyərkən səs qəribə tərzdə çıxmağa başlayıb. Bir gün sonra isə səs tamamilə çıxmayıb.
Nəticədə müştəri 28 May küçəsində yerləşən filiala yollanıb:
“Təxminən yarım saat, 40 dəqiqə içində hər cür yoxlayıb, düzəltməyə çalışdılar, sonra dedilər ki, yox, düzəlmir, servisə aparın. Mən də dedim, 14 gün ərzində hüququm var ki, qaytarım və ya dəyişim. Dedilər, yenə də servisə getmelisiniz ki, akt tərtib elesinler. Aldığım mağazaya qaytara bilmədiyim üçün (?) məcbur olub o qədər işimin arasında vaxt eləyib getdim servisə ki, “az pul deyil, batası deyil ki, dəyişdirim, başqasını götürüm”.
Servisdə dedilər ki, başqa telefon olsaydı, diaqnostika 30-40 dəq çəkəcəkdi, amma “Huawei” rəsmi şirkətdir, ona görə 1 həftə olacaq. Düzü, rəsmi şirkət arqumentini təbii ki, başa düşmədim. Uzun sözün qısası, telefonu diaqnostikaya götürən bir gülərüz xanım idi və başqa telefonun işığı ilə telefonu hər tərəfli yoxladı. Nəticədə ekranda çoxsaylı cızıqlar, konnektorda sürtünmə və ən əsası da telefonun kənarında xırda içəri batıq aşkarlandı. Diqqətlə baxanda bilmək olur ki, bu cür içəri batıq ancaq və ancaq hansısa kəsici alət zərblə telefona çırpılsa ola bilər. Mən heç özüm bunu görməmişdim və qızın aşkarladığı şeylər həqiqətən də düz idi, mən də baxdım ki, elədir. Qız soruşdu ki, telefonu vitrindən almısınız? Dedim ki, yox, satıcı onu çəkməcədən götürdü.
Məsələ budur ki, telefon 6 gün ərzində heç xalçaya belə düşməyib ki, xəsarət alsın. Telefonu alanda satıcı oğlan telefonun yapışqanlarını belə gözümün önündə açdığına görə telefonun təzə olduğuna əmin idim və korpusunu hərtərəfli yoxlamamışdım. Beləliklə, telefonun mən tərəfdən heç bir zədə, xəsarət alma ehtimalının olmadığına əmin olduğum üçün belə qənaətə gəldim ki, “Kontakt Home” çox güman ya refurbish olunmuş, yəni əvvəllər xarab çıxıb qaytarılmış və düzəldilmiş, ya yaxın keçmişdə vitrində olmuş və zədə görmüş, ya da elə az işlənib, qaytarılmış telefonu mənə satıb. Az ehtimal verdiyim bir variant da var ki, telefonu mağazaya birinci dəfə apardığım zaman satıcılara 30-40 dəqiqə yoxlamağa verdiyim vaxt hər saniyə gözümün qabağında olmayıb deyə mən görmədiyim vaxt təsadüfən necəsə xəsarət yetiriblər”.
“Kontakt Home”dan ciddi şəkildə narazılığını bildirən Fuad Əliyev digər müştərilərin sözügedən mağazalara üz tutmamasını istəyir. O, vətəndaşları “Kontakt Home”dan məhsul alarkən diqqətli olmağa çağırıb.
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- Azərbaycan və Türkiyə liderlərindən dünyaya Suriya MESAJI
11 dekabr 2024 11:05
- Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?
10 dekabr 2024 16:26
- Azərbaycanda İPƏKÇİLİK BATIR - Barama isstehsalı 641 tondan 174 tona düşüb
8 dekabr 2024 14:27
- Bu CƏRİMƏ Gürcüstanda 0.4 % , Azərbaycanda isə 5 %-dir... 12 DƏFƏ ÇOX...
8 dekabr 2024 12:13
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- Kadırov Rusiyanın NAZİR-lərini hədəf aldı
5 dekabr 2024 21:26
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41