Sumqayıtda başçının 1-ci müavini bağça müdirinin evini banka girov qoydurub? – Video

Tünzalə Nəsibova: “Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü Günel xanım ilyarım müddətində Sumqayıtda üç, Türkiyənin İstanbul şəhərində bir ev alıb… Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mənə isə…”
Son dövrlər ölkədə fəaliyyət göstərən idarə və müəssisələrdən işçilərin ixtisarı, işdən çıxarılmalar geniş yayılıb. Təbii ki, işçini ixtisara salmaq və ya kənarlaşdırmaq hər bir müəssisə və qurumun haqqıdır, lakin işçinin haqqını tapdalamaq hesabına bu, yolverilməzdir. İllah da ki, işəgötürən tərəfindən qərəzli şəkildə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilə.
Qeyd edək ki, 70-ci maddənin “ç” bəndi işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya əmək funksiyalarının kobud pozulması əsası ilə əmək müqaviləsinə xitam verilməsini ehtiva edir. Belə olan halda da, bəzi işəgötürənlər əsasən bu əsasla əvvəllər əmək müqaviləsinə xitam verilmiş şəxslərlə əmək münasibətləri bağlamaqdan çəkinirlər.
“Təzadlar” qəzetinə müraciət edən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibova da məhz belə bir xoşagəlməz halla qarşılaşa biləcəyinin narahatlığını yaşayır.
T.Nəsibovanın bu barədə əməkdaşımıza verdiyi video-müsahibəsindən məlum olur ki, o, 2003-cü ildən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasında müdir vəzifəsində çalışır. Sovet dövründə, daha dəqiq desək, 1955-ci ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərən uşaq bağçası büdcədən maliyyələşdirilsə də, burada istər dövlət, istərsə də hər hansı hüquqi şəxs tərəfindən təmir işi aparılmayıb. Ancaq bağça müdiri T.Nəsibova uşaqların rahatlığını nəzərə alaraq öz şəxsi vəsaiti hesabına elektrik, su və kanalizasiya xətlərini yeniləyib, binanın fasadında kosmetik təmir işləri gördürüb. Amma…
Son vaxtlar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov tərəfindən təzyiqlərə məruz qaldığını deyən bağça müdiri ona işdən çıxarılacağı xəbərdarlığı edildiyini bildirib.
T.Nəsibovanın sözlərinə görə, başçının 1-ci müavini T.Səmədov ona bir neçə il öncə xəbərdarlıq edib ki, əgər öz vəzifəsində qalıb işləmək istəyirsə, bağçanı təmir etdirməlidir. O da məcbur olub 2017-ci il aprel ayının 27-də Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 68,34 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 48 nömrəli mənzilini görov qoyaraq “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətindən ipoteka müqaviləsi ilə 10 min dollar kredit götürərək bağçanı əsaslı şəkildə təmir etdirib. Təmir işləri bitər-bitməz Teymur Səmədovun tapşırığı ilə İH-nin əməkdaşları Aynur xanım və Rövşən müəllim, demək olar ki, hər gün bağçaya gələrək, nəsə bir çatışmazlıq, nöqsan tapıb bu bəhanə ilə də iki diplomulu, ali təhsilli mütəxəssisi işdən çıxartmaq istəyirlər. T.Nəsibova bildirib ki, Aynur xanımla Rövşən müəllim hətta bağçanın işçilərinə müxtəlif vədlər verərək onun əleyhinə izahatlar yazdırırlar.
Bu təzyiqlərdən artıq stress vəziyyətinə salındığını deyən bağça müdiri bank ödənişlərinin 2021-ci ildə tamamlanacağını bildirib: “Əgər məni işdən çıxaracaqdılarsa, bu qədər xərci niyə mənə çəkdirirdilər? İşdən çıxarılsam, bu borcu necə ödəyəcəyəm? Buna nə ad vermək olar? Teymur müəllim deyir ki, sənin işin məni qane etmir. Niyə? Çünki istəyir ki, məni işdən çıxarıb, öz adamını yerimə təyin etsin”.
Tünzalə Nəsibovanın iddiasına görə, Sumqayıt İH başçısının 1-ci müavini Teymur Səmədov bağçanın müdirlik vəzifəsini başqasına satıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşməyə imkan verilmədiyini vurğulayan T.Nəsibova icra başçısının 1-ci müavini Teymur Səmədovun qəbulunda olub, vəziyyəti danışıb. 1-ci müavindən müsbət cavab almayan bağça müdiri bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət edəcəyini bildirib. T.Səmədovun da cavabı bu olub ki, əgər o, öz ərizəsi ilə işdən çıxmasa və ya harasa şikayət etsə, onu elə bir maddə ilə (yəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə – RED.) işdən kənarlaşdıracaq ki, başqa yerdə işə götürməsinlər.
“Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü gənc xanım Günel ilyarım müddətində Sumqayıtda 3, Türkiyənin İstanbul şəhərində 1 ev alıb, Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mən isə atamın 2000-ci ildə adığı evdə yaşayıram. Bəs mən niyə ev ala bilmirəm? Əksinə, atamın aldığı evi banka ipotekaya qoyaraq pul götürüb bağça təmir etdirmişəm, ancaq indi imkan vermirlər ki, işləyim» – deyən T.Nəsibova üzləşdiyi vəziyyətlə bağlı qəzetimiz vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, probleminin həll ediləcəyinə ümid etdiyini bildirib: “Bir ana, bir ailə başçısı kimi ona müraciət edirəm. Ümid edirəm ki, hörmətli Mehriban xanım düşdüyüm vəziyyətin ağırlığını nəzərə alaraq mənə yardımcı olacaq”.
Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədovla əlaqə saxlayıb. T.Səmədov şikayətin əsassız, T.Nəsibovanın bağçadakı fəaliyyətinin isə yarıtmaz olduğunu bildirib. Buna baxmayaraq, T.Nəsibovanın fevralın 16-da icra başçısı Zakir Fərəcov tərəfindən qəbul olunaraq məsələyə aydınlıq gətiriləcəyinə əminliyini ifadə edən T.Səmədov sözügedən tarixdə iş gününün sonunda belə bir görüşün baş tutmayacağını bildirib.
Qeyd edək ki, “Təzadlar” qəzetinin növbəti sayında vətəndaş T.Nəsibovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətini dərc edəcəyik.
Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibovanın “Təzadlar” qəzetinə verdiyi video-müsahibəni oxuculara təqdim edirik:
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
9 aprel 2025 23:31
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35