Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
Maqazin17 fevral 2019 17:26

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayevin ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu var.
Aznews.az-ın məlumatına görə, generalla bank arasında borc məsələsi uzun müddətdir ki, davam edir.
Belə ki, 2018-ci ilin oktyabr ayının 10-da Ali Məhkəmənin hakimi Ənvər Şadıyev aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək işi yenidən baxmaq üçün apellyasiya məhkəməsinə göndərib.

Qeyd edək ki, məhkəmə prosesində iddiaçı kimi ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC, cavabdeh qismində isə Paşayev Şahmar Ənvər oğlu, Alza Holding-1 MMC və Həziyev Əli Həsən oğlu tanınıb. İddiaçı məhkəmədə ilkin olaraq borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyub. Qarşılıqlı tələb kimi isə ilkin iddia tələblərinin qanunsuz hesab edilməsi qoyulub. Ancaq Ali Məhkəmə iddiaçının tələbini təmin etməyərək generalın xeyrinə qərar çıxarıb. Çıxarılan qərardan narazı qalan, ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-nin apellyasiya şikayətinə fevral ayının 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.
Xatırladaq ki, Şahmar Paşayev ötən əsrin axırlarında Xətai rayonu RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlib. O, uzun illər həmin vəzifədə işləyəndən sonra Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olunub. Sonrakı illərdə xeyli dəyişikliklər baş verib.

Bakı BPİ rəisinin birinci muavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olunub və bu posta yenə də Şahmar Paşayev gətirilib. 2007-ci ildə Ş. Paşayev Şirvan şəhərinin, Şamaxı rayon Polis Şöbəsinin rəisi işləyir. 2014-cü ilin aprel ayında müəyyən səbəblərdən Daxili İşlər orqanlarından xaric edilir. Həmin vaxt Ş.Paşayev mətbuata açıqlamasında işdən öz ərizəsi ilə çıxarıldığını, buna səbəb kimi isə səhhətində yaranmış problemləri, artıq işləyə bilmədiyini əsas göstərir.
Lakin cəmi bir neçə ay sonra o tamam başqa bir nazirliyə vəzifə tutur.
Belə ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun əmri ilə, Ş.Paşayev 2015-ci ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilir. Bir neçə ay sonra isə (18 noyabr 2015) o daha yüksək vəzifəyə təyinat alır.
Nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilir. Sonra isə Paşayev FHN sistemində general rütbəsinə layiq görülür.
Oxşar xəbərlər
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
Xəbər lenti
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
Video & Fotoqalereya
Video
Fotoqalereya